İşÇİlər və İşlərə Nəzarət
SUBPODRATÇININ, iş yerində aşağıdakı personalı olmalıdır:
İş icraçısı (İngilisçə bilən, minimum …. İl təcrübəli, …… SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİi)
….. SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİ (minimum …. İl təcrübəli, …… SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİ/Memar)
Texnik( minimum …. İl təcrübəli)
SUBPODRATÇI aparılan işlərin planlamasından, təşkilindən, istiqamətləndirilməsindən cavabdeh olan və ümumi işlərin gedişatına nəzarət edən Səlahiyyətli Şəxsi (bundan sonra bu müqavilədə SUBPODRATÇININ NÜMAYƏNDƏSİ olaraq qeyd ediləcək) təyin etməlidir.
SUBPODRATÇININ NÜMAYƏNDƏSİ tikinti meydançasını tərk etməməlidir. SUBPODRATÇI NÜMAYƏNDƏSININ ünvanını və əlaqə telefonlarını PODRATÇIYA yazılı şəkildə bildirəməlidir və PODRATÇIdan yazılı razılığını almadan dəyişdirməməlidir.
SUBPODRATÇININ NÜMAYƏNDƏSI işlərin texniki və inzibati məsuliyyətini daşımalıdır , PODRATÇI tərəfindən verilən bütün təlimatlara riayət etməlidir və SUBPODRATÇInın adından sənədləri imzalamaq səlahiyyətinə malik olmalıdır.
SUBPODRATÇININ NÜMAYƏNDƏSI, işlərin icra edildiyi müddət ərzində iş yerini tərk etdikdə onu əvəz edən şəxs təyin etməlidir.
SUBPODRATÇI işlərin müvəffəqiyətlə yerinə yetirilməsi üçün tikinti meydançasını kifayət qədər işçi ilə təmin etməlidir.
Tikintinin ümumi nizam-intizam, əməyin təhlükəsizliyi qaydalarına və PODRATÇI tərəfindən müəyyən edilən digər qaydalara riayət etməyən, səhlənkar işçiləri SUBPODRATÇI PODRATÇININ tələbi ilə dərhal işdən azad etməlidir və müvafiq işçilər ilə əvəz etməlidir.
SUBPODRATÇI, PODRATÇININ icazəsi olmadan digər Subpodratçıların vəya PODRATÇININ işçilərini işə götürməməlidir.
SUBPODRATÇI icra etdiyi işlərin risklərini araşdırmalıdır və işin risk xəritəsini tərtib edib PODRATÇIYA təqdim etməlidir. SUBPODRATÇI Tikinti meydançasında tətbiq edilən bütün Texniki Təhlükəsizlik qaydalarına riayət etməlidir. SUBPODRATÇI tikinti meydançasında işləyən işçilərinin təhlükəsizliyini təmin etməlidir. SUBPODRATÇI bu bəndə zidd hərəkət etdiyi təqdirdə hazırki müqavilənin 11.2-ci bəndinin müddəaları tətbiq edilməlidir.
Dostları ilə paylaş: |