İşin yerinə yetirilməsi üçün tələb olunan qurğu və avadanlıqların müvəqqəti ixrac qeydi ilə Tikinti sahəsinə çatdırılması və yenidən gətirildiyi ölkəyə qaytarılmasının təşkili və bununla əlaqədar ortaya çıxan xərclərin ödənilməsi PODRATÇInın öhdəliyindədir.
Layihələrin Tətbiq Olunması və Məsuliyyət
İcrasına başlamadan əvvəl layihələr SUBPODRATÇI tərəfindən yoxlanılmalıdır. Layihə sənədlərində hər hansı bir səhv və ya qüsur müəyyən edildiyi təqdirdə bu barədə SUBPODRATÇI tərəfindən PODRATÇIYA layihələr təhvil verildiyi tarixdən etibarən .....(.....) gün müddətində məlumat verilməlidir
SUBPODRATÇI, bu Müqavilə əsasında öhdəsində götürdüyü işlərin keyfiyyətinə, və bu müqavilənin 1.1-ci bəndində qeyd edilən tələblərə uyğun olmasına görə cavabdehlik daşıyır, icra olunan layihələrin texniki məsuliyyətini daşıyır və Şərtnamələrlə layihələr arasında icra mərhələsində yarana bilən ziddiyətlərə və uyğunsuzluqlara görə cavabdehdir. SUBPODRATÇI qüsur və nöqsanların aradan qaldırılması üçün bütün işləri görməlidir və bununla əlaqədar olaraq bütün xərcləri ödəməlidir.
(SHOP DRAWING VƏ AS-BUILT LAYIHƏLƏRİN SUBPODRATÇI TƏRƏFİNDƏN HAZIRLANDIĞI TƏQDIRDƏ.)
Shop Drawing (işçi layihələr) və As Built (binanın tamamlanmış layihəsi) layihələrinin hazırlanması və SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİƏ təsdiqlətdirilməsi SUBPODRATÇININ öhdəliyindədir. As built layihələri işlər bitdikdən sonra ......(.......) gün ərzində PODRATÇIYA təhvil verilməlidir.
Dostları ilə paylaş: |