Keyfiyyətli təşkil olunmuş mühasibat uçotu informasiyası müəssisə və şirkətlərin istehsal əməliyyatının müxtəlif mərhələlərinə bütün əməliyyatlarının fəaliyyətinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.
Əmlakın qorunub saxlanması. Əmlakın qorunub saxlanması vəzifəsinin yerinə yetirilməsi mühasibat uçotunun daha da təkmilləşdirilməsi və onun nəzarət funksiyasının möhkəmləndirilməsi ilə əlaqədardır. Xüsusi ilə qeyd olunmalıdır ki, göstərilən vəzifənin yerinə yetirilməsi üçün ilk növbədə müəssisədə yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş anbar təsərrüfatı, nəzarət və ölçü cihazları və digər şərait yaradılmalıdır.
İdarəetmə sisteminin daha da təkmilləşdirilməsi, bazar iqtisadiyyatının formalaşması, mülkiyyətçilərin sayının artması və xarici iqtisadi fəaliyyətin inkişafı mühasibat uçotunun əmlakın qorunub saxlanması vəzifəsinin daha da möhkəmləndirilməsini tələb edir. Elmi əsaslarla təşkil olunmuş mühasibat uçotu sistemi şəraitində əmlakın mənimsənilməsi faktlarının müəyyən olunması ilə yanaşı korrubsiyalaşmış qruplaşma faktları da aşkarlanır və onlara qarşı konkret tədbirlər görülməsi reallaşır.
Göstərilən məsələlərin həllində idarə və müəssisələrdə qalıqda olan əmtəə-material dəyərlilərinin dövrü inventarlaşdırılmasının xüsusi əhəmiyyəti vardır. Aparılan inventarlaşdırma nəticəsində təsərrüfat əməliyyatlarının lazımi sənədlərlə rəsmiyyətə salınması, onların mühasibat uçotunda əks olunması müəyyənləşdirilir və yoxlama nəticələri əsasındakı sənədlər faktiki uçot göstəriciləri ilə müqayisə olunmaqla nəticə müəyyənləşdirilir.
Hazırda mövcud olan mühasibat uçotu sistemi müəssisənin digər xidmətlər ilə əlaqədə əmlakın qorunub saxlanmasını təmin edir və müxtəlif əksikgəlmə, xarabolma və itkilərin qarşısını alır.