MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ



Yüklə 81,96 Kb.
səhifə12/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   8   9   10   11   12   13   14   15   ...   47
New Microsoft Word Document

Qablaşdırma və Yükləmə


Texniki şərtnamələrdə əksi ifadə edilmədiyi təqdirdə mallar Beynəlxalq Logistika və Nəqliyyat Standartlarına uyğun olaraq daşınmalıdır və malların xüsusiyyətinə uyğun olaraq, zərərin qarşısının alınması üçün uyğun şəkildə qablaşdırılmalıdır. Mallar istehsalçı tərəfindən müəyyən edilən qaydalara əsasən yüklənməlidir (hissələr maşın üstündə möhkəmləndirilməlidir, sirkələnməsinin qarşısı alınmalıdır). Mallara görə ödənişlərdə problemlərin yaranmaması məqsədi ilə; Yüklərin üstünə çatdırılma məntəqəsinin ünvanı və (tikinti meydançası) Layihənin adı, mallar haqqında məlumat (malın adı, miqdarı) və müqavilə nömrəsi qeyd edilməlidir, yükləmədən 1 gün əvvəl çəki siyahıları və yükləmə tarixində fakturalar ALICIYA təhvil verilməlidir. Müqavilə şərtlərinə uyğun olaraq qablaşdırılmayan və etiketlənməyən mallar yüklənməməlidir və təhvil alınmayacaqdır. Verilən məlumatlar bir-birindən fərqli olduqda minimum qiymət diqqətə alınmalıdır. Yükləmə bitdikdən sonra nəqliyyat firmasının sürücüsü malların düzgün yerləşdirildiyini təsdiq etməlidir. Mallar, Müqavilədə və ya əlavəldə qeyd edildiyi kimi qablaşdırılmaması və yüklənməməsi səbəbindən yaranan və sığorta tərəfindən ödənilməyən ziyan, zərər və qüsurların dəyəri SUBPODRATÇI tərəfindən ödənilməlidir və PODRATÇININ tələbi ilə bütün qüsurlu və zərər dəymiş mallar SUBPODRATÇI tərəfindən pulsuz yeniləri ilə əvəz olunmalıdır. PODRATÇIYA və/və ya ALICI`ya malların qüsurlu ya da əskik olmasından dəyən hər hansı maddi zərər SUBPODRATÇI tərəfindən kompensasiya edilməlidir.



    1. Yüklə 81,96 Kb.

      Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin