PODRATÇI və/və ya ALICI, SUBPODRATÇI tərəfindən təmin edilən və istifadə edilən malları işin hər mərhələsində yoxlamaq, tikinti sahəsində görülən işlərə nəzərət etmək, icra edilən işlərin bu müqavilə müddəalarına uyğunluğunu, görülmüş işlərin qəbul aktlarını yoxlamaq, tələb olunan dəyişiklikləri rədd vəya qəbul etmək üçün müvafiq səlahiyyətlərə malik olan NƏZARƏTÇİNİ təyin etmək hüququna malikdirlər.
PODRATÇI, ALICI və SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİ/ NƏZARƏTÇI, SUBPODRATÇININ işlərini işin hər mərhələləsində xəbərdarlıq etmədən yoxlamaq səlahiyyətinə malikdirlər.
PODRATÇI və/və ya ALICI tərəfindən edilən xəbərdarlıqdan sonra SUBPODRATÇI işlərin, avadanlığın və malların qüsurlarını dərhal və öz hesabına düzəltməlidir. PODRATÇI və/və ya ALICININ SUBPODRATÇIYA etdikləri xəbərdarlıq nəticəsində qüsur və nöqsanlar aradan qaldırılmadığı təqdirdə hazırki Müqavilənin 11.2-ci bəndi tətbiq edilməlidir.