MüQƏDDİMƏ


MƏSUMLARDAN BİR NEÇƏ HƏDİS



Yüklə 199,5 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü199,5 Kb.
#1658
1   2   3   4   5   6

MƏSUMLARDAN BİR NEÇƏ HƏDİS

Bu fəsildə isə məsumlardan (ə) nəql olunmuş bir neçə dəyərli hədisi siz əzizlərin diqqətinə çatdırır və onlara əməl etməyinizi arzulayırıq.

*Həzrət Məhəmməd (s) buyurub: Allah yanında tövbə etmiş Mömin kişi və ya Möminə (qadından) daha sevimli bir şey yoxdur.

*Həzrət Məhəmməd (s) buyurub: Günahdan tövbə etmiş şəxs, günah etməyən kimidir.

*Həzrət Əli (ə) buyurub: Etdiyin günahdan peşman olmaq onu aradan aparır.

*Həzrət Əli (ə) buyurub: Hər kəsin nəfs və şəxsiyyəti öz gözündə uca olsa, şəhvət onun gözündə dəyərsiz və alçaq olacaqdır.

*Həzrət Əli (ə) buyurub: Azacıq və ötəri şəhvətlər, uzun-uzadı qəm-qüssə ilə nəticələnər.

*Həzrət Məhəmməd (s) buyurub: İlahi mələk hər gecə çağıraraq belə nida edər: Ey iyrimi yaşlı (gənclər!) öz səadətiniz üçün səy və təlaş edin.

*Həzrət Əli (ə) buyurub: İki şey var ki, onu itirəndən başqa qədrini bilən olmaz. Onlardan biri gənclik, digəri isə sağlamlıqdır.

*Həzrət Əli (ə) buyurub: Gəncliyinin qədrini qocalıqdan, sağlamlığının qədrini isə xəstəlikdən qabaq bil.

*Həzrət Məhəmməd (s) buyurub: Qiyamət günü bəndə bir qədəm belə götürməmişdən əvvəl, bu suallar ondan soruşulacaq:

1-Ömrünü hansı işdə sona çatdırmısan?

2-Gəncliyini hansı yolda sərf etmisən?

*Həzrət Məhəmməd (s) buyurub: Hər kəs Allahla təmiz halda görüşmək istəyirsə, evlənməlidir.

*Həzrət Məhəmməd (s) buyurub: Evlənmək mənim davranışımdan dır, beləliklə hər kəs mənim davranışımdan üz döndərsə, məndən deyildir.

*İmam Sadiq (ə) buyurub: Şübhəsiz qadın boyunbağı kimidir, beləliklə boynunuza hansı boyunbağını saldığınıza diqqət yetirin.

** ** ** ** ** ** ** ** ** **

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) ehtiramına ölkəmizin əziz gəncləri və yeniyetmələrini hər növ azğınlıqdan qoruyub saxla və onlara ölkəmizin müstəqilliyini qoruyub saxlamaqda yar ol.

İlahi! Bircə anda bizləri öz başımıza qoyma.

Amin.


1 Hücərat surəsi, ayə-12.

2 İnfitar surəsi, ayə 6-7

3 İnsan surəsi, ayə-1.

4 Ə”raf surəsi, ayə-158

5 İbrahim surəsi, ayə

6 Mö”minun surəsi, ayə-7.

7 Zumər surəsi, 53 və 54-cü ayələr.

8 Təhrim surəsi, ayə-8.

9 Şura surəsi, ayə-25.

10 Nur surəsi, 30 və 31-ci ayələr.

11 Nur surəsi, ayə-32.

12 Rə”d surəsi, ayə-28.

13 ənkəbut surəsi, ayə-45.

14 Taha surəsi, ayə-124.

Yüklə 199,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin