MüNDƏRİcat


«Əsas vəsaitlərin köhnəlməsi» hesabı üzrə ana­litik uçot hər bir əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır



Yüklə 1,69 Mb.
səhifə25/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabı üzrə ana­litik uçot hər bir əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.


1.4. Əsas vəsaitlərin təmirinin uçotu

Əsas vəsaitlərin işlək vəziyyətdə təmin etmək üçün on­ların təmiri vacib mə­sələlərdən hesab olunur. Təmirin öz vaxtında və yüksək keyfiyyətlə apa­rıl­ma­sı işin ahəng­dar­­lığına müsbət təsir göstərir, maşın və avadanlıqların boş da­yan­masının qarşısını alır. Hər bir müəssisədə apa­rı­lan işin həcmindən və xa­rak­terindən asılı olaraq əsas və­sa­itlərin cari və əsaslı təmiri bir-birindən fərqləndirilir.

Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra his­sə­lərinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Ca­ri təmirin aparılması nəticəsində isə əsas vəsaitlərin vaxt­ından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsa­it­­lə­rin əsaslı və cari təmiri təsərrüfat üsulu və podrat üsulu ilə aparıla bilər.

Podrat üsulla təmirin aparılması zamanı ixtisas­laş­dırılmış tikinti təşkilat­ları ilə müqavilə bağlanılır və apa­rı­­lan təmir işi həmin təşkilata tapşırılır. Əsas vəsaitin tə­mi­ri ilə əlaqədar olan bütün məsrəflər podratçı təşkilatın mü­hasibatlığında uçota alınır. Podratçı tikinti təş­kilat­la­rı tərtib olunmuş smeta əsasında yerinə yetirilən işlərin həc­mi­nə müvafiq olaraq sifarişçi təşkilata hesabnamə təq­dim edir. Hesab-qaiməyə əsasən yerinə yetirilən təmir iş­lə­rinin dəyərini sifarişçi təşkilat podratçı təşkilata ödə­yir. Podratçı təşkilatla aparılan təmir üzrə hesab­laş­ma­ların uçotu 60«Malsatan və podratçılarla hesab­laş­malar» he­sabında aparılır. Həmin hesabın kreditində gö­rülmüş tə­mir işləri üzrə podratçı təşkilata hesablanan (ödənməli borc məbləği) məbləğ, debetində isə hesab­laş­ma he­sa­bın­dan onlara ödənmiş məbləğ əks olunur.

Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işlərində bü­­tün məsrəflərin uçotu müəssisənin özünün müha­si­bat­lığında aparılır. Bir sıra hallarda müəs­si­sə­lərin tər­ki­bin­də təmir-tikinti qruppası və ya təmir sexi yaradılır ki, be­lə halda sərf olunmuş məsrəflər 23«Köməkçi isteh­sa­lat» hesabında uçota alınır. Tə­mirlə aparılan bütün fak­ti­ki məsrəflər istehsal xərclərinə və ya tədavül xərc­lə­rinə ke­çirilir. Məsrəflərin mühasibat uçotunda əks olunması təmirin aparıl­ma­sı formasından, təmir həcmindən və apa­rılma vaxtından asılıdır.

Əgər aparılan təmirlə əlaqədar məsrəflər istehsal xərc­­lərinə və ya tədavül xərc­­lərinə daxil olunursa, müha­si­­bat uçotunda aşağıdakı qaydada yazılış aparılır:

a) təmir təsərrüfat üsulu ilə müəssisənin özü tə­rə­fin­dən icra olunursa 20 № -li «Əsas istehsalat», 23 «Kö­mək­çi istehsalat», 25 «Ümumi isteh­sa­lat xərc­­lə­ri», 26 «Ümumtəsərrüfat xərcləri», 44 «Təda­vül xərc­ləri» he­sab­larının debetinə və 10 «Mate­ri­al­lar», 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laş­ma­lar», 69 «So­sial sığorta və təminat üzrə hesab­laş­ma­lar», 71 «Təhtəlhesab şəxslərlə he­sab­laşmalar» və s. hesabların kreditinə;

b) təmir podrat üsulu ilə kənar təşkilat tərəfindən hə­­yata keçirildikdə 20 «Əsas istehsalat», 25 «Ümu­­mi istehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərc­ləri», 44 «Tədavül xərcləri» hesablarının debe­ti­nə və 60 «Malsatan və podrat­çı­lar­la hesablaşmalar» he­sab­ının kreditində əks olunur.

Müəssisələrdə böyük həcmdə təmir işlərinin aparıl­ma­­sını təmin etmək üçün təmir fondu yaradılır. Təmir iş­lə­rinə məsrəflərin tərtib olunmuş plan-sme­tasına əsasən bu fonda ayırmaların həcmi müəssisənin özü tərəfindən mü­əyyən edilir. Bu fond mühasibat uçotunda 89 «Qar­­­şıdakı xərclər və ödə­mə­lər üçün ehtiyatlar» adlı pas­­siv hesabının «Təmir fondu» subhesabında uçota alınır.

İstehsal və tədavül xərcləri hesabına ehtiyat məb­ləğ­lərinin yaradılması qay­dası müvafiq qanunvericiliyə və di­gər normativ aktlara əsasən nizamlanır. Bu və ya di­gər məbləğlər üzrə ehtiyatların yaradılması istehsal məs­rəf­lə­ri ya­xud tədavül xərclərini uçota alan hesablarla müxa­bir­ləşdirilməklə 89«Qar­­şıdakı xərclər və ödə­mə­lər üçün ehtiyatlar» hesabının kreditində əks etdirilir.

Əvvəlcədən ehtiyatı yaradılmış faktiki xərclər və ödə­­nişlər müəssisənin sexləri tərəfindən aparılmış əsas və­­saitlərin təmiri dəyərində 23«Köməkçi istehsalat» və digər hesablarla müxabirləşməklə, 89«Qarşıdakı xərc­lər və ödəmələr üçün ehtiyatlar» hesabının debetinə yazılır.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin