PODRATÇI tərəfindən təsdiqlənməyən işlər SUBPODRATÇI`nın görülmüş işlərin qəbul aktlarına daxil edilməyəcəkdir. Görülmüş işlərin qəbul aktları ilə müəyyən edilən ödənişlər müvəqqəti ödəniş xüsusiyyətindədir və hər hansı bir işin görülmüş işlərin qəbul aktına daxil edilməsi o işin PODRATÇI tərəfindən istər miqdar, istər şərtnamələrə uyğunluğu nöqteyi-nəzərindən tam və əskiksiz yerinə yetirilməsini ifadə etmir. İşlərin sonunda PODRATÇI ilə SUBPODRATÇI arasında yekun hesab hazırlanmalıdır bu hesabatda SUBPODRATÇI`nın yerinə yetirdiyi və PODRATÇInın qəbul etdiyi işlərin həcmi müəyyən edilməlidir və bu həcmlər görülmüş işlərin yekun aktına və eyni zamanda son ödənişə əsas təşkil etməlidir.