DİGƏR SUBPODRATÇILAR ilə Əməkdaşlıq
SUBPODRATÇI, DİGƏR SUBPODRATÇILARLA mütləq əməkdaşlıq etməlidir və onların işlərinə maneçilik törətməməlidir. SUBPODRATÇI, DİĞƏR SUBPODRATÇILARIN icazəsini almadıqda onların işçilərini işə götürməməlidir
İşlərin Dayandırılması
SİFARİÇİnin tələbi və ya fors-major halların təsiri nəticəsində PODRATÇI tərəfindən SUBPODRATÇIYA verilən yazılı xəbərdarlıq əsasında SUBPODRATÇI dərhal işləri təxirə salmalıdır.
Belə bir halda, işi təxirə salma xəbərdarlığının verildiyi gün SUBPODRATÇI tərəfindən dərhal icra edilən işlərin həcmini və mövcud vəziyyətini əks etdirən akt tərtib edilməlidir və PODRATÇI tərəfindən təsdiq edilərək SUBPODRATÇI tərəfindən dərc edilməlidir.
Aktın tərtib edildiyi tarixdən etibarən .... (.....) gün ərzində işlərin təxirə salınma tarixindən başlayan və işlərin mövcud vəziyyətini göstərən müştərək bir hesabat dərc edilməlidir.
İşlər 30 gündən artıq təxirə salındıqda yuxarıda qeyd edilən ümumi hesabat əsasında görülmüş işlərin qəbul aktları hazırlanmalıdır, təxirə salma müddəti, görülmüş işlərin qəbul aktlarının tərtib olunmasında nəzərə alınmayacaqdır.
İşlər 60 gündən artıq təxirə salındıqda yuxarıda qeyd edilən ümumi hesabat, görülmüş işlərin son hesabatı və yekun hesabın hazırlanmasında istifadə edilməlidir. Bu son hesabat və hesab, təxirə salma müddəti olmamış kimi icra olunmalıdır.
Hazırki müqavilənin yuxarıdakı bəndlərini əsas tutaraq SUBPODRATÇI bu Müqaviləni birtərəfli qaydada ləğv və/və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyil.
Hazırki müqavilənin yuxarıdakı bəndlərini əsas tutaraq PODRATÇI bu müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir, belə ləğv etmə nəticəsində SUBPODRATÇI heç bir halda ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməməlidir.
Zərər dedikdə, real zərər və əldən çıxmış fayda nəzərdə tutulur
Dostları ilə paylaş: |