İşin həcminin və Alınan Malların Miqdarlarının Artırılması və ya Azaldılması
Hazırki Müqavilənin icra müddətində işlərin həcmində və layihələrdə PODRATÇI tərəfindən dəyişikliklər edilə bilər.
Hazırki müqavilə qüvvəyə mindikdən sonra SİFARİŞÇİ/PODRATÇI tərəfindən işlərin həcmində edilən dəyişikliklər bu müqavilə ilə müəyyən edilmiş vahid qiymətlərin əsasında aparılmalıdır. İş həcminin azaldılması nəticəsində SUBPODRATÇIYA heç bir kompensasiya və ya zərərin əvəzi (real zərər və əldən çıxmış fayda) ödənilməyəcəkdir.
Müqavilə predmetində tərif edilməyən və SUBPODRATÇININ işlərinin əhatə dairəsinə daxil edilməyən işlərin vahid qiymətləri tərəflərin qarşılıqlı razılaşması əsasında, smeta cədvəlləri nəzərə alınaraq müəyyən edilməlidir.
Dostları ilə paylaş: |