ÖDƏNİŞLƏR
PODRATÇI və ALICI, bu Müqavilə icrasından irəli gələn bütün ödəmələri SUBPODRATÇININ bu müqavilədə qeyd etdiyi bank hesabına aparmalıdır.
Akkreditiv əməliyyatları nəticəsində ALICININ bankında yaranan və ALICININ çəkdiyi bütün bank xərcləri ALICININ öhdəliyindədir. Təsdiq və rambursman xərcləri daxil olmaqla yaranan digər bütün xərclərlə akreditiv açıldıqdan sonra yaranan bütün xərclərin ödənilməsi SUBPODRATÇININ öhdəliyindədir.
Görülmüş işlərin qəbul aktlarının təqdim olunması
PODRATÇI tərəfindən təsdiqlənən reallaşmış emalat miqdarları ilə Müqavilə əlavəsində yer alan Muqavilə dəyəri & Qiymət Razılaşdırma Protokolu / Faktiki Həcmlərin Dəqiqləşdirilməsi & Qiymət Razılaşdırma Protokolunda qeyd edilən vahid qiymətlər nəzərə alınaraq, SUBPODRATÇI`nın görülmüş işlərinin qəbul aktları hazırlanmalıdır.
Emalat miqdarları yerində müəyyən edildiyi üçün, layihə üzərindən də lazımlı yoxlamalar aparılmalıdır.
Ölçü vahidi müqavilə dəyəri və qiymət razılaşdırma protokolunda qeyd edilmişdir.
"Görülmüş işlərin qəbul aktları ", işə başlama günündən sonra gələn aydan başlayaraq hər ayın 25`ində SUBPODRATÇI tərəfindən hazırlanmalı və 5 (beş) gün müddətində PODRATÇI tərəfindən təsdiqlənməlidir.
Görülmüş işlərin qəbul aktlarına və Müqavilə qiymətlərinə, qanunvericiliyin tələblərinə əsasən kəsintilər aparılmalıdır. Görülmüş işlərin qəbul aktlarına əsasən ödənişlərdən nağd təminat, SUBPODRATÇI`nın digər borcları və Azərbaycan qanunvericiliyinə uyğun olaraq SUBPODRATÇInın adına PODRATÇI, və ya ALICI tərəfindən təyin olunan 3. Şəxslər tərəfindən aparılan ödənişlər kəsilməlidir.
Subpodratçının Görülmüş işlərin qəbul aktlarından % ..... (.....) nağd təminat kəsilməlidir.
Bu Müqavilə və əlavələrinə görə SUBPODRATÇI tərəfindən görülən işlərin dəyəri, qəti ödəniş xüsusiyyətində olmamaq və əldə edilmiş hüquq sayılmamaq şərti ilə SUBPODRATÇI`nın görülmüş işlərin qəbul aktlarının dəqiqləşməsi və dəqiqləşən görülmüş işlərin qəbul aktı ilə müəyyən edilən məbləğdə ödənişlər tərtib edilən faktura əsasında faktura tarixindən etibarən 30 (otuz) gün ərzində SUBPODRATÇI`nın bildirdiyi Azərbaycan Respublikasınakı bank hesabına aparılmalıdır.
Görülmüş işlərin qəbul aktları, SUBPODRATÇI və ya nümayəndəsi tərəfindən, Müqavilə maddələrinə və PODRATÇI tərəfindən istənilən formaya görə 4 orijinal nüsxədə tərtib edilməlidir. PODRATÇI, bu aktları Müqavilə maddələrinə əsasən, lazımlı düzəlişləri apardıqdan və ya SUBPODRATÇI`ya etdirdikdən sonra “Uyğundur” dərkənarını qoyaraq imzalamalıdır. PODRATÇI tərəfindən hesabatda aparılan düzəlişlərə SUBPODRATÇI` etiraz etdikdə SUBPODRATÇI’ etirazını görülmüş işlərin qəbul aktına yazaraq hesabatı imzalamalıdır. Subpodratçı etirazını müqavilə bəndləri ilə əsaslandırmalıdır Əks halda Subpodratçının etirazı qəbul edilməyəcək və nəzərə alınmayacaq. Görülmüş işlərin qəbul aktlarına SUBPODRATÇI tərəfindən edilən etirazlar, SUBPODRATÇI və PODRATÇI nümayəndələrinin qarşılıqlı razılaşması ilə həll edilir, lakin son qərar PODRATÇI`ya aiddir.
SUBPODRATÇI` sosial sığorta primlərini və vergiləri vaxtı-vaxtında ödəmədiyi təqdirdə PODRATÇI təşəbbüs göstərərək, SUBPODRATÇI`nın ödənişindən və ya təminatından geriyə almaq şərti ilə SUBPODRATÇInın borclarını ödəyə bilər.
SUBPODRATÇI görülmüş işlərin qəbul aktlarını vaxtında və əskiksiz hazırlayıb imzalatdırmaması səbəbindən ona edilən ödənişlərdə gecikmələrin olmasına görə PODRATÇI`ya etiraz etmək, əlavə ödəniş tələb etmək hüququna malik deyil. Görülmüş işlərin qəbul aktları SUBPODRATÇI tərəfindən PODRATÇI`nın təsdiqinə təqdim edilməlidir. PODRATÇI tərəfindən təsdiqlənən ödənişlər SUBPODRATÇI tərəfindən üçüncü şəxslərə güzəşt edilə bilməz və müsadirə obyekti olmamalıdır. Əks təqdirdə, belə hərəkətlər bu Müqavilənin pozulması mahiyyətini daşıyır və PODRATÇI tərəfindən Müqavilənin ləğvi ilə nəticələnə bilər və ardınca güzəşt və müsadirə edilmiş məbləğlər SUBPODRATÇInın muzdundan və ya hər cür təminatından geri qaytarıla bilər.
SUBPODRATÇI, İşin icrası üçün cəlb etdiyi bütün işçilərə və işin icrası ilə əlaqədar olaraq 3 şəxslərə edəcəyi bütün ödənişləri həmin şəxslərin bank hesablarına aparmalıdır. SUBPODRATÇI, təsdiq edilmiş görülmüş işlərin qəbul aktlarına əsaslanaraq PODRATÇI tərəfindən aparılan ödəniş tarixindən sonra 5 (beş) iş günü müddətində iş yerində işlətdiyi bütün işçi və personalın maaşlarının (PODRATÇI tərəfindən ödənən muzdun aid olduğu müddətdəki xidmətlərin qarşılığı) ödənilməsini təsdiq edən sənədləri PODRATÇI`ya təqdim etməlidir. Bu sənədlər, SUBPODRATÇI tərəfindən PODRATÇIYA təqdim edilmədiyi təqdirdə və SUBPODRATÇI işçilərinin maaşlarını, ödədiyini sübut edə bilməzsə, PODRATÇI tərəfindən köçürülən ödənişlərin aparıldığı aydan sonraki ayın ödənişləri yuxarıda qeyd edilən öhdəliklər SUBPODRATÇI tərəfindən yerinə yetirilməyənə qədər PODRATÇI tərəfindən aparılmayacaq. PODRATÇI, SUBPODRATÇI`nın yuxarıda qeyd edilən öhdəliklərini yerinə yetirməməsi və/və ya geciktirməsi təqdirdə uyğun hesab etdiyi bütün tədbirləri almaq səlahiyyətinə malikdir. SUBPODRATÇI, PODRATÇI`nın bu səlahiyyətindən istifadə etməsinə və PODRATÇI`nın bununla əlaqədar olaraq aldığı tədbirlərə etiraz etməyəcəyini qəbul və bəyan edib, öhdəsinə götürür.
SUBPODRATÇI, təsdiq edilmiş görülmüş işlərin qəbul aktlarına əsaslanaraq fakturaları hazırlamalıdır. Müqavilə dəyəri xarici valyuta ilə ifadə olunduğu təqdirdə bütün ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişin həyata keçirildiyi tarixə qədər və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə və ya Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olaraq hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
Görülən işlərin dəyərinə fakturada ƏDV əlavə olunmalıdır. ƏDV PODRATÇI tərəfindən ödənilməlidir.
SUBPODRATÇI, PODRATÇI tərəfindən onun bank hesabına köçürülən vəsaitin PODRATÇI`nın SUBPODRATÇIYA bu Müqavilədən irəli gələn ödəniş borcunu ödəmiş olduğunu qəbul və bəyan edir, Bu müqavilədə qeyd edilən hesab nömrəsi PODRATÇI`ya əvvəlcədən yazılı şəkildə bildirildikdən sonra dəyişdirilə bilər. Bu təqdirdə yeni bank hesabına aparılan ödənişlərə bu paraqrafın müddəaları tətbiq edilməlidir.
Dostları ilə paylaş: |