SUBPODRATÇI, İşlərin vaxtında tamamlanması üçün tikinti sahəsində tələb olunan sayda işçi, avadanlıq/təchizat və mal/material saxlamalıdır.
Əks təqdirdə, PODRATÇI və ya ALICI tələb edilən əlavə mal, heyət/avadanlıq və iş qüvvəsini təmin etmək və ya işlərin bir hissəsini və ya hamısını başqa SUBPODRATÇILARA həvalə etmək səlahiyyətinə malikdir.
Bununla əlaqədar olaraq, PODRATÇI və ya ALICI tərəfindən çəkilən xərclər və dəyən zərər SUBPODRATÇININ muzdundan kəsilməlidir. Bu bəndlərin tətbiq edilməsi SUBPODRATÇINI hazırki müqavilə şərtləri ilə onun üzərinə qoyulan öhdəlik, cavabdehlik və məsuliyyətlərdən azad etmir və ona müddətin, ödənişlərin artırılması tələbi ilə çıxış etmək hüququnu vermir.