MüNDƏRİcat


I MÖVZU: BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TƏSƏRRÜFAT UÇOTUNUN MAHİYYƏTİ VƏ ƏHƏMİYYƏTİ



Yüklə 1,69 Mb.
səhifə2/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

I MÖVZU: BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TƏSƏRRÜFAT UÇOTUNUN MAHİYYƏTİ VƏ ƏHƏMİYYƏTİ


    1. Təsərrüfat uçotunun mahiyyəti, xüsusiyyəti və vəzifələri

    2. Mühasibat uçotu idarəetmədə mühüm amildir

    3. Təsərrüfat uçotunun növləri

ƏLAVƏ ƏDƏBİYYAT:

  1. Luka Paçoli «Traktat o sçetax i zapisəx» İzd. «Statistika», M., 1974

  2. Sokolov Ə.V. İstoriə razvitiə buxqalterskoqo uçeta. M., «Finansı i statistika», 1985

1.1.Təsərrüfat uçotunun mahiyyəti, xüsusiyyəti və vəzifələri

Təsərrüfat uçotuna tələbat insan cəmiyyəti in­ki­şa­fı­nın ən ilk mərhə­lə­lərin­də meydana gəlmiş və ictimai-iq­ti­sa­di formasiyalarda öz təsirini göstərmişdir. Lakin müx­tə­lif ictimai-iqtisadi formasiyalarda təsər­rü­fat uçotunun aparılması eyni formada olmamışdır. Hər bir ictimai for­ma­siyada təsərrüfat uçotunun öz məqsədi, vəzifəsi, for­ma­sı olmuşdur.

Uçotun yaranmasının və inkişafının qədim inkişaf tarixi vardır. Arxee­o­loq­lar və tarixçilər müəyyən etmişlər ki, yazılı uçot bizim eraya qədər XIII əsrdə Misirdə möv­cud olmuşdur. Həmin dövr üçün uçot qədim Rim döv­lə­tin­də daha geniş inkişaf etmişdir. İnsan cəmiyyəti in­kişaf etdikcə uçotun aparıl­ma­sı və maddi istehsal əmə­liy­yatlarının əks olunmasının metodiki prinsipləri dəyiş­miş­dir. İctimai-iqtisadi for­ma­si­ya­lar sistemi feodalizmin dağılması ilə əla­qə­dar olaraq köhnə şəhərlər can­lan­mağa və yenilərinin əmələ gəlməsi ilə əla­qə­dar olaraq uçot ya­zı­lış­la­rı­nın təkmilləşdirilməsi və inkişafını vacib etmişdir.

Dünya ölkələri iqtisadiyyatında baş verən dəyiş­ik­lik­lər uçotun sərbəst el­mə çevrilməsinə və onun meto­do­lo­ji prinsiplərinin tərkibinə şərait yaratmışdır. Kapita­liz­min inkişafının ilk mərhələlərində mühasibat uçotuna da­ir elmi mülahizələr irəli sürüldü.

1445-1515-ci ildə yaşamış, mühasibat uçotuna dair ilk əsərin müəllifi Lu­ka Paçoli ikili sistem üzrə uçot yazı­lış­larının aparılması qaydasını şərh etmiş­dir. Luka Paçoli tərəfindən yazılmış «Hesab, həndəsə məbləği, bəra­bər­lik və mü­nasibətlər elmi haqqında» adlı əsəri vurma cəd­vəli kimi bütün ölkələr və xalq­lar üçün çoxsaylı elmi kəşf kimi qəbul olunmuş və uçotun əsasını müəyyən et­mişdir. Bu əsər böyük riyaziyyata açılış olmasına baxmayaraq, o, mühasibat üzrə ilk əsərin müəllifi kimi tanınmışdır. Hə­min əsərdən bir neçə əsr dövründə İtaliyada, Fran­sa­da, Almaniyada, İngiltərədə mühasibat uçot üzrə dərslik kimi is­­­tifadə edilmişdir. Çox maraqlıdır ki, Luka Paçoli­nin 1494-cü ildə nəşr et­dir­di­­yi «Məbləğ» («Summa») ad­lan­­dırılan kitabının bir nüsxəsi XVI əsrdə Kiyevə gə­ti­ril­­miş və Kiyev kollegində dinləyicilərə həmin kitabdan dərs keçirilmişdir. Bö­yük alman şairi Qete ikili mühasi­bat yazılışını «İnsan düşüncəsinin ən yük­sək ix­tirası» ad­lan­dırmışdır. Məşhur iqtisadçı və sosioloq Verner Zom­bart he­sab edir­di ki, «İkili yazılış həyatda Qaliley və Nyu­ton sistemi kimi» qəbul olun­muşdur.

Beləliklə, mühasibat uçotu bir iqtisadi elm olmaq­la, ilk əvvəl onun əsası bir elm kimi Benedetto Kotruli (1458) və Luka Paçolinin (1494) əsərlərində qeyd olun­­­muş­dur. Onlar mühasibat uçotunun müəssisənin idarə olunmasında mü­hüm vasitə olduğunu göstərmiş və uni­ver­sal metodiki elm kimi qiymətləndirmişlər.

Bununla yanaşı mühasibat uçotu bir iqtisadi elm kimi, onun nəzəri və metodiki əsasları daha sonra dünya ölkələrinin alimləri və mütəxəssisləri tərəfindən inkişaf etdirilmişdir. Mühasibat uçotu daima təkmilləşdi­ril­mək­lə bazar iqtisadiyyatı şəraitində ölkə iqtisadiyyatının for­ma­laşması, sahibkarlığın inkişafı və idarəetmə siste­mi­n­də mühüm amilə çevrilmişdir.

Mühasibat uçotu müxtəlif inkişaf mərhələlərində ida­rəetməni zəruri uçot informasiyaları ilə təmin edə bil­mək üçün planlaşmanın, proq­nozlaşmanın və təsərrüfat fəaliyyətinin təhlilinin tələblərinə uyğun qurulmalıdır. Mü­əssisənin ida­rə edilməsində mühasibat uçotunun in­for­masiyalarından daha səmərəli isti­fa­də edə bilmək üçün mühasibat uço­tunun qabaqcıl uçot metodlarından, mü­ha­sibat uçotu beynəlxalq stan­dartlarından istifadə olun­ması, uçot əməliy­yat­larının kom­­püter­ləş­mə­si istiqa­mət­ində ətraflı iş aparılması günün vacib məsə­lə­si­dir.

Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu ida­rə­etmə uçotuna çev­ri­lir. Müasir şəraitdə iqtisadi cəhət­dən yüksək inkişaf etmiş ölkələrdə mühasibat uçotu bir iqtisadi elm olmaqla özünün fəaliyyətində maliyyə və idarəetmə mü­ha­sibatlığına ayrılmışdır. Bununla əlaqə­dar mühasibat uço­tunun beynəlxalq standartlara keç­mək şərtlərinin yerinə yetiril­mə­sin­də birinci tələb uçotun iki hissədə – Maliyyə və İdarəetmə uçotu üzrə ayrı­lıqda aparılmasıdır.

Mühasibat uçotu informasiyalarından müəssisə və şirkətlərin müha­sibləri ilə yanaşı menecerlər, mülkiyyət sahibləri, investorlar, bank mütəxəssisləri, hü­quq­şü­nas­lar və s. geniş istifadə edirlər. Ona görə də bir sıra hal­larda mühasi­bat uçotunu «sahibkarlığın dili» kimi ad­lan­dırırlar. Bu dildə danışmalı olan sahibkarın fəaliy­yə­ti­nin bütün iştirakçıları mühasibat uçotunun nəzəri və təcrübi əsaslarından və onun anlayış və terminlərindən istifadə edirlər.



Mövcud qanunçuluğa görə Azərbaycan Respub­li­ka­sının ərazisində sahib­kar­lıq fəaliyyəti və ya başqa fə­aliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, ya­xud hüquqi şəxs sayılmayan tabeçiliyindən və mülkiyyət forma­sın­dan asılı ol­ma­yaraq fəaliyyət göstərən bütün müəssi­sə­lər, idarələr, təşkilatlar və başqaları mühasibat uçotu apa­r­mağa borcludurlar. Mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri aşağıdakılardır:

1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün tə­sər­rüfat əmə­liy­yat­la­­­rının mühasibat uçotunun mövcud qanunçuluğa uyğun işlənib ha­zır­lan­mış müha­si­bat uçotu standartlarına, mühasibat uçotunun hesablar pla­nına və başqa nor­mativ sənədlərə uyğun mühasibat uçotu hesab­la­rın­da qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılır.

2. Mühasibat uçotunun aparılmasında hesabat döv­rü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarının uço­t­da düzgün əks etdirilməsi, əmlakın qiymətlən­di­ril­məsi zama­nı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul olun­muş uçot siyasətinə və qanunauyğun hazırlanmış mühasibat uçotu standartları və uçota dair başqa nor­ma­tiv sə­nəd­lərin tələblərinə əməl olunmalı, keçən dövr ilə mü­qa­­yisə­də uçot siyasətindəki dəyişikliklər mü­ha­si­bat hesabatında izah edilməlidir.

3. Hesabat dövründəki (ay, rüb, il) mövcud əm­lak­ın, öhdəliklərin, ka­pi­ta­lın, hesablaşmaların və digər sər­vət­­lərin inventarlaşmasının nə­ti­cə­lə­ri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əmə­liy­yat­la­rının ardıcıl olaraq uçot registrində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.

4. Uçotda cari xərclərin istehsala (tədavül xərc­lə­ri­nə) və kapital qoyu­luş­la­rına ayrılması dürüst müəyyən­ləş­dirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesab­la­rının məlumatları ilə üzləşərək onların bərabərliyi və düz­günlüyü müəyyənləşdirilməlidir.

5. Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, ver­gi orqanları, inves­tor­lar, malsatanlar, malalanlar, kre­­ditorlar, dövlət orqanları və digər marağı olan təş­ki­lat­lar və şəxslər tərəfindən operativ rəhbərlik və ida­rə­et­mə­ni həyata keçirmək, təqdim ediləcək mühasibat (maliyyə) hesabatının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haq­qın­da zə­ruri olan məlumatları tam və düzgün formalaş­dır­maqdır.




Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin