MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ


MÜQAVİLƏnin DƏYƏRİ, İŞLƏRdə DƏYİŞİKLİKLƏR



Yüklə 81,96 Kb.
səhifə21/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   17   18   19   20   21   22   23   24   ...   47
New Microsoft Word Document

MÜQAVİLƏnin DƏYƏRİ, İŞLƏRdə DƏYİŞİKLİKLƏR




    1. Müqavilənin Dəyəri


Müqavilənin dəyəri Bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Muqavilə dəyəri & Qiymət Razılaşdırma Protokolu / Faktiki Həcmlərin Dəqiqləşdirilməsi & Qiymət Razılaşdırma Protokolunda (Əl-6) qeyd edilmişdir.

Qiymət Razılaşdırma Protokolunda qeyd edilən müqavilə qiymətləri SUBPODRATÇI tərəfindən artırılmamalıdır.

Hazırki müqavilənin dəyəri SUBPODRATÇI tərəfindən birtərəfli qaydada artırıldığı təqdirdə PODRATÇI bu Müqaviləni ləğv etmək və qiymətlərin artırılması nəticəsinə ona dəyən zərərin tam həcminin ödənilməsini tələb etmək hüququna malikdir.

“Vahid qiymət/Tamam Kamal üsulu” əsasında görülən işlərdə müqavilə dəyərinə mal/materialların itkisi, heyət /avadanlıqların dəyəri, əməyin təhlükəsizliyi ilə əlaqədar xərclər və s., malların tikinti meydançasına çatdırılması, üfüqi və şaquli istiqamətlərdə daşınması, hər növ mobilizasiya, alqı – satqı, icra, vergi, xərc, rüsum, məzənnə fərqi və bunlarla məhdudlaşmamaq şərti ilə bu Müqavilənin premetini təşkil edən işlərin tam və qüsürsuz tamamlanması üçün SUBPODRATÇI tərəfindən çəkilən bütün xərclər və gəlirlər daxildir.


Bu Müqavilənin dəyəri SUBPODRATÇI tərəfindən hazırki müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olaraq aşağıdakılar da daxil olmaqla (lakin məhdudlaşmamaq şərti ilə) hər iki tərəfin razılığa gəldiyi tam və yekun dəyərdir.

  • Bu müqavilə şərtləri ilə ayrı qayda nəzərdə tutulmadıqda Müqavilənin predmeti ilə müəyyən edilən işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq SUBPODRATÇI tərəfindən Azərbaycanda və ya xarici ölkələrdə çəkdiyi bütün xərclər.




  • Sadalanlarla məhdudlaşmamaq şərti ilə işin vaxtında yerinə yetirilməsi və müvəffəqiyyətlə tamamlanması üçün lazım olan nəzarətçilərin, SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİlərin icra etdiyi işlər ilə əlaqədar olaraq bütün birbaşa və dolayısı xərclər və maliyətlər SUBPODRATÇININ işçilərinin (SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİlər, nəzarətçilər, mütəxəssislər, fəhlələr, operatorlarla məhdudlaşmayaraq) qəza və sağlamlıq sığortaları, bütün birbaşa və dolayısı vergilərin ödənilməsi, fərdi icazə və müvəqqəti yaşayış icazələrin alınması xərcləri.

  • SUBPODRATÇIYA təsir edən risklər, öz vəsaitlərindən apardığı xərclər və qazandığı gəlir hesabına ezamiyyətlər, mühafizə və qurğuların quraşdırması istismarı və baxılması üçün təyin edilən işçilərə tikinti meydançasında təlimlərin keçirilməsi xərcləri

  • SUBPODRATÇI tərəfindən işçilərinin Tikinti meydançasına gediş – gəlişini təmin etmək üçün çəkdiyi bütün xərclər (viza, təyyarə biletləri və s.)

  • SUBPODRATÇI personalının səhər, günorta və axşam yeməkləri SUBPODRATÇI`ya aiddir. PODRATÇI yemək servisi üçün hər hansı bir Müqavilə bağladığında SUBPODRATÇI personalı da ödəniş müqabilində həmin xidmətdən faydalana bilər.

  • PODRATÇI, öz iş proqramını ləngitmədən tikinti meydançasında mövcud olan və PODRATÇIYA məxsus qülləli və mobil kran kimi təchizatlardan SUBPODRATÇI tərəfindən istifadəsinə icazə verə bilər. bunun əksi də ola bilər.

  • Ayaqaltı platformalar PODRATÇI tərəfindən təmin edilməlidir, quraşdırılması və sökülməsi isə SUBPODRATÇININ öhdəliyindədir. Əksi də ola bilər.




    1. Yüklə 81,96 Kb.

      Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin