Tikinti meydançasında görülən hər bir iş və material üçün SUBPODRATÇI tərəfindən icra və material nümunələr hazırlanmalıdır. Həmin nümunələr yalnız PODRATÇI/SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİ tərəfindən təsdiqləndikdən sonra görülən işlər üçün əmsal təşkil edə bilər.
Təcili Bərpa İşləri
İcrası müddətində işlərdə hər hansı bir səbəbdən qəza, qüsur, nöqsan aşkarlandıqda, və ya təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən təmir və bərpa işlərinə ehtiyac olduqda, PODRATÇININ ilk tələbi ilə SUBPODRATÇI müvafiq nöqsanları dərhal və gecikdirmədən öz hesabına aradan qaldırmağı öhdəsinə götürür.