5.3. Valyuta hesabı üzrə əməliyyatların auditi
Xarici iqtisadi fəaliyyətin icrasi ilə əlaqədar olaraq müəssisələr ixrac və idxal etdikləri mal-material dəyərinin hesablaşma əməliyyatlarını xarici valyuta ilə aparırlar. Mövcud olan qanunvericiliyə görə bu kimi əməliyyatları yerinə yetirmək üçün müəssisələr valyuta hesabı aça bilərlər. Valyuta hesabının acılması və onda əməliyyatların aparılması qaydaları Azərbaycan Respublikası Milli Bankı tərəfindən müəyyən olunmuş prinsiplər üzrə icra olunur.
Müəssisə və təşkilatlarda valyuta hesabı əməliyyatları üzrə mühasibat uçotu hər bir valyuta üzrə ayrılıqda aparılır. Yəni ABŞ-rı dolları üzrə ayrı hesab, AFR-sı markası və üzrə ayrı hesablardan istifadə edilir. Azərbaycan Respublikasında təsərrüfat əməliyyatlarının qiymətləndirilməsi Respublikanın Milli valyutası sayılan manatla həyata keçirilir.
Banklarda və digər kredit idarələrindəki valyuta hesablarında olan vəsait qalıqdan, hesabat dövrünün sonuncu gününə Azərbaycan respublikası Milli Bankının valyuta məzənnələri üzrə xarici valyutaların yenidən haqq-hesab edilmə yolu İlə qiymətləndirilərək müəyyən edilmiş məbləğdə manatla əks etdirilir.
Ölkə ərazisində və xarici banklardakı valyuta hesablarında olan xarici valyuta ilə pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotu hesablar Planında 52 №-li «Valyuta hesabı» müəyyən olunmuşdur. 52 №-li «Valyuta hesabı»na 52 -1 №-li «Ölkə daxilindəki valyuta hesabları», 52-2 №-li «Xaricdəki valyuta hesabları» subhesabları açıla bilər.
Valyuta əməliyyatları mühasibat uçotu sistemində özünün mürəkkəb əməliyyatları ilə fərqlənir. Ona görə də bununla əlaqədar əməliyyatlar yüksək ixtisaslı mütəxəssis tərəfindən yoxlanılmalıdır. Ümumiyyətlə valyuta əməliyyatları yoxlanarkən, onun uçotu və icrası ilə əlaqədar olan qanunvericiliyin düzgün yerinə yetirilməsinə xüsusi diqqət verilməlidir. Valyuta hesabları üzrə əməlyyatlar mühasibat uçotunda bank çıxarışlarına və onlara əlavə edilən pul-hesablaşma sənədlərinə əsasən əks etdirliir.
Müəssisənin bütün növ xarici valyuta vəsaitləri əsasən aşağıdakı məqsədlər üzrə fəaliyyət göstərir:
a) müəssısənin sərəncamında qalan dövriyyə vəsaiti kimi fəaliyyət göstərən xarici valyuta vəsaitləri;
b) təsisedici sənədlərə uyğün olaraq müəssisədə nizamnamə kapitalı kimi fəaliyyət göstərən xarici valyuta vəsaitləri;
v) müəssisədə uzunmüddətli və qısamüddətli borclar kimi fəaliyyət göstərən xarici valyuta vəsaitləri;
q) müəssisədə uzun və qısamüddətli kredit (ssuda) kimi fəaliyyət göstərən xarici valyuta vəsaitləri.
Yuxarıda «a» və «b» bəndlərində göstərilən müəssisənin sərəncamında qalan dövriyyə vəsaiti kimi fəaliyyət göstərən, eyni zamanda təsisedici sənədlərə uyğun olaraq müəssisədə nizamnamə kapitalı kimi fəaliyyət göstərən xarici valyuta vəsaitləri üzrə məzənnə fərqi il ərzində 52 №-li «Valyuta hesabı»nın və 83 №-li «Gələcək dövrün gəlirləri» hesabının müvafiq sudhesablarında uçota alınır.
İlin sonunda isə həmin məzənnə fərqi müəssisənin mənfəətinə (zərərinə) aid edilir.
Uzun və qısamüddətli («v» bəndində göstərilən) borclar kimi fəaliyyət göstərən xarici valyuta üzrə məzərnə fərqi həmin borclar qaytarılana qədər pul vəsaitlərinin uçota alan hesabların və 94 №-li «Qısamüddətli borclar» və 95 №-li «Uzunmüddətli borclar» hesablarının müvafiq subhesablarında uçota alınır.
Uzunmüddətli və qısamüddətli («q» bəndində göstərilən) kredit kimi fəaliyyət göstərən xarici valyuta vəsaitləri üzrə məzənnə fərqi həmin kreditlər (ssudalar) qaytarılanadək 52 №-li «Valyuta hesabı», 90 №-li «Qısamüddətli bank kreditləri» və 92 №-li «Uzunmüddətli bank kredıtləri hesablarının müvafiq subhesablarında uçota alınır.
Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə əsasən xarici iqtisadi əlaqələrin aşağıdakı formaları müəyyən olunmuşdur:
- qabaqçadan ödəmə;
- inkasso forması;
- akkredetiv hesablaşma forması;
- mal mübadiləsi və ya barter əməliyyatları forması.
Dostları ilə paylaş: |