SUBPODRATÇI, hazırki Müqavilə şərtlərinə əsasən təmin etdiyi malların hamısına və ya hər hansı bir hissəsinə aid olan marka, patent, industrial dizayn və faydalı model dəyərlərini ödəməlidir. Bu dəyərlər müqavilə qiymətlərinə daxildir. Bu Müqavilə şərtləri ilə SUBPODRATÇInın öhdəlikləri yerinə yetirməsi və ya yetirilməməsi nəticəsində əqli mülkiyyət hüquq normaları ilə qorunan hüquqların pozulması nəticəsində ortaya çıxan cərimə və maliyyə sanksiyaları SUBPODRATÇI tərəfindən ödənilməlidir. Bu öhdəliyin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində PODRATÇIYA və ya ALICIYA hər hansı bir zərər dəydikdə SUBPODRATÇI həmin zərərin tam məbləğini kompensasiya etməyi öhdəsinə götürür. SUBPODRATÇI bu Müqavilənin mövzusunu təşkil edən malların yeni, ən son dizayna malik olmasına zəmanət verir.