MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə40/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   36   37   38   39   40   41   42   43   ...   100
Məntiqə giriş

  • Kateqoriyalar

  • Şərh haqqında

  • Birinci analitiklər

  • İkinci analitiklər

  • Mükamilə (cədəl)

  • Sofistik dəlillər

  • Ritorika

  • Poetika

  • Təbiət elmləri

    10. Fizika

    11. Səma və aləm

    12. Yaranma və dağılma

    13. Təsirlər və təsirlənmələr

    14. Mineralogiya və meteorologiya

    15. Nəfs haqqında

    16. Nəbatat (botanika)

    17. Zoologiya

    1. Riyaziyyat elmləri

    18. Həndəsə

    19. Hesab

    20. Musiqi

    21. Astronomiya

    1. Metafizika

    22. Metafizika

    Orta əsrlərdə İbn Sina kimi böyük zəka sahib­ləri hər bir fənn üzrə hə­min dövrdə məlum biliklərin ic­malını verməklə kifayətlən­mə­yərək, öz şəxsi təd­qi­qat­larını və mövqeyini də bildirirdilər. Mü­a­sir dövr­də, əlbəttə, bir alimin bu qədər müxtəlif elm sahələri üz­rə əsər yazması qeyri-mümkündür. Ən azı ona gö­rə ki, indi hər bir sa­hə üzrə informasiya həddən artıq çoxdur və hətta ensiklopediyalar da ayrı-ayrı fənlər üz­rə, hər sahənin öz mütəxəssisləri tərəfindən ha­zırlanır.

    İslam dünyasında elmlərlə yanaşı, əməli təd­qi­qat sahələrinin də təsni­fatı verilirdi. Çünki artıq o dövr­də texnoloji sahələrin də in­ki­şa­fına ehtiyac yaranmışdı (2, s. 947).

    Qərbdə müasir elmin formalaşması XVII əsr­də­n başladığı üçün elm­lə­rin təsnifatı da məhz bu dövr­dən başlayaraq aktuallaşmışdır. İlk hərtərəfli təs­­ni­fat F.Bekona məxsusdur. Daha sonra Dalamber, Sen-Simon və Kontun təklif etdiyi təsnifatlar geniş ya­yılmış və müasir elmşünaslıqda da istifadə edil­məkdədir.

    Qərbdə əksər tədqiqatçılar “elm” (science) de­dik­də məhz tə­bi­ət elm­lə­ri­ni nəzərdə tutur və elmlərin təsnifatı da təbiətşünaslıq çər­çivəsində apa­rı­lır. Am­ma elmilik meyarlarını bir qədər yum­şal­dıb ictimai elmləri də buraya da­xil etdikdə təsnifatın birinci ad­dı­mı ge­niş mənada elmin makro­struk­tu­ru­nu müəy­yən­ləşdirməkdən iba­rət olur. Burada aşağıdakı böl­gü­lərə rast gəl­mək mümkündür: 1) Ri­yazi elmlər; 2) Tə­biət elmləri; 3) Texniki elmlər; 4) Ruhi-mənəvi elmlər; 5)İctimai elm­lər; 6) Humanitar elmlər .

    Başqa prinsiplər əsasında da bölgülər vardır. Mə­sələn, fun­da­mental və tətbiqi elmlər1, nəzəri və em­pirik elmlər2; yaxud təbiət elm­ləri, ictimai elm­lər və texniki elmlər; yaxud təbiət haqqında və mə­də­niy­yət haqqında elmlər3; ya­xud dəqiq və qeyri-dəqiq elmlər və s. Elmlərin təşkilati struktura və ic­timai sis­temdə tutduqları yerə gö­rə də bölgüsü aparılır. Mə­sələn, universitet elmi, akademiya elmi və sahə elmləri4; dövlət elm sektoru, ictimai təşkilatlar və özəl elm sektoru.5

    Bu bölgülər ətrafında geniş müzakirələr apa­rı­lır. Hələ sovet dövründə bu müzakirələr elm­şü­naslığın əsas problemləri sırasında idi (16, s. 56-67). Əvvəla, nə­zə­rə alınmalıdır ki, elmin fənlərə görə bölgüsü əs­lin­də funda­men­tal elmlərin bölgüsüdür. Xüsusən, orta mək­təb pro­qra­mına daxil edilən fən­lər: fizika, kim­ya, biologiya və s. ya öz da­xi­lində fundamental və tət­biqi sa­hə­lərə ayrılır, ya da məktəb pro­qra­mında an­caq fundamental elmə aid olan biliklərin əsasları öyrə­di­lir. Ali məktəblərdə isə bu bölgü bir qayda ola­raq ya fakültələr üz­rə bölgüdə öz əksini tapır, ya da əlavə olaraq fakültədaxili böl­gü­lər aparılır. Sovet dövründə və müstəqilliyin ilk mərhələsində ali mək­təblər universitetlərə və institutlara ayrılırdı. Univer­si­tetlər san­ki elm üçün kadr hazırlayırdı və ona görə də, bölgü fənlər üzrə ge­dirdi: riyaziyyat f-si, kim­ya f-si və s. Yaxud humanitar sahələr üz­rə: tarix f-si, filologiya f-si və s. Düzdür, fakültələr üzrə təsnifat fən­lər üzrə təsnifatla heç də tamamilə üst-üs­tə düş­mür, amma təx­mini bir uyğunluq var. Bununla ya­na­şı, universi­tet­lər­də prak­tik fəaliyyət sahələri üzrə də fakültələr var idi: hüquq f-si, jur­na­lis­ti­ka f-si və s. Hət­ta bunlardan bəzisində fənlə fəaliyyət sahəsi üst-üs­tə dü­şür; məsələn, “hüquq” həm fənn kimi, həm də fəaliyyət sa­hə­si kimi götürülə bilər. Amma soru­şul­sa ki, bu fakültədə hüquq el­mi üzrəmi, yoxsa hü­quq­la bağlı əməli fəaliyyət sahələri üçünmü kadr ha­zır­lanır, – buna cavab verməyə çətinlik çəkərdilər. Çün­ki bə­­zi istiqamətlərdə nəzəri və əməli fəaliyyət hələ kifayət dərəcədə di­ferensiallaşmamışdır. “İns­ti­tut” adlandırılan digər ali mək­təb­lər­də mühəndislər, müəllimlər, həkimlər və s. hazırlanırdı. Amma son­ra­lar ali məktəblərin əksəriyyəti universitet adlan­dı­rıl­sa da, burada ancaq ad dəyişikliyi baş verdi, ənə­nəvi bölgü isə yenə saxlanmış oldu.

    Xarici ölkələrdə elm sahələri üzrə kadr hazırlı­ğı çox vaxt “fənn və ədəbiyyat” fakültəsində həyata keçirilir. Yəni əslində söh­bət müəllim ha­zır­lı­­ğından gedir, məhz elm üçün kadr hazırlayan ayrıca fa­kül­tə­lər olmur. Bu pro­ses ancaq magistratura pilləsin­dən baş­la­yır. Xüsusi elmi yaradıcılıq qa­bi­liy­yəti hiss olunan tələbələrə uni­ver­sitetdə qalaraq növbəti mər­hə­lədə təh­silini davam etdirmək təklif olunur. “Elmi ax­tarış” xəstəliyinə yoluxduqdan sonra isə gənc kadr­lar yollarını öz istəkləri əsasında seçirlər.

    İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəs­si­sə­­lərində bütün ölkə­lər­də hamı tərəfindən qəbul olun­muş bir bölgü gös­tərmək çətindir. Amma hər hal­da müəyyən ümumi cəhətlər var­dır ki, bu da təh­sil sistemindəki təsnifatın elmin daxili təsnifatına əsas­landığını göstərir. Qeyri-elmi fəaliyyət sahələri üçün kadr ha­zır­lığı da həmin sahələrin nə dərəcədə elmi biliklər əsasında təşkil olun­masından asılı ola­raq elmlə bilavasitə əlaqədardır.

    Elmdə fənlər üzrə bölgüdən başqa, digər meyarlar üzrə də təs­nifat aparılır.

    Elmi tədqiqatın xarakterinə, məqsəd və funk­si­ya­larına görə el­mi fən­lə­ri adətən iki fərqli istiqa­mət­də qruplaşdırırlar: funda­men­taltətbiqi. Ənə­nə­vi ya­naşmaya görə, fundamental tədqiqatlar tə­bi­­ətin ob­yektiv qanu­nauy­ğun­luqlarının aşkarlanmasına yö­nəl­mişdir və cari tələbatdan, istehsalın kon­kret sifa­riş­­lərindən asılı olmaya­raq, elmin daxili mənti­qin­dən, özü­nün qoy­du­ğu suallara cavab axtarışından çı­xış edir. Fundamental elm­lərin xarakteri elə­dir ki, bi­lik­lərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-fəlsəfi dün­ya­görüşü ilə sıx surətdə bağlıdır. Burada çox geniş miqyaslı elmi nəzəri ba­za tələb olunur. Fun­damental el­mi tədqiqatlar min illərdən bəri əldə edil­miş biliklər, çox müxtəlif kon­sepsiyalar və on­la­rın sistemləşdirilməsi, dünyanın ümumelmi mən­zə­rəsinin və elmi paradiqmaların dəyişilməsi ilə nəzəri sis­­tem­lər­də bir geriyə qayıdış, bütün əvvəlki nə­zə­riy­yələrin və prinsip­lə­rin yenidən nəzərdən keçiril­məsi, yenidən sistemləndirilməsi tələb olunur.

    Tətbiqi elmlər isə fundamental tədqiqatlar sayəsində əldə edil­miş nə­zə­ri biliklərin praktik ehtiyaclara uyğun surətdə yönəl­dil­mə­sinə, nəzəriyyə ilə texnologiya arasında körpü atılmasına xidmət edir. Lakin bu məsələdə iki fərq­li mövqe, fikir ayrılığı da vardır. Be­lə ki, əksər mənbələrdə bu anlayışlar bizim yuxarıda izah etdiyi­miz mənada işlədilsə də, bəzi müəlliflər “fun­da­men­tal” sözünü “xü­susi əhəmiyyətli”, “önəmli” mənasında, yaxud təməl el­mi sə­viy­yə mənasında işlətməklə tətbiqi elmlərin daha fundamental oldu­ğu­nu sübut etməyə çalışırlar.1



    Yüklə 1,64 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   36   37   38   39   40   41   42   43   ...   100




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin