MüNDƏRİcat


Əsas vəsaitlərin daxil olmasının sənədləşdirilməsi və uçotu



Yüklə 1,69 Mb.
səhifə23/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

1.2.Əsas vəsaitlərin daxil olmasının sənədləşdirilməsi və uçotu


Müəssisə və şirkətlərə əsas vəsaitlər yeni tikilmiş ob­ye­ktlərin istifadəyə verilməsi, başqa təşkilatdan əvə­z­siz da­xil olması, müəssisə yaradılarkən ni­zam­namə ka­pitalı for­masında səhmdarların verdikləri əsas vəsaitlər, digər mü­­əssisə və şəxslərdən pulla alınma, müəssisənin özü tə­rə­fin­­dən hazırlanan əsas vəsaitlər və s. formasında daxil olur. Möv­cud olan əsas vəsaitlərin müha­si­bat uçotu on­la­rın təs­nifat qrupu və yerləşdiyi obyektlər üzrə təşkil olunur.

Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait ki­mi uçotda əks olun­ma­­sı qəbul-təhvil aktı ilə rəs­mi­ləş­di­ri­lir. Yeni tikilmiş və istifadəyə verilən əsas və­­saitlər isə xü­susi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul ko­mis­si­ya­sı vasitəsilə yoxlanıb, qəbul olunur və həmin döv­lət komissiyasının aktı ilə sə­nəd­ləşdirilir. Möv­cud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qə­bul-təh­­vil aktı tərtib olunur. Tərtib olunmuş aktda ob­yektin tam xarakteristikası, ti­kil­mə, onun texniki gös­tə­ricilərə uy­ğunluğu, istifadə verildiyi tarix və s. gös­tə­­ri­­lir. Tərtib ol­unmuş akt ona əlavə olunmuş istehsal-tex­ni­ki sənəd­lər­lə birlik­də əsas vəsait kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mü­hasibatlığına təqdim olu­nur. İnventar karatları müəssisədə əsas vəsa­it­lə­rin ob­yektlər üz­rə uçotunun təşkili üçün açılır. İnventar kartında ob­yek­tin inven­tar nömrəsi, onun əsas gös­tə­ri­ci­lə­ri, ilkin də­yəri, amortizasiya norması, köh­nəl­mə həc­mi və s. göstərilir. İnventar kartı mü­ha­si­bat­lıqda xü­su­­si ay­rılmış əsas və­sa­it­lərin uçotu üzrə jur­nal­da əks olu­nur. Əsas vəsait müəssisədən çıxarkən in­­ven­tar kartı uçot­­dan çıxarılır. İnventar kartına əsasən müəssisə mü­ha­si­bat­lı­ğın­da daxil olmuş və çıxarılmış əsas vəsaitlərin qruplar üz­rə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miq­dar­da əsas vəsaitlərin olduğu halda onların ob­yekt­lər üz­rə uçotu inventar kitablarında aparılır.

Əsas vəsaitlərin sintektik uçotu aktiv hesab olan 01«Əsas vəsaitlər» hesabında aparılır. 01«Əsas vəsaitlər» hesabı müəssisənin mülkiyyə­tin­də­ki istismar­da, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud ica­rə­yə ve­­­ri­lən (uzun­müddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hə­rəkəti haqqında məlu­mat­­ların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 01«Əsas vəsaitlər» hesabının debetində əsas vəsa­it­lə­rin daxil olması, yeni­dən qiymətləndirilməsi, kredi­tin­də isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya sa­lın­ma­sı əməliyyatları əks olunur. Əsas vəsaitlərin köh­nəl­mə­si 02«Əsas vəsaitlərin köhnəlməsi» (amor­ti­za­si­yası) he­sabında uçota alınmalıdır.

Azərbaycan Respublikası Maliyyə Naztirliyinin 20 ok­tyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uço­tu­­­nun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da mü­əyyən olunduğu kimi 01«Əsas vəsaitlər» he­sa­bın­da əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Həmin də­yə­rlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir:

- təsisçilər tərəfindən müəssisəyə nizamnamə ka­pi­ta­lı kimi qoyulan obyektlər üçün tərəflərin mü­qavilə qiy­­məti ilə;

- müəssisənin özündə hazırlanmış, həmçinin baş­qa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraş­dır­ma üzrə xərclər də daxil edil­məklə quraş­dı­rıl­mış (tikilmiş), yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq;

- dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış ob­yek­tlər üçün ekspert yolu ilə yaxud qəbul-təhvil sənədlərindəki məlu­mat­lar üzrə müəy­yən edilmiş dəyərlə.

Əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbəədən daxil olması ilə əlaqədar olaraq müvafiq mü­ha­si­bat yazılışı aparılır.

Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapi­ta­lına pay kimi qoyulan əsas vəsaitlər mədaxil edildikdə 01«Əsas vəsaitlər» hesabının debetində və 75«Təsisçilərlə hesablaşmalar» hesabının «Nizamnamə (yı­ğım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar» sub­he­sa­bı­nın kreditində əks etdirilir.

Dövlət orqanlarından maddi yardım kimi, digər mü­­əssisə və şəxslərdən əvəssiz alınmış əsas vəsaitlərin mə­­daxili 01«Əsas vəsaitlər» hesabının de­be­tində və 87«Əlavə kapital» hesabının «Əvəzsiz olaraq alın­mış sərvət» sub­hesabının kreditində əks etdirilir. Əgər əvəs­siz daxil olan əsas vəsaitlər qey­ri-istehsal təyinat­lı­dırsa onda 87hesabın əvəzinə 88«Bölüş­dü­rül­mə­miş mən­fə­ət (ödənilməmiş zərər)» hesabının müvafiq subhesabı tətbiq edilir.

Müəssisənin özü tərəfindən yaradılmış yaxud başqa mü­əssisə və şəxs­lər­dən pulla alınmış əsas vəsaitlər 01«Əsas vəsaitlər» hesabının debeti və 08 «Ka­pi­tal qo­yu­luşları» hesabının kreditinə mühasibat yazılışını tərtib et­mək­lə mədaxil edilir.

Göstərilən qaydada tikintisi başa çatmış və istis­ma­ra verilmiş əsas vəsaitlər mühasibat uçotunda əks olu­nur. Burada obyektin tikintisi ilə əlaqədar olan və sme­ta-titul siyahısı, kapital qoyuluşu üzrə müəyyən olunmuş bütün məsrəflər tikintinin təsərrüfat və ya podrat üsulu ilə apa­rıl­masından asılı olmayaraq 08«Kapital qo­yu­luş­la­rı» hesabında əks olunmalıdır.




Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin