MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ



Yüklə 81,96 Kb.
səhifə30/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   26   27   28   29   30   31   32   33   ...   47
New Microsoft Word Document

Qəti Qəbul


Qəti qəbulun tarixi PODRATÇI tərəfindən SUBPODRATÇIYA yazılı olaraq, faks, elektron poçt vasitəsi ilə əvvəlcədən bildirilməlidir. PODRATÇI tərəfindən verilən yazılı xəbərdarlığa baxmayaraq SUBPODRATÇI və ya onun Nümayəndəsi Qəti Qəbulun aparıldığı yerə gəlmədiyi təqdirdə bu hal Qəti Qəbul Protokolunda qeyd edilir və Qəti Qəbul PODRATÇInın iştirakı olmadan keçirdilir. SUBPODRATÇI onun qiyabında keçirilən Qəti qəbulun nəticələrini qəbul etməyi öhdəsinə götürür və SUBPODRATÇI tərəfindən bu nəticələrdən irəli qələn etirazların etibarsız hesab edilməsini qəbul və bəyan edir.

Qəti Qəbulun keçirilə bilməsi üçün tələb edilən şərtlər;



  • Müvəqqəti qəbulda müəyyən edilən qüsur və nöqsanların, hazırki Müqavilə şərtlərinə uyğun olaraq tamamlandıqda,

  • Müvəqqəti qəbul zamanı aşkar edilməyən lakin, sonradan ortaya çıxan, texniki şərtnaməyə zidd və Qəti qəbulun keçirilməsinə maneə törədən qüsur və nöqsanların olmaması,




  • Müvəqqəti və qəti qəbul arasında keçən müddət ərzində PODRATÇI tərəfindən SUBPODRATÇIYA bildirilən və onun öhdəliyində olan, işlərdəki hər cür qəza, qüsur və nöqsanların aradan qaldırılması (qüsur və nöqsanların aradan qaldırılmadığı işlər siyahıya alınır və protokola əlavə edilir) tələb olunur.

Müəyyən edilən qüsurlu işlərin siyahısı tutulduqdan sonra həmin siyahıda hər qüsurlu işin qabağında onun bərpası üçün tələb edilən dəyərin iki misli yazılmalıdır və SUBPODRATÇIYA qüsürların aradan qaldırılması üçün müddət təyin edilməlidir və akt tərtib edilməlidir. Bu müddətin axını aktın imzalandığı tarixindən etibarən başlayır.


Yoxlama nəticəsində, yuxarıda qeyd edilən qəbul şərtləri SUBPODRATÇI`nın laqeydliyi və/və ya səhlənkarlığı səbəbindən yerinə yetirilmədiyi təqdirdə, qəti qəbul keçirilməməlidir və bunun, səbəbləri protokolda qeyd edilməlir. Bu protokol PODRATÇI tərəfindən məktubla SUBPODRATÇI`ya göndərilməlidir.
SUBPODRATÇI, qüsur və nöqsanları bərpa etməkdən imtina etdiyi təqdirdə bu qüsur və nöqsanlar PODRATÇI və ya PODRATÇININ müəyyən edəcəyi üçüncü şəxslər tərəfindən lakin SUBPODRATÇININ hesabına aradan qaldırıla bilər. Belə olduqda, SUBPODRATÇI, PODRATÇIya/ALICIYA dəyən hər növ zərərdən, çəkilən xərclərdən və gəlir itkilərindən cavabdehdir və PODRATÇInın tələbi ilə ona dəyən zərəri, dərhal kompensasiya etməlidir, əks təqdirdə, PODRATÇI/ALICI həmin xərcləri SUBPODRATÇININ muzdundan və ya hər növ təminatından çıxmaq hüququna malikdir.
Qəbul Komissiyası tərəfindən aparılan yoxlamalar nəticəsində SUBPODRATÇI tərəfindən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin tam və qüsursuz icra olunması müəyyən edildikdə Qəti qəbul aktı 2 nüsxədə tərtib edilir, tərəflərin səlahiyyətli nümayəndələrinin imzalanması ilə qüvvəyə minir və Tərəflərin hər birinə bir nüsxə olaraq verilir.
PODRATÇI və SİFARİŞÇİ arasında keçirilən Qəti Qəbulda SUBPODRATÇI, ona aid olan işlərin qəbulunda iştirak etməlidir və SİFARİŞÇİ tərəfindən onun işlərində qüsur və nöqsanlar aşkarlandığı təqdirdə ona verilən müddət ərzində onları bərpa etməlidir.
Hazırki müqavilənin mətnindən əksi ifadə edilmədiyi təqdirdə, PODRATÇI və SİFARİŞÇİ arasındakı Qəti Qəbulun keçirilməsi tarixi, Müvəqqəti qəbulun keçirildiyi tarixdən etibarən bir ildən sonra nəzərdə tutulur.

    1. Yüklə 81,96 Kb.

      Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin