MüNDƏRİcat


Kassanın və kassa əməliyyatlarının auditi



Yüklə 1,69 Mb.
səhifə73/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Kassanın və kassa əməliyyatlarının auditi

Hesablaşma hesabı ilə əlaqədar əməliyyatların auditi

Valyuta hesabı üzrə əməliyyatların auditi

Malsatan və podratçılarla, alıcılar və sifarişçilərlə hesablaşmaların auditi

ƏLAVƏ ƏDƏBİYYAT



1. Stukov S.A., Qolışev V.D. Vvedenie v audit, - M.: Tarve, 1992
5.1. Kassanın və kassa əməliyyatlarının auditi

Pul vəsaitləri ilə əlaqədar olan əməliyyatların auditor yoxlamasında kas­sa, bank və valyuta əməliyyatlarının yoxlaması aparılır. Burada əsas məqsəd pul vəsaitləri ilə aparılan əməliyyatların mövcud olan qanunvericiliyə uyğun­lu­ğu, doğru, düzgün və məqsədəuyğun aparılması və İcra olunmuş əməliyyat­la­rın mühasibat uçotunda düzgün əks olunmasını müəyyən etməkdən ibarətdir.

Pul vəsaitlərinin və hesablaşma əməliyyatlarının həcmi əksər müəssisə­lər­də böyük uçot göstəricilərini əhatə etməsinə baxmayaraq, aparılan əməliy­yat­ların yoxlaması mürəkkəb proses deyildir. Lakin mühasibat uçotunda əks olun­muş bu əməliyyatların yoxlaması auditorlardan çox böyük diqqət tələb edir. Çünki, təcrübə göstərir ki, müəssisələrdə baş verən əsas qanunçuluq poz­ğun­tuları, əmlakın mənimsənilməsi halları və vəzifəli şəxslərin öz vəzifələrinə sui-istifadə halları bilavasitə kassa və digər hesablaşma əməliyyatlarının icrası ilə əlaqədar olaraq baş verir.

Bir qayda olaraq pul vəsaitləri və hesablaşmalarla əlaqədar əməliyyatların auditini aparılmasının kassa əməliyyatlarından başlanması məqsədəuyğundur. Müəssisələrdə nağd pul vəsaitinin qəbulu, saxlanması və buraxılması Azərbaycan Respublikasının Milli Bankının 06 aprel 1993-cü il 9 №-li «Xälq təsərrüfatında kassa əməliyyatlarının aparılması qaydasının təsdiq olunması barədə» qərarı və digər normativ aktlarla tənzimlənir. Həmin sənəd nağd pulu qəbul qəbul etmək, vermək və kassa sənədlərini tərtib etmək, kassa kitabında qeydiyyat aparılması və pulun saxlanması, kassanın təftiş edilməsi və kassa intizamına əməl olunmasına nəzarət qaydalarını müəyyən etmişdir.

Kassanın və kassa əməliyyatlarının auditi zamanı ilk növbədə müəssi­sə­nin baş mühasibi və kassirin iştirakı ilə kassada nağd pul qalığının inven­tar­laş­ma­sı aparılır. Müəssisədə bir neçə kassa olduqda auditor kassada müəyyən olu­nacaq pul məbləğini başqa kassa hesabına bağlanmasına imkan verməmək üçün digər kassaları möhürləyir.

Kassir yoxlama başlamazdan əvvəl son kassa hesabatı tərtib edir və yazılı qəbz verir ki, bütün mədaxil və məxaric sənədləri inventarlaşmaya qədər oıan dövr üçün hesabata əlavə olunmuş və sənədsiz buraxılmış pul vəsaiti yoxdur.

Bundan sonra kassir baş mühasibin və auditorun iştirakı ilə qalıqda olan pul məbləğlərini diqqətlə sayır və qalığı müəyyənləşdirir.

Auditor xatırlamalıdır ki, kassa yoxlanılarkən kassa məxaric orderindən başqa heç bir sənəd (qəbz, öhdəçilik və s.) qəbul olununur. Qalıqda sənədsiz olaraq müəyyən olunmuş pul vəsaiti artıfq məbləğ hesab olunur və müəssisə xeyrinə mədaxil olunur.

Kassada olan digər qiymətli vəsaitlər də, yəni qiymətli kağızlar, pul sənədləri də yoxlanmalıdır.

Müəssisə kassasında aparılan inventarlaşma nəticəsi auditor, baş mühasib və kassirin imzası ilə aktla rəsmiyyətə salınır.

Aparılan inventarlaşma nəticəsində pul vəsaitinin artıqlığı, əksik olması müəy­yən olunduqda kassirdən yazılı İzahat alınmalıdır. Kassada böyük məb­ləğ­də pul vəsaitinin çalışmamazlığı müəyyən olunduqda auditor müəssisə qar­şı­sında kassirin tutduğu vəzifədən azad olunması məsələsini qoya bilə

Kassa yoxlanılarkən auditor kassirin təyin olmasına dair əmrin olmasını onunla maddi məsuliyyətə dair müqavilə bağlanmasını müəyyənləşdirməlidir.

Kassada inventarizasiya qurtardıqdan sonra auditor aparılan kassa əmə­liy­yatlarının Azərbaycan Respublikasının Milli Bankının «Xalq təsərrüfatında kassa əməliyyatlarının aparılması qaydaları»nın (6 aprel 1993-cü il N9) tə­lə­b­lə­ri­nə uyğunuğunu müəyyən etməlidir. Bununla əlaqədar olaraq aşağıdakılar yox­lanmalıdır.

«Bankdan alınmış pul vəsaitlərinin vaxtında mədaxil olunması. Bu yox­la­ma bilavasitə bank çıxarışları əsasında müəyyənləşdirilir. Əgər sənədlərdə poz­ma, düzəltmə halları müyyən olunarsa, bankda həmin sənədlər üzrə qarşılıqlı yox­lama aparılmalıdır;

• Kassa mədaxil və məxaric orderlərinin düzgün tərtib olunması və sə­nəd­­ləşdirilməsi, mədaxil və məxaric orderlərinin qeydiyyat jurnalında əks olun­ma­sı;

• Kassa kitabının düzgün aparılması və hər günün sonunda qalıqda olan pul vəsaitinin müəyyənləşdirlməsi;

• Əmək haqqının ödənilməsi cədvəllərinin yekunlarının düzgün hesablaş­ması;

• Deponentləşmiş əmək haqqı sənədlərinin düzgün aparılması;

• Nağd pul qalığı limitləri həddində pul vəsaitinin saxlanılması və onun düzgün təyinatı üzrə istifadə olunması;

• Pul vəsaitinin saxlanması və daşinması zamanı onun salamatlığını tə­min etmək barədə tövsiyələrin yerinə yetirilməsi;

• Müəssisə rəhbərinin pul vəsaiti və dəyərlər banklardan gətirilərkən ya­xud ora təhvil verilərkən kassirə mühafizəçi və lazım gəldikdə nəqliyyat və­sa­i­ti­nin ayrılması;

“Kassa binalarının texniki cəhətdən möhkəmləndirilməsi və yanğından mü­hafizə siqnalizasiyası vasitələri ilə təchiz olunmasına dair tədbirlərin icrası və s.

Yuxarda göstərilən məsələnin yoxlamasından sonra kassa əməliy­yat­la­rı­nın düzgün aparılması yoxlanmalıdır. Yoxlama dövrünü əhatə edən bütün mədaxil və məxaric kassa sənədləri ətraflı yoxlanılmalıdır

Kassa əməliyyatlarını yoxlayarkən auditor xüsusilə nağd pul vəsaitinin mə­daxil olunmasının düzgün, vaxtında və tam sənədləşdirilməsinə diqqət verıməlidir.

Pul vəsaiti kassaya banklardan, müəyyən xidmətlə əlaqədar olaraq mü­əs­sisə işçilərindən, hazır məhsul satışından, şəxslərdən və s. mənbələrdən daxil ola bilər. Auditor xüsusilə bankdan daxil olmuş pul vəsaitinin vaxtında mə­da­xil olunmasını diqqətlə yoxlamalıdır. Hazır məhsul satışdan, köməkçi təsər­rü­fatlardan, mənzil-kommunal xidmətindən daxil olan pulların sənədləşdirilməsi və mədaxil olunmasının da ətraflı yoxlanması vacibdir.

Kassaya nağd pul vəsaitinin daxil olması ilə əlaqədar olaraq kassa kitabı ilə kassa mədaxil orderlərində əks olunmuş göstəricilər bank çıxarışları və sa­tıl­mış məhsulların (işiərin, xidmətlərin) qainələri və hesab-fakturaları ilə qar­şı­lıqlı yoxlamalıdır. Auditor bilməlidir ki, hazırki şəraitdə bəzi müəssisələrdə ver­­gidən yayınmaq məqsədilə pul gəlirlərinin gizlədilməsi halları müşahidə olu­­nur. Belə ki, kassaya daxil olan nağd pul məbləği 50 №-li «Kassa» he­sa­bı­nın debeti və 76 №-li « Müxtəlif debetorlar və kreditorlarla hesablaşmalar», 71 №-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar», 20 №-li «Əsas isıehsal», 88 №-li «Bö­lüşdürülmüş mənfəət» (ödənilməmiş zərər)» və sairə hesabların kreditində əks olunur. Belə halda göstərilən hesablar üzrə debet yazılışları 46 №-li «Məh­sul (iş, xidmət) satışı» hesabının kreditində aparılan yazılışlarla müqayisə olun­­malıdır. Əgər 46 №-li hesabın kreditində həmin məbləğlərin yazılışı olmazsa, bu vergi ödənilməsinin gizlədilməsini göstərir. Belə halda auditor tə­cili olaraq müəyyən olunmuş faktla əlaqədar müəssisə rəhbərinə məlumat verməli və bu barədə tədbir görülməsinin bildirməlidir. Bu eyni zamanda müəssisə müha­si­bat (maliyyə) hesabatının etibarsızlığına şübhə yaradır ki, belə hal audito­r­ yox­lamasında qəbul edilməz haldır.

Müəssisə kassasından nağd pul vəsaitin məxaric olunmasına yoxlayarkən auditor xatırlamalıdır ki, bu kimi əməliyyatlar kassa məxaric orderi, ödəniş cədvəli, ərizə və s. sənədlər əsasında icra olunur. Pul vəsaitinin buraxılmasına aid olan sənədlər müəssisə rəhbəri, baş mühasib və digər onları əvəz etmək hüququ olan vəzifəli şəxslər tərəfindən imzalanmalıdır. Yoxlama aparılarkən auditor kassadan ödənən pul vəsaiti sənədlərinin hüquqi əsaslandırılmasını (işçi heyətinin mükafatlandırılmasına dair əmr, maddi yardımın olunmasına dair sənəd, icra vərəqələrinin ödənilməsi) müəyyən etməlidir. Eyni zamanda məqsədli ödəmələr üzrə bankdan çeklə alınmış pul məbləğinin əmək haqqı, müxtəlif yardıtmlar üzrə ödəmələr, ezamiyyə, təsərrüfat xərcləri və s. ödənişlər, kassa limitinin gözlənilməsi yoxlanılmalıdır.

Belə ciddi yoxlama ona görə vacibdir ki, bəzi hallarda müəssisə kassa­sın­dan böyük məbləğdə pul vəsaiti əməliyyata-təsərrüfat xərcləri, nümayəndəliyin saxlanması adı ilə verilir və bu pul məbləği saxta sənədlərlə tədavül xərclərinə silinir. Digər misal olaraq göstərmək olar ki, 50 №-li «Kassa» hesabının kre­ditin­dən heç bir əsas olmadan sosial sığorta üzrə yardımları, birdəfəlik maddi yardım üzrə pul məbləği ödənilərək istehsal məsrəfləri və ya tədavül xərcləri he­sabına silinir və bunun nəticəsində məhsulların, işlərin, xidmətlərin maya dəyəri əsasız olaraq alınır.

Beləliklə auditor kassa əməliyyatlarının yoxlanılması apararkən tərtib etdiyi auditor proqramına aşağıdakılar mütləq qaydada nəzərdə tutulmalıdır;

- kassada pul vəsaiti və digər qalıqların inventarlaşması, onların sax­lan­ma­sı vəziyyətinin yoxlaması;

- kassaya daxil olan pul vəsaitinin vaxtında və tam mədaxil olunması;

- məxaricə silinən pul məbləğinin düzgün silinməsinin öyrənilməsi və təhlili;

- kassa və maliyyə intizamına əməl olunması vəziyyətinin yoxlaması;

- mühasibat uçotu hesablarında kassa əməliyyatlarının düzgün əks olun­ma­sının yoxlaması;

- aparılan audit nəticəsi ilə əlaqədar olaraq təkliflər və nəticələrinin müəyyən olunması.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin