Son hesablaşmalar
SUBPODRATÇI tərəfindən bu müqavilə predmeti ilə nəzərdə tutulan işlərin tam və qüsursuz yerinə yetirilməsindən, Qəti qəbulun müvəffəqiyətlə keçirilməsindən, yekun hesablaşmanın aparılmasından, vergi borclarının olmadığına dair PODRATÇI tərəfindən tələb edilən arayışların təqdim edilməsindən sonra SUBPODRATÇININ bu müqavilə ilə bütün əlaqələri kəsilir.
8.TƏMİNATLAR
Narazılıqların həlli qaydalarından asılı olmayaraq, narazılıqlar bu Müqavilədə qeyd edilən digər üsullarla həll edilənə qədər, PODRATÇI və/və ya ALICI, ona dəyən hər növ zərərin məbləğini, SUBPODRATÇININ təminat məktublarından kəsmək hüququna malikdir.
İcra və Avans Təminat Məktubları PODRATÇI tərəfindən müəyyən edilən formada olmalıdır. Təsdiq edilən formalar əlavə 9 – da qeyd edilmişdir.
Dostları ilə paylaş: |