MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ


Alqı-satqı ilə Bağlı Ödəniş Proqramı



Yüklə 81,96 Kb.
səhifə26/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   22   23   24   25   26   27   28   29   ...   47
New Microsoft Word Document

Alqı-satqı ilə Bağlı Ödəniş Proqramı



  1. Avans Ödənişi


(ZƏRURİYYƏT OLMADAN AVANS VERİLMƏYƏCƏKDİR.)

ALICI, SUBPODRATÇIYA Malın Yekun Dəyərinin %... (…..) nisbəti məbləğində mal/ material avansını PODRATÇI ilə SİFARİŞÇİ arasında keçirilən Müvəqqəti Qəbulun sonuna qədər etibarlı, şərtsiz, ilk tələbdə ödənilən Bank Avans Təminat Məktubunun əvəzində, Müqavilənin imzalanması tarixindən etibarən 15 (on beş) gün ərzində ödənilməsini öhdəsinə götürür. Pul vahidinin, müvafiq layihə çərçivəsində SİFARİŞÇİDƏN alınan pul vahidi ilə eyni olmasına diqqət yetirilməlidir..





  1. Qalıq Ödənişi


Mal/Materialların qalıq dəyəri, SUBPODRATÇI tərəfindən mal-materiallar təhvil proqramına uyğun olaraq təhvil-təslim, yoxlama/qəbul və quraşdırma işlərinin tamamlanmasından sonra görülən işlərin ödənişləri ilə paralel olaraq hazırlanan görülmüş işlərin qəbul aktlarına əsasən ödənilməlidir.
Və ya;

ALICI tərəflər arasındakı razılığıa əsasən materiallar üçün hazırlanan və görülmüş işlərin qəbul aktlarına əsasən aşağıda qeyd olunan ödəniş proqramına uyğun olaraq SUBPODRATÇININ bank hesabına köçürür.


Nümunəvi Ödəniş Planı

görülmüş işlərin qəbul aktlarının təsdiqlənməsi tarixində etibarən % ..... i 30 gün

görülmüş işlərin qəbul aktlarının təsdiqlənməsi tarixində etibarən …% ..... i 60 gün

görülmüş işlərin qəbul aktlarının təsdiqlənməsi tarixindən etibarən % ..... i 90 gün

görülmüş işlərin qəbul aktlarının təsdiq lənməsindən etibarən % 120 gün ərzində SUBPODRATÇIYA ödənilməlidir.

ALICI tərəfindən ödənilən malların yekun dəyəri işin sonunda işin yerində aparılan ölçmələrə əsasən müəyyən edilməlidir. Ölçmələr bitdikdən sonra mal/materiallarda müəyyən edilən itkilərin dəyəri, görülmüş işlərin qəbul aktlarından və/və ya mallara görə aparılan son ödənişlərdən kəsilməlidir.


SUBPODRATÇI tərəfindən xaricə göndərilən təchizat, avadanlıq, maşın vs. malların daşınma, sığorta, gömrük və vergi rüsumlarının ödənilməsi SUBPODRATÇI tərəfindən aparılmalıdır.

Sərf və quraşdırma materialları üçün: (İcranın asanlığı üçün yazılmışdır. Müqavilə şərtlərinə görə qiymətləndiriləcək.)


SUBPODRATÇInın bu Müqavilə müddəalarına əsasən öhdəliklərini yerinə yetirmək üçün istifadə edəcəyi sərf və quraşdırma materiallarının daşınması ALICI tərəfindən aparılmalıdır(dəyərləri vahid qiymətlərə daxil olduğu üçün). Bununla bağlı kəsilən faktura dəyərinə görə ödəniş aparılmamalıdır və bu ancaq daşıma işlərinin asanlaşması üçün ALICI tərəfindən aparılan əməliyyatdır. SUBPODRATÇI buna görə ödəniş tələb edə bilməz. Mallar, miqdar və xüsusiyyəti dəyərsiz faktura və dəyərsiz ixrac üçün uyğun olduğu təqdirdə butün malların fakturaları dəyərsiz olaraq hazırlanmalıdır.

SUBPODRATÇI, iş həcminin artırılması nəticəsində PODRATÇININ razılığı əsasında əlavə mal/materialların alınmasını tələb edə bilər. Əlavə mal/materialların alınmasına gör\ miqdarlarda yaranan dəyişiklikləri qeyd etmək üçün qoşma hazırlanmalıdır.


SUBPODRATÇI, ALICIYA aşağıdakı məlumatları əhatə edən fakturalar təqdim etməlidir. Faktura, faktura tarixindəki Türkiyə Respublika Mərkəz Bankı Valyuta məzənnəsi əsas alınaraq hazırlanmalıdır. Türkiyə Respublikasından mal alındıqda yazılmalıdır. Faktura üzərində Müqavilə nömrəsi və layihə kodu yazılmalıdır.
Fakturalar, ALICI tərəfindən təsdiqlənməyənə qədər mal/materiallar daşınmamalıdır. Bununla əlaqədar olaraq yaranan gecikmələrin müddəti SUBPODRATÇININ təhvil- təslim müddətinə daxildir. Bundan irəli gələn nəqliyyatın gözləmə dəyərləri SUBPODRATÇI tərəfindən ödənilməlidir. Təhvil verilən mal/materialların miqdarlarından/dəyərindən artıq kəsilən fakturalara görə ödənişlər aparılmayacaq. SUBPODRATÇI Faktura ilə birlikdə malın ixracatı üçün lazım olan bütün sənədləri ALICIYA göndərməlidir.

Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin