XƏBƏRDARLIQ
Əziz bacı və qardaşlar! Bura qədər cinsi azğınlığın növləri, onların səbəb və amilləri və bu haqda müqəddəs İslam dini, həmçinin tibb elminin icmali nəzəriyyələri ilə tanış oldunuz. Yuxarıdakı fəsillərdən bu azğınlıq növlərinin nə qədər qorxulu və təhlükəli olduğunu bildiniz, amma bu azğınlıqdan daha qorxulu şey ümidsizlikdir.
Əgər (Allah göstərməsin) bu azğınlığa düşmüsünüzsə, heç də ümidinizi kəsməyin. Möhkəm iradə və ciddiyyətlə qərara gəlib, gələcək həyatınızın xoşbəxtliyi, ölkəmizin müstəqilliyi və əbədi səadətiniz naminə hər növ azğın işlərdən əl çəkin.
Bu yolda heç vaxt və heç zaman sarsılmayın. Çünki, biz müsəlmanıq və Allah-təala müqəddəs kitabımız olan Qurani-kərimdə günahkarlara belə buyurur:
قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ (53) وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ
Ey peyğəmbər! günahkarlıqla) öz nəfslərinə qarşı israf edən bəndələrimə de ki, heç vaxt Allah rəhmətindən naümid olmasınlar, bağışlayacaqdır. Allah bağışlayan və mehribandır. Allah əzabı gəlməmişdən öncə (hamılıqla) Onun dərgahına qayıdıb tövbə edin və yalnız Onun ) fərmanlarına təslim olun. 7
Əziz oxucu! Gördüyünüz kimi tövbə qapıları bizim üzümüzə açıqdır və Allah - təala bizdən ona tərəf tövbə edib Allah rəhmətindən ümidimizi kəsməməyi istəyir.
Cinsi azğınlıq insan həyatı üçün bədbəxtlik sayılırsa, Allah rəhmətindən ümidsüz olmaq, daha böyük bədbəxtlik və ziyankarlıqdır.
Həzrət Əmirəl-möminin Əli (ə) buyurub: Ümidsizlik öz sahibini həlak edər. Beləliklə cinsi azğınlığın istər fərdi, istərsədə ictimai həyatda qoyduğu pis və acınacaqlı təgsirlərini yada salıb, möhkəm iradə və böyük ümidlə doğru yola üz gətirərək, özünüzü dünyada bir ömür boyu bədbəxtçilik, axirətdə isə şiddətli əzablardan qurtarın. əlbəttə keçmiş günahlarınız haqqında heç kəsə bir söz deməyib onu özünüzlə Allah arasında sirr olaraq saxlayın. Çünki günahı dilə gətirməyin özü, böyük günahlardan sayılır.
Dostları ilə paylaş: |