MüNDƏRİcat


Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu



Yüklə 1,69 Mb.
səhifə35/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu

ƏLAVƏ ƏDƏBİYYAT

  1. R.P.Rüstəmov, Ə.A.Sadıqov, Q.Ə.Sadıqov. «Əməyin və onun ödənilməsinin uçotu», «Odlar Yurdı», Bakı-2000

  2. Q.Ə.Abbasov «Bazar iqtisadiyyatı şəraitində əməyin və əmək haqqının uçotu problemləri», «Maliyyə və uçot» jurnal, №-5-6, 7-8 2001

  3. Q.Q.Aslanov «Müasir şəraitdə işçilərin gəlirlərinin və əmək haqqının tənzimlənməsinin metodları və əsas istiqamətləri», «Maliyyə və uçot» jurnalı № 10 2004-cü il


3.1. Əməyin təşkili və əmək haqqının uçotunun vəzifələri

İstehsal prosesinin ən mühüm elementlərindən biri əməkdir. Hazırki şəraitdə müəssisələr nəinki ancaq maddi ehtiyatları, həm də əmək kollektivinin sayını müəyyən edirlər. Konkret vəzifələrə uyğun olaraq müəssisənin rəhbərliyi müvafiq qaydada müqavilələr rəsmiyyətə salınmaqla əmək kollektivini formalaşdırırlar. Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daxili normativ sənədlər qəbul edilməsi yolu ilə tənzimlənir. Onlara fərdi əmək müqavilələri, kollektiv müqavilə, mülki hüquqi müqavilələr, lokal normativ aktlar və s. aiddir. Bazar münasibətlərinə keçid işçilərin əməyinin ödənilməsi və onların sosial müdafiəsi sahəsində də bir sıra dəyişikliyi səbəb olmuşdur.

Dövlətin bu sahədəki bir sıra funksiyaları müəssisələrə verilmişdir. Onlar əmə­­yin ödənilməsinin forma, sistem və hcmini sərbəst sürətdə müəyyən edilər. Əmək zəhmətkeşlərin maddi və mənəvi tələbatının ödənilməsinin əsas mənbəyi he­sab edilir. «Əmək haqqı» anlayışı hazırki şəraitdə yeni məzmun kəsb edir və özün­də pu və natural formada hesablanmış bütün növdən olan qazancları əks edirir.

Bazar münasibətlərinə keçid pul gəlirlərinin əldə edilməsinin yeni mənbə­lərini (səhmlərə və müəssisə əmlakına qoyuluşlfr üzrə) əmələ gətirmiş. Beləliklə hər bir işçinin əmək gəlirləri müəssisənin işinin son nəticəsi nəzərə alınmaqla şəxsi iştirakına əsasən müəyyən olunur və onun aksimum həddinə norma qo­yu­lmur. İşçilərin sosial sığortası əmək haqqı ilə sıx bağlı olub müəssisənin so­sial sığortaya məcburi ayırmaları hesabatı həyata keçirilir. Bu ayırmalar nor­ma­tiv sənədlərə əsasən hesablanmış əmək haqqından % hesabı ilə müyyən olu­nur (27%). Əməyin və əmək haqqının uçotu müəssisənin uçot sistemində mər­kəzi yerlərdən birini tutur. Hazırki şəraitdə əməyin və əmək haqqının uçotu qarşısındakı əsas vəzifələr durur:

- Əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablşmaların vaxında və düzgün həyata keçirilməsinə nəzarət;

- Əmək məhsuldarlığının yüksəldilməsi üzrə tapşırıqala və hasilat nor­ma­sına əməl olunmasına nəzarət;

- Əmək haqqı fondunun ərcənməsi və mükafatların ödənilməsinə nəzarət;

- Hesablanmış əək haqqı və sosial sığorta ayırmaların düzgün və vatında maya dəyərinə daxil edilməsi nəzarət;

- Əmək və əmək haqqı göstəricilərinə operativ rəhbərlik və hesabatların tərtibi üçün toplamaq və qruplaşdırmaq.

Əmək və əmək haqqının uçotu əməyin miqdarı və keyfiyyətinə, habelə istehlaka yönəldilən vəsaitə perativ nəzarəti həyata keçirməlidir.




Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin