MüNDƏRİcat



Yüklə 1,69 Mb.
səhifə9/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Statistika uçotu xalq təsərrüfatının iqtisa­diy­yatın, elmin, təhsilin müx­tə­lif sahələrində baş verən küt­lə­vi əmə­liyyatları öyrənir. Statistika uçotu iqti­sa­diy­yatın və­ziy­yəti, onun inkişafı tendensiyası, fəhlə qüv­və­si­nin hə­rəkəti, əmtəə-material ehtiyatı, ölkə əhalisinin sayı, on­la­rın yaş, cins, ixtisas və s. göstəriciləri üzrə infor­ma­si­ya­lar toplayır və araşdırma aparır. Statistika uçotu va­si­tə­silə geniş həcmdə müşahidə aparılmaqla yanaşı əha­li­nin va­hid uçotunu təşkil edir. Bu məqsədlə statistika uço­tu mü­ha­sibat və operativ uçotu informasiya­ların­dan da istifadə edə bilər.

Statistika uçotu məlumatları əsasında dövlət ida­rə­etmə orqanları proq­noz­ları müəyyən edir, iqtisadi siya­sət sahəsində qərarlar qəbul edir, ölkənin iq­ti­sadiy­ya­tı­nın idarə olunması ilə əlaqədar olaraq konkret operativ tədbirlər görür.

Mühasibat uçotu təsərrüfat əməliyyatlarının kəmiy­yət və keyfiyyət gös­təricilərini mövcud qanunçuluqla mü­əy­yən olunmuş sənədlər əsa­sın­da, pul və miq­dar ifadəsində əks etdirməklə öyrənir və fasiləsiz nəzarəti hə­­ya­­ta keçirir. Mü­hasibat uçotunda bütün əməliyyatlar tam və ardıcıl ola­raq yalnız sənədlər əsa­sında həyata ke­çi­rilir. Mühasibat uçotunda əsa­sən pul ölçüsündən isti­fa­də edilir.

Təsərrüfat uçotunun qəbul olunmuş üç forması bir-birilə sıx əlaqədə ol­maq­la biri digərini tamamlayır və va­hid təsərrüfat uçotu sistemini təşkil edir. La­kin bu uçot formaları içərisində mühasibat uçotu aparıcı mövqe tu­tur. Mü­ha­sibat uçotunun informasiyaları əsasında müəs­si­sənin bütün tə­sərrüfat-ma­liy­yə fəaliyyətinə nəzarət tə­min edilir və idarəetmədə əsaslı şə­kildə istifadə olunur.



Mühasibat uçotu-iqtisadi elmdir. İlkin olaraq mü­ha­sibat uçotunun bir elm olması Benedetto Kotruli (1458) və Luki Paçoli (1494) əsər­lə­rin­də qeyd olu­nur. Bi­lavasitə onlar mühasibat uçotunun müəs­si­sə­nin idarə olun­masında ro­lunu əsaslı şəkildə göstərməklə, həm də elmi metodoloji əsas­larını şərh etmişdir.

Bununla yanaşı olaraq mühasibat uçotunun bir iq­ti­sadi elm kimi nə­zə­ri və metodiki əsasları xeyli sonra dünya ölkələrinin bir sıra alimləri və mü­­təxəssisləri tə­rə­findən daha ətraflı göstərilmişdir.

Mühasibat uçotunun mühüm əhəmiyyətini nəzərə alaraq hələ 1590-cı ildə ispan alimi Bartolomeo de Sa­la­zio yazmışdır: «Mühasibat uçotu bü­tün elm və in­cə­sə­nət­dən yüksəkdə dayanır, çünki hamının ona ehtiyacı ol­­duğu halda, onun heç kimə ehtiyacı yoxdur. Müha­si­bat uçotu olmadan dün­ya qəbul olun­maz olardı, in­san­lar isə bir-birini başa düşməzdilər».


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin