7.2. Mühasibat (maliyyə) hesabatının auditi
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən olduğuna görə xarici invesıisiyalı müəssisələr istisna olmaqla bütün müəssisələr rüblük və illik mühasibat hesabatı tərtib etməlidirlər.
Mühasibat (maliyyə) hesabatı mülkiyyətçilərə, dövlət vergi, Slatislika orqanlarına və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəssisənin fəaliyyətinin ayrı-ayrı tərəflərinin yoxlaması və müvafiq hesabatların alınması həvalə edilmiş digər dövlət orqanlarına təqdim olunmalıdır.
Müəssisələrin maliyyə (mühasibat) hesabatlarının başqa ünvanlara göndərilməsi təsisedici sənədlərə və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduqda həyata keçrılır. (2-ci bölmənin 9-cu fəsilində ətraflı şərh olunmuşdur).
Auditor mühasibat (maliyyə) hesabatının auditini apararkən xüsusilə «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununun mühasibat uçotunun təşkili məsələlərinə dair tələblərin yerinə yetrilməsinə xüsusi diqqət verilməlidir.
Bu tələblər aşağdakılarla xarakterizə olunur;
1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün əməliyyatlarının mühasibat uçotunu və Qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu standartlarına, mühasib uçotunun hesab planına və başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılmalıdır.
2. Mühasibat uçotunun aparılmasında hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotunda düzgün əks etdirməli, əmlakın qiyrnətləndirilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot siyasətinə və Qanuna uyğun hazırlanmış mühasibat uçotu slandartları və uçota dair başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə müqayisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir.
3. Hesabat dövründəki (ay,rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərfətlərin invertarizasiyanın nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registirlərində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.
4. Gəlir və xərclər hesabat dövrünə düzgün aid edilməlidir. Uçotda cari xərclərin isıehsala (tədavül xərclərinə) və kapital qoyluşlarına ayrılması dürüst müəyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları ilə üzləşdirilərək onların bərabərliyi və düzgünlüyü müəyyənləşdirilməlidir.
5. Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesablarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırılmaqdır.
Maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etməkdir.
6. Müəssisədə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir, Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait yaradır, uçotla əlaqədar olan bütün bölmələrinə, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatların vaxtında və duzgün tərtib və təqdim edilməsi işində, tələblərin yerinə yetrilməsini tə'min edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.
7. Mühasibat uçotunun təşkili, aparılmasl, uçot siyasətinin formalaşması, daxili mühasibat hesabatı, inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsulları və s. barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır. Bu zaman o, mühasibat uçotunun təşkilatı formasını, sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnoloqiyasını təyin edir, daxili uçot və hesabat sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatları üzərində qaydasını, sənədlərə imza etmək hüququ olanları və s. müəyyən edir.
8. Müəssisənin mühasibat xidmətinə baş mühasib rəhbərlik edir. Baş mühasib və mühasibat xidmətinin rəhbəri müəssisə tərəfindən həyata keçrilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddəttərdə tərtib və təqdim edilməsini, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatın məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini həyata keçirliməsini tə'min edir. Auditorun tərtib etdiyi proqramaya uyğun olaraq müəssisənin bütün təsərrüfat-maliyyə fəaliyyəti üzrə yoxlamalar aparıldıqdan sonra toplanmış materiallar mühasibat (maliyyə) hesabatının düzgünlüyü və etibarlılığını qiymətləndirməyə şərait yaranır.
Bununla əlaqədar auditor Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik mühasibat (maliyyə) hesabatının həcmi üzrə müəyyən olunmuş hesabat formalarını yoxlamaqla, hesabat nəticələrini müəyyənləşdirir. Auditor yoxlaması ilə əlaqədar müəssisənin balansı, maliyyə nəticəiəri haqqında hesabat, əmlakın hərəkətinə dair hesabat, pul vəsaitinin hərəkətinə dair hesabat, müəssisə balansına əlavə, illik hesabatı izahatlı arayış müvafiq normativ sənədlərlə qüvvədə olan digər hesabat formaları və sair.
Hesabatlar yoxlanarkən auditor qanunvericiliklə müəyyən olunmuş normativ sənədlərlə yanaşı aşağıdakı informasi mənbələrindən istifadə edə bilər:
- müəssisə təsərrüfat maliyyə fəaliyyəti ilə əlaqədar olan hesabat formaları;
- illik hesabatın tərtib olunması ilə əlaqədar olan inventarlaşdırma məlumatları;
- sintetik və analitik hesablarda əks olunmuş mühasibat uçotu yazılışları və sair.
Audit aparılarkən hesabat ilinin sonuna olan dövr üçün müəssisə balansının bütün maddələri, əvvəldəki keçirilən inventarlaşma nəticələri əsasında əsaslı şəkildə yoxlanmalıdır. Mühasibat uçotu yazılışlarda bütün səhvlər və nöqsanlar müəyyən olunmalı və aid olan uçot yazılışlarında lazımi düzəlişlər aparılmalıdır.
Auditor balans maddələrinin düzgün qiymətləndirilməsini yoxtamalı və balansa əlavə olunmuş maliyyə nəticələrinin, kapitalın hərəkətinın, pul və satışın hərəkəti və digər hesabatların uçot göstəricilərinə uyğunluğunu müəyyən etməlidir. Bundan sonra auditor mühasibat uçotu analitik və sintetik hesablarında əks olunmuş məlumatları yox-lamalı və həmin göstəricilərin hesabat formalarında əks olan göstəricilərə uyğunluğu müəyyən olunmalıdır. İilik hesabatlar yoxlanarkən rüblük hesabatlar da yoxlanmalı və onların bir-birinə uyğunluğu müəyyən olunmalıdır. Nəzərə almaq lazımdır ki, rüblük mühasibat hesabının məzmunu və tərkibində illik hesabat göstəricilərindən fərqiər müəyyən oluna bilər. Belə halda auditor rüblük və illik hesabatların tərtib olunması qaydaları ilə əlaqədar olan məlumatlardan istifadə etməlidir.
Özünüyoxlama sualları
İllik hesabatın auditor yoxlamasının aparılması zamanı auditor hansı əsas normativ sənədlərə əsaslanmadır?
Hesabatı kim tərtib edib rəsmiləşdirməlidir?
Mühasibat hesabatının düzgünlüyünə məsuliyyət kim daşıyır?
İllik mühasibat hesabatının tərkibi necə olmalıdır?
Dostları ilə paylaş: |