MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ



Yüklə 81,96 Kb.
səhifə17/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   13   14   15   16   17   18   19   20   ...   47
New Microsoft Word Document

İşçilik

SUBPODRATÇI, bütün işləri bu Müqavilə şərtlərinə, tasdiq olunan layihələrə və PODRATÇI tərəfindən təsdiqlənmiş nümunələrə uyğun olaraq yüksək keyfiyyətlə, iş proqramı ilə müəyyən edilən müddətdə, PODRATÇININ göstərdiyi yerdə və ardıcıllıqla icra etməyi öhdəsinə götürür.

SUBPODRATÇININ işlərində, təmin etdiyi mallarda, istifadə etdiyi maşın və avadanlıqlarda qüsur və nöqsanlar olduqda vəya işlər təstiqlənmiş işçi layihələrə və şərtnamələrə uyğun olmadıqda SUBPODRATÇI PODRATÇININ ilk tələbi ilə işlərin qüsurlu hissəsinin icrasını dayandırmalıdır.
Yaranan vəziyyətin araşdırılması və səbəblərin aşkarlanması üçün tələb olunan yoxlamalara SUBPODRATÇI dərhal başlamalıdır. Aparılan araşdırmalar nəticəsində işlərdə, mallarda, təchizat və avadanlıqlarda qüsur və ya nöqsanlar aşkarlandığı təqdirdə, SUBPODRATÇIya qüsurları öz hesabına aradan qaldırması və işlərin yenidən görülməsi üçün müddət təyin edilir.
İşlərin icra müddətində SUBPODRATÇI tərəfindən PODRATÇInın hər hansı bir tikili və ya avadanlığına ziyan dəyərsə həmin ziyanın tam həcmi SUBPODRATÇI tərəfindən PODRATÇIYA ödənilməlidir. Bu səbəbdən SUBPODRATÇI müqavilənin müddətinin uzadılmasını tələb edə bilməz.
PODRATÇInın SUBPODRATÇIYA təqdim etdiyi mallar SUBPODRATÇI tərəfindən həmin mallar üçün istehsalçının müəyyən etdiyi istifadə qaydalarına zidd olaraq istifadə edildiyi təqdirdə yaranan zərərin əvəzi yuxarıda qeyd edilən şərtlərə əsasən aparılmalıdır. Bunun nəticəsində yaranan mal/materialların itkisi və zərərə görə SUBPODRATÇI tam maddi məsuliyət daşıyır. Vurulan zərərin tam məbləği SUBPODRATÇININ muzdundan çıxılmalıdır. Zərərin məbləği muzdun məbləğindən artıq olduqda həmin məbləğ SUBPODRATÇININ PODRATÇIYA olan Borcu kimi qəbul edilir.


    1. Yüklə 81,96 Kb.

      Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin