7.1. Mühasibat uçotunun təşkilatının auditi
Mühasibat uçotunun təşkili və aparılması metodologiyasının auditi aparılarkən ilk növbədə müəssisənin «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının 24 mart 1995-ci il tarixli Qanunun, Aəzrbaycan Respublikası Maliyyə Nazirliyınin 20 sentiyabr 1995-ci il tarixli, İ-94 saylı əmri ilə təsdiq edilmiş «Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlmınat» və digər mühasibat uçotuna aid olan metodoloci normativ sənədlərin yerinə yetrilməsi prinsipiəri müəyyən olunmalıdır. Onu da nəzərə almaq lazımdır ki, mövcud olan qanunvericiliyə gorə Azərbaycan Respublikasının ərazisində mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün müəssisələr mühasibat uçotu aparmağa borcludurlar. Müəssisənin mühasibat xidmətini onun müstəqil sıruktur bölməsi (idarə, şöbəsi) olan və bilavasitə müəssisənin rəhbərinə tabe olan mühasibatlıq, mərkəzləşdirilmiş, sərbəst mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mühasiblər həyata keçirə bilər. Mühasibat işlərinə rəhbərlik həmin bölmənin rəhbəri və ya baş mühasib tərəfindən həyata keçrilir. Müəssisənin baş mühasibinin tə'yin olunması və azad olunması müəssisə direktoru tərəfindən aparılır.
Auditor yoxlama dövründə müəssisədə istifadə olunan mühasibat uçotunun forması müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istifadə olunan uçot forması müəssisənin özü tərəfindən müəyyən olunur. Auditor mühasibat uçotu yazılışları üzrə bütün əməliyyatların uçotda əks olunması qaydalarını bilməlidir. Auditor onu da bilməlidir ki, mühasibat uçotu müəssisənin əmlakının, öhdəliklərinin, kapitalının, dövrüyyə vəsaitlərinin və ümumiyyətlə, bütün təsərrüfat-maliyyə fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registirlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsiplərə riayət edilməklə işlənib hazırlanmış uçot rekstirlərində yığılır və sistemləşdirilir.
Auditor müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotunda doğru, düzgün və etibarlı əks olunmasını müəyyən etmək məqsədilə aşağdakıları müəyyənləşdirməlidir:
- müəssisə mühasibatlığı işçilərinin funksional vəzifələrinin yerinə yetirilməsinə dair təminatın tərtib olunması;
- hər bir mühasibat işçisi üçün konkret vəzifə bölgüsü və uçot əməliyyatlarının yerinə yetirilməsi qrafikinin müəyyən olunması;
- mühasibat uçotu əməliyyatlarının icra olunması üzrə sənəd dövrüyyəsinin müəyyən olunması;
- mövcud olan əmlakın hərəkəti, onlardan istifadə olunması üzərində nəzarətin tə'min olunması;
- mühasibat uçotu prinsipləri və slandartlarının yerinə yetrilməsi üzərində nəzarətin tə'min olunması;
- müəyyən olunmuş vaxtlarda müəssisə əmlakının invertarlaşdırılmasının aparılması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat uçotu göstəriciləri ilə müqayisə olunması nəticələri.
- mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlanmasına cavab verməsi, əmlak və pul vəsaitinin mənimsənilməsi hallarının qarşısının alınması ilə əlaqədar olaraq tədbirlər görülməsi;
- tərtib olunmuş illik mühasibat (maliyyə) hesabatında əks olunmuş göstərıcilərin mühasibat uçotu yazılışlarına uyğun olması və sairə.
Auditor müəssisədə mühasibat uçotunun təşkilini yoxlayarkən daxili nəzarət xidmətlərınin işi ilə ətraflı tanış olmalı və bu sahədə görülən işlər və buraxılan nöqsanlan müəyyən etməlidir.
Mövcud olan qanunvericiliyə görə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şəraitt yaradır, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində tələblərin yerinə yetrilməsini tə'min edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.
Müəssisənın baş mühasibi bütün mühasibat uçotu standartlarının və uçota aid olan normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edliməsinə nəzarət etməlidir,
Mühasibət uçotunun təşkilinin auditi aparılarkən müəssisə təsərrüfat-maliyyə fəaliyyətini mühasibat uçotunda əks olunmuş göstəricilərin doğru, düzgün və etibarlı olmasını müəyyən etmək üçün auditor test-audit formasından da istifadə elə bilər. Son illərdə bu forma bir sıra öikələrdə audit yoxlamalarda tətbiq olunur. Bu formanın mənası ondadır ki, auditor yoxlamanı başlamazdan qabaq, auditin məqsədinə uyğun olaraq suallar hazırlayır və həmin sualları müəssisənin mühasibat işçiləri, rəhbərliyi, bölmə rəhbəri arasında həmin sualları yayır və onlardan müəyyən formada cavablar toplayır. Bunda əsas məqsəd müəyyən olunmuş nöqsanların aradan qaldırılmasından ibarətdir.
Belə aparılan «test-auditi» suallarında müəssisə mühasibat uçotunun təşkilində və daxili şəraitdə mövcud olan əməliyyatlara aid suallar əhatə olunur, Bu formada aparılan audit nəticəsində mühasibat uçotunun təşkili və daxili auditlə əlaqədar müsbət və zəif cəhətlər müəyyənləşdtrilir.
Dostları ilə paylaş: |