Malların daşınması (mobilizasiya malları xaric) ALICI tərəfindən aparılmalıdır. Mallar, Incoterms 2010 şərtlərinə və iş proqramına uyğun olaraq SUBPODRATÇININ anbarında maşın üstü yüklənildikdən sonra tikinti sahəsinə çatdırılması ilə tamamlanır. Malların SUBPODRATÇININ anbarında maşın üstündə qəbul edilməsi təhvil–təslimin bitməsinin göstəricisi deyil. Təhvil-Təslim PODRATÇI tərəfindən malların tikinti meydançasında yoxlandıqdan sonra qəbul edilməsi ilə tamamlanır. Mallar iş proqramını ləngidəcək dərəcədə gec təhvil verildikdə Maddə 11.2 ilə nəzərdə tutulan cərimələr tətbiq edilməlidir.