Musa Quliyev
Naxçıvan xanlığının
Qafqazda hərbi-siyasi
mövqeyi və əlaqələri
Naхçıvan - 2013
AMEA Naxçivan Bolməsinin 31 may 2012-ci il tarixli
8/12 №-li qərarı (protokol №8) ilə çapa təqdim olunur.
Elmi məsləhətçi: İsa Həbibbəyli
AMEA-nın həqiqi üzvi
Elmi redaktor və
Ön sozün müəllifi: İsmayıl Hacıyev
AMEA-nın həqiqi üzvi
Rəyçilər: Tofiq Mustafazadə
tarix elmləri doktoru,
professor, Dövlət Mükafatı laureatı
Camal Mustafayev
tarix elmləri doktoru, professor
İbrahim Kazımbəyli
Tarix üzrə fəlsəfə doktoru,
dosent
Monoqrafiyada XVIII-XIX əsrlər Azərbaycan tarixində
orijinal rol oynamış bir dövlətin - NAXÇIVAN xanlığının
tarixi yeni arxiv materialları və tədqiqat əsərlərinin müqa -
yisəsi əsasında ilk dəfə kompleks şəkildə tədqiq olunur.
Əsərdən geniş oxucu kütləsi, xüsusilə, magistrant, aspi-
rant, dissertant və dövrün tarixi ilə məşğul olan tədqi qat -
çılar istifadə edə bilərlər
Musa Quliyev, Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və
əlaqələri. Íàõ÷ûâàí-2013,“Яжями” Няшриййат-Полиграфийа Бирлийи, 184 сÿù.
4700000000
053-2013
ã “ßæÿìè” 2013.
-3-
MÜNDƏRİCAT
“Xan Sarayы” Dюvlяt Tarиx-Memarlыq Muzeyиnиn
yaradыlmasы haqqыnda Нaxчыvan Muxtar Respublиkasы
Alи Mяclиsи Sяdrиnиn Sяrяncamы.............................................. 5
Ön söz……………………………………………...……….... 7
GİRİŞ ……………………………………………...……….... 12
I FƏSİL. NAХÇIVAN ХANLIĞININ
SİYASİ VƏZİYYƏTİ VƏ ƏLAQƏLƏRİ
1.1. ХVIII əsrin II yarısında Qafqazda siyasi vəziyyət və
Naхçıvan хanlığı …................................................................. 15
1.2. Naхçıvan хanlığının siyasi-inzibati vahidləri və
idarəçilik sistеmi ……............................................................ 24
1.3. Naхçıvan хanlığında ordu quruculuğu.............................. 38
1.4. Naхçıvan хanlığının qonşu хanlıqlarla siyasi əlaqələri..... 46
II FƏSİL. NAХÇIVAN ХANLIĞININ QAFQAZ
RЕGİONUNDA HƏRBİ MÖVQЕYİ
2.1. Kəngərli хanları və Naхçıvan ……………………….... 75
2.2. Naхçıvan хanlığının Kartli-Kaxetiya çarlığı və
qonşu dövlətlərlə hərbi-siyasi münasibətləri…...…................ 95
2.3. Çar Rusiyasının işğalçılıq siyasəti və
Naхçıvan хanlığı …………………....................................... 116
Nəticə ……...…………………………….……………….. 150
İstifadə edilmiş ədəbiyyat ................................………….....157
Əlavələr ….......………………………………........………..170
-4-
Məsələn, mən daha çox istərdim ki, Naxçıvan
xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan
xanlığının çox böyük tarixi var. Bu xanlıq nə
vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur?
Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var.
Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə
çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox
orada ermənilər olubdur. Amma həqiqətən İrəvan
xanlığıdır. Naxçıvan xanlığını siz dərindən
öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxa-
caqsınız. İrəvan xanlığı haqqında Ermənistanda
tapmadığınız materialları Rusiyanın arxiv -
lərində, Sankt-Peterburqda, rus imperiyasının
arxivlərində tapacaqsınız və görəcəksiniz ki,
dünyada nələr var.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının
ümummilli lideri
-5-
“Xan Sarayы” Dюvlяt tarиX-MeMarlыq
Muzeyиnиn yaraDыlMaSы haqqыnDa
НaXЧыvan MuXtar reSPuBlиKaSы
alи MяClиSи SяDrиnиn
SяrяnCaMы
Azяrbaycan яrazиsиndя 1747-cи иldяn yaranmыш 18 feodal
dюvlяtdяn bиrи olan Naxчыvan xanlыьы mиllи dюvlяtчиlиk tarиxиmиzdя
mцhцm mяrhяlя tяшkиl etmиш, bюlgяnиn иnkишafыnda, mцdafия
qabиlиyyяtиnиn gцclяndиrиlmяsиndя, sяrhяdlяrиn qorunub saxlan-
masыnda vя иnzиbatи иdarячиlиyиn formalaшmasыnda vacиb tarиxи
mиssиyanы yerиnя yetиrmишdиr. Иnzиbatи яrazи baxыmыndan 2 daиrяdяn
vя 9 mahaldan иbarяt olan Naxчыvan xanlыьы Zяngяzur daьlarыndan
baшlayaraq Araz чayы vadиsиnя qяdяr 9429 kvadratkиlometr
яrazиnи яhatя edиrdи.
Юz яrazиsи, qoшunu, dюvlяt rяmzlяrи – bayraьы vя gerbи
olan Naxчыvan xanlыьыnda bиtkиn иdarячиlиk mexanиzmlяrи for-
malaшmыш, иqtиsadиyyatыn яsas sahяlяrи иnkишaf etmиш, genиш abad-
lыq-quruculuq ишlяrи aparыlmышdыr. Bu xanlыqda Heydяrqulu xan,
Nяzяrяlи xan, Kяrиm xan, Ehsan xan kиmи nцfuzlu dюvlяt vя
hяrb xadиmlяrи yetишmиш, 30 иl Naxчыvan xanlыьыnыn rяhbяrи olan
Kalbalы xan mahиr dюvlяt xadиmи vя dиplomat kиmи tarиxя
dцшmцшdцr.
80 иldяn artыq bиr dюvr яrzиndя fяalиyyяt gюstяrяn Naxчыvan
xanlыьы mиllи dюvlяtчиlиk tarиxиmиzdя sиlиnmяz иzlяr qoymuшdur.
Naxчыvan xanlыьыnыn sиyasи tarиxиmиzdя oynadыьы mцhцm rolu
yцksяk qиymяtlяndиrяn цmummиllи lиder Heydяr Яlиyev demишdиr:
“azяrbaycanыn xanlыqlara bюlцnяn dюvrцndя... naxчыvan xanlыьы
yaranыbdыr. naxчыvan xanlыьы da atabяylяr dюvlяtчиlиyиnиn
davamы kиmи юzцnц gюstяrиbdиr. naxчыvan xanlыьы, azяrbaycanыn
baшqa bюlgяlяrиnиn xanlыqlarы azяrbaycan dюvlяtчиlиyиnи tяmsиl
edиblяr, azяrbaycanы qoruyub yaшadыblar”.
-6-
Azяrbaycanыn mиllи dюvlяtчиlиk tarиxиndя Naxчыvan xan-
lыьыnыn tutduьu xцsusи mюvqeyиnи nяzяrя alaraq qяrara alы-
ram:
1. “Xan Sarayы” Dюvlяt Tarиx-Memarlыq Muzeyи yaradыlsыn.
2. Naxчыvan Muxtar Respublиkasыnыn Nazиrlяr Kabиnetи
Mяdяnиyyяt vя Turиzm Nazиrlиyи иlя bиrlиkdя bu Sяrяncamdan
иrяlи gяlяn mяsяlяlяrи hяll etsиn.
3. Bu Sяrяncam иmzalandыьы gцndяn qцvvяyя mиnиr.
Нахчыван Мухтар Республикасы
Али Мяжлисинин Сядри
ВАСиФ ТАЛыБОВ
Нахчыван шящяри, 23 oktyabr 2010-жu ил
№ 249-03/С
-7-
NAXÇIVAN XANLIĞININ ŞANLI
TARİXİNƏ LAYİQLİ TÖHFƏ
Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda
hərbi-siyasi mövqeyi və əlaqələri” monoqrafiyasına
ÖN SÖZ
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən
sonra tariximizin bir sıra problemlərinin daha obyektiv, əhatəli
öyrənilməsinə şərait yaranmış, müxtəlif arxivlərdəki məxfi qrifi
ilə saxlanılan materialların dövriyyəyə cəlb edilməsi üçün
tədqiqatçılara imkan vermişdir.
Xanlıqlar dövrünün, həmin dövrün müstəqil və yarımmüstəqil
feodal dövlətlərinin tarixinin öyrənilməsi çox əhəmiyyətlidir.
Çünki bu dövr Azərbaycan tarixinin dramatik hadisələrlə dolu
olan ən çətin, ən mürəkkəb dövrü olmaqla yanaşı, həm də yerli
dövlətçilik ənənələrimizin dirçəlişi dövrüdür. Xanlıqlar – Azər-
baycan dövlətləri öz müstəqilliklərini qorumaq üçün çətin
mübarizə aparmışlar. Azərbaycan xanları arasında vahid Azərbaycan
dövləti yaratmaq uğrunda mübarizə aparılsa da bu mümkün ol-
mamışdır. Bir sıra xanların ümumi mənafeyi nəzərə almaması
üzündən Azərbaycan o zaman vahid dövlət halında birləşə
bilmədi, bundan isə Rusiya imperiyası öz xeyrinə istifadə etdi.
Azərbaycanın şimal xanlıqları Rusiya imperiyası tərəfindən işğal
edildi. Faciələrimiz təkcə bununla qurtarmadı. Azərbaycan xan-
lıqlarının işğal edilməsində Rusiya imperiyasına bütün vasitələrlə
kömək edən məkrli ermənilərin bunun qarşılığında müəyyən
niyyətləri vardı. Onlar Cənubi Qafqazda erməni dövlətini yaratmaq
üçün hər cür vasitələrə əl atır, dəridən-qabıqdan çıxırdılar. Çar
Rusiyası gələcəkdə erməni dövlətinin yaradılmasına yönəldilmiş
“erməni vilayəti”ni yaratdı. Lakin bu hələlik erməni dövləti
-8-
deyildi. Çar Rusiyası erməniləri kütləvi surətdə Azərbaycan tor-
paqlarında yerləşdirdi, bolşevik Rusiyası isə ermənilərin arzularını
reallaşdırdı, Ermənistan Respublikasının yaratdı.
Müstəqillik illərində Azərbaycan tarixşünaslığında ən çox
müraciət olunan problemlərdən biri Azərbaycan xanlıqlarıdır.
Bu problemə aid onlarla kitab və monoqrafiya yazılmış, disser-
tasiyalar müdafiə edilmişdir. Naxçıvan və İrəvan xanlıqlarının
tarixi haqqında keçən əsrin 90-cı illərində ilk monoqrafiyalar
yazılsa da, həmin xanlıqların hərtərəfli araşdırılmasına ciddi
ehtiyac olmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev 2002-ci ildə çıxışlarının birində
demişdir: “... mən daha çox istərdim ki, Naxçıvan xanlığının
tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi
var. Bu xanlıq nə vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur?
Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı
ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi... Naxçıvan xanlığını
siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxa-
caqsınız...”.
Bu baxımdan son illərdə aparılan tədqiqatlar içərisində
istedadlı tədqiqatçı Musa Quliyevin “Naxçıvan xanlığının
Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri” əsəri xüsusilə
diqqəti cəlb edir.
Musa Quliyevin oxucuların diqqətinə təqdim olunan bu
monoqrafiyasında Naxçıvan xanlığının siyasi vəziyyəti və əlaqələri
fonunda XVIII əsrin II yarısında Qafqazda siyasi vəziyyət təhlil
edilir və Naxçıvan xanlığının bu proseslərdə iştirakı, xanlığın
siyasi-inzibati vahidləri və idarəçilik sistemi, ordu quruculuğu
və xanlığın qonşu xanlıqlarla siyasi əlaqələri tədqiqata cəlb
edilir.
Naxçıvan xanlığında Kəngərli xanlarının oynadığı rol faktik
materiallara və geniş arxiv sənədlərinə əsaslanaraq təhlil edilir.
Müəllif haqlı olaraq bəzi tədqiqatçıların yanlış olaraq Naxçıvan
xanlarının Kəngərli olmaması fikrinə münasibətinin bildirir və
-9-
buna obyektiv cavab verir. Monoqrafiyada Naxçıvan xanlığının
Kartli-Kaxetiya çarlığı və qonşu dövlətlərlə hərbi-siyasi müna-
sibətləri araşdırılır və məsələnin obyektiv mənzərəsi yaradılır.
Əsərdə Naxçıvan xanlığının meydana gəlməsindən çar Rusiyası
tərəfindən ləğv edilməsinədək bütün dövrü ətraflı şəkildə öz
əksini tapır.
Musa Quliyev rəsmi sənədlərə üstünlük verən, arxiv mate-
riallarına istinad edən, bir sıra xarici ölkələrin kitabxanalarında,
arxivlərində, muzeylərində illərlə işləmiş tarixçi alimlərimizdəndir.
Bu əsərin yazılmasında da müəllifin aşkar etdiyi zəngin faktlar,
apardığı ümumiləşdirmələr, çıxardığı əsas nəticələr, başlıca elmi
uğurlar tarix elmimiz üçün çox əhəmiyyətlidir.
Hər şeydən əvvəl, müəllif Rusiyanın Cənubi Qafqaza sahib
olmaq üçün İranla apardığı müharibələrə toxunur, Şimali
Qafqazdan türk qoşunlarının sıxışdırılmasının Rusiyanın cənuba
doğru hərəkətinin xeyli dərəcədə asanlaşdırdığını göstərir.
Tədqiqatçı Rusiya tərəfindən Cənubi Qafqazın işğal etməsi ilə
əlaqədar gördüyü hazırlıq işlərini faktlarla izah edir. Qafqazda
siyasi vəziyyətin mürəkkəbliyi təhlil edilir və bu hadisələri
diqqətlə izləyən Naxçıvan xanlığının tutduğu mövqe, yaratdığı
əlaqələr əsaslandırılır. Cənubi Qafqazda baş verən hadisələrdən
Naxçıvan xanlarının çıxış yolları axtarmaları, burada I Kalbalı
xanın ağıllı siyasəti genişliyi ilə təqdim olunur. Müəllifin fikirləri,
başqa tədqiqatçıların araşdırmalarına hörmətlə yanaşması ilə
bərabər, onlarla polemikaya girməsi, bəzi tarixi fakt və hadisələr
haqqında irəli sürdüyü mülahizələr inandırıcıdır və müəllifin
qənaətləri oxucunu razı salır. Naxçıvan xanlığının tarixinin dövr-
ləşdirilməsi, onun ərazisinin müəyyənləşdirilməsi, siyasi-inzibati
quruluşu və idarəçilik sistemi haqqındakı mülahizələri onun
tədqiqatçı kimi yüksək keyfiyyətlərindən xəbər verir. Çox yaxşı
haldır ki, Naxçıvan xanlığındakı idarə sistemini Azərbaycan
xanlıqlarındakı idarə sistemi ilə müqayisə edir oxşar və fərqli
cəhətlərini göstərməklə yekun nəticələr çıxarır.
-10-
Əsərdə xanlıqda aparılan ordu quruculuğuna xüsusi əhəmiyyət
verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, hələ xanlıq mövcud
olana qədər Naxçıvan hərbçiləri “Naxçıvan süvariləri” adı altında
məşhur idi. Mənbələrdə və tədqiqat əsərlərində Naxçıvan
xanlığının hərbi potensialı haqqında müxtəlif fikirlər olsa da,
müəllif buna da aydınlıq gətirir.
Monoqrafiya müəllifi Naxçıvan xanlığının qonşu xanlıqlar
və dövlətlərlə yaratdığı əlaqələrə geniş yer vermişdir. Tarixi
mənbələrə istinad edən tədqiqatçı qeyd edir ki, hələ Heydərqulu
Kəngərlinin vaxtından Naxçıvan xanlığının Qarabağ, İrəvan,
Xoy, Maku, Qaradağ və Gəncə xanlığı ilə dostluq münasibətləri
olmuşdur. Tədqiqatçı M.Quliyev xanlıqlar və dövlətlər arasında
yaranan əlaqələrdə məktublaşmanın əhəmiyyətini önə çəkir və
çox maraqlıdır ki, bu məktublaşmalar haqqında K.Smirnov ilk
dəfə məlumat versə də, onlar haqqında ilk təhlilləri və araşdırmaları
müəllif aparmışdır. Tədqiqatçı diplomatiya tarixində I Kalbalı
xanın və I Ehsan xanın xüsusi xidmətlərinə diqqət yetirir və
bununla əlaqədar xeyli nümunələr gətirir. Xüsusilə, I Kalbalı
xanın Sisianovla, Yermolovla, Zubovla, Fətəli şahla və başqaları
ilə məktublaşması və danışıqlar aparması onun diplomatik
bacarığından xəbər verir.
Naxçıvan xanlığının Qafqaz regionunda hərbi mövqeyinə
aydınlıq gətirən müəllif ilk növbədə Naxçıvan xanlığının idarə
edilməsində Kəngərli tayfasının nümayəndələrinin – Heydərqulu
xan, Hacı Məhəmməd xan, Rəhim xan, Şükrullah xan, Əliqulu
xan, Abbasqulu xan, Cəfərqulu xan, I Kalbalı xan, Nəzərəli xan,
I Ehsan xanın rol və fəaliyyətlərinə geniş yer vermişdir. Xüsusilə,
Naxçıvan xanlığının Kartli-Kaxetiya çarlığı və qonşu dövlətlərlə
(Rusiya, Türkiyə və İranla) hərbi-siyasi münasibətləri onun
Qafqazdakı hərbi mövqeyinə aydınlıq gətirir. Müəllifin qeydlərindən
aydın olur ki, Qarabağ xanlığının vasitəçiliyi ilə Naxçıvanla
Gürcüstanın siyasi, iqtisadi və hərbi əlaqələri yaranmışdır. II
Teymurazın vaxtında bu əlaqələr yaranmış, II İraklinin hakimiyyəti
-11-
dövründə isə genişlənmişdir. Tədqiqatlardan aydın olur ki,
sonrakı mərhələlərdə Kartli-Kaxetiya çarlığı dolayı yolla Azər-
baycan xanlıqlarının daxili işlərinə qarışdığından münasibətlər
kəskinləşmişdir. II İraklinin ikiüzlü siyasəti, Rusiya imperiyası
tərəfindən Azərbaycanın işğalı və burada Kartli-Kaxetiya çarlığının
maraqları faktlarla təqdim edilir. Əsərdə çar Rusiyasının işğalçılıq
siyasəti və Naxçıvan xanlığının işğal edilməsi və bunun nəticələri
yeni sənəd və materiallar əsasında izah edilmişdir.
Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda hərbi-
siyasi mövqeyi və əlaqələri” monoqrafiyası çox geniş mənbə
bazasına malik olmaqla mükəmməl işlənilmiş və orjinal əsər
təsiri bağışlayır. Müəllif uzun illərdir ki, Naxçıvan xanlığı,
Kəngərlilərlə bağlı araşdırmalar aparır, əldə etdiyi sənəd və ma-
terialları burada reallaşdırmış və çox orjinal və oxunaqlı bir
əsəri oxucuların mühakiməsinə vermişdir. Qətiyyətlə inanırıq
ki, tədqiqatçı Musa Quliyevin bu monoqrafiyası fakt zənginliyi,
geniş sənəd və materialları əhatə etməsi, maraqlı müqayisələr və
təhlillərlə diqqəti cəlb etdiyindən, tarixçilərin və geniş oxucu
kütləsinin ciddi marağına səbəb olacaqdır
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik
-12-
GİRİŞ
1747-ci ildə Nadir şahın imperiyası dağıldıqdan sonra
ölkəmizdə baş verən sosial-siyasi, hərbi münasibətlərin hərtərəfli
araşdırılması Azərbaycan tarixşünaslığının qarşısında duran ciddi
problemlərdən biridir.
Tarixin müəyyən mərhələlərində bu problem bir sıra
araşdırıcılar tərəfindən tədqiqata cəlb edilsə də, elə məsələlər
var ki, dövrün sosial-siyasi münasibətlərindən asılı olaraq dərindən
araşdırılmamışdır.
XVIII əsrin ortalarından başlayaraq Qafqaz Rusiya, Türkiyə
və İran arasında münaqişə, müharibə meydanına çevrilmişdi.
Nadir şahın qurduğu hakimiyyət dağıldıqdan sonra ziddiyyətlər
daha da dərinləşdi.
1747-ci ildən sonra Azərbaycan ərazisində yaranan feodal
dövlətlərdən biri də Naxçıvan xanlığıdır. Digər xanlıqlar kimi,
onun da tarixinin dərindən və hərtərəfli araşdırılması çox zəruridir.
Azərbaycan ərazisində yaranmış xanlıqların yuxarıda adları
çəkilən dövlətlərlə münasibətləri vacib məsələ olaraq ortalığa
çıxdı.
Naxçıvan və İrəvan xanlıqları isə bu aramsız müharibələrin
hamısının dəhşətlərini yaşamış, amma həmişə müstəqil, həmçinin
azad yaşamaları üçün ölüm-dirim savaşları aparmışlar. Ona görə
də Vətən tarixinin ən mühüm vəzifələrindən biri 1747-ci ildən
müstəqil xanlıq kimi tanınan Naxçıvan xanlığının qazandığı
böyük dövlətçilik təcrübəsinə malik olduğunu araşdırmaqdan
ibarət olub. Bu təcrübənin Atabəylər hakimiyyəti illərində «intibah
dövrünü» yaşadığını, istər indiki, istərsə də ötüb-keçən yüzilliklərin
tarixi sənədləri Naxçıvan tarixinin həmişə diqqət mərkəzində
olduğunu sübuta yetirir. Azərbaycan, rus, qərb və şərq tarixçilərinin
bir çox nəsilləri bu haqda xeyli tədqiqat əsərləri, monoqrafiyalar
yazmışlar.
-13-
Naxçıvan xanlığının qonşu dövlətlərlə yaratdığı hərbi, sosial-
siyasi və digər diplomatik münasibətlərinin əhəmiyyətini nəzərə
alan ümummilli lider Heydər Əliyev 12 avqust 2002-ci ildə
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
yaradılmasına həsr olunmuş müşavirədə demişdir: «Məsələn,
mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl
yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə
vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı
idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı ilə İrəvan
xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox
orada ermənilər olubdur. Amma həqiqətən İrəvan xanlığıdır.
Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan
xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında Ermənistanda
tapmadığınız materialları Rusiyanın arxivlərində, Sankt-Peter-
burqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz
ki, dünyada nələr var» (1, s. 27-28).
Azərbaycan tarixini vərəqləsək görərik ki, erməni etnosu
Azərbaycan torpağında XIX əsrin birinci yarısında peyda olub.
İki Rusiya-İran və Rusiya-Türkiyə (osmanlı) müharibələrinin,
həmçinin 1828-ci ildə İran və Rusiya arasında bağlanan Türk-
mənçay müqaviləsinin, eləcə də 1829-cu ildə Rusiya ilə Osmanlı
Türkiyəsi arasında bağlanan Adrianopol (Ədirnə) sülh müqav-
iləsinin şərtləri əsasında ermənilər İrandan, Türkiyədən Azərbaycan,
o cümlədən Naxçıvan ərazilərinə köçürülmüşlər. Bu ərazilərə
gələn ermənilər Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə,
«böyük Ermənistan» yaratmaq xülyasına düşmüşlər. Ona görə
də ermənilərin Naxçıvan iddialarına da cavab verilməlidir.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il
fevralın 9-da «Naxçıvan Muxtar Respublikasının 80 illik
yubileyinin keçirilməsi haqqında» imzaladığı sərəncamda
bütövlükdə Naxçıvan tarixinin daha dərin, obyektiv olaraq
araşdırılmasının zəruri olduğunu bildirmişdir: «Ermənistanın
-14-
apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən
təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq
məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları
obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə
ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin
tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik
olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, habelə
dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni
siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab
verilməlidir» (43).
Təbii ki, Naxçıvan xanlığının apardığı daxili və xarici
siyasətinin hərtərəfli araşdırılması dövlətçilik ənənələrinin
öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Problemin ciddiliyini
nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov Azərbaycan Respublikasının diplomatik xidmətinin
90 illiyi münasibəti ilə keçirilən konfransda Naxçıvan xanlığının
apardığı xarici siyasət haqqında demişdir: «Naxçıvan xanlarından
Heydərqulu xan, Abbasqulu xan və Cəfərqulu xan xanlığın
xarici siyasətinə bilavasitə rəhbərlik etmiş, birinci Kalbalı xan
isə on səkkizinci əsrin nüfuzlu siyasi lideri və diplomatı kimi
məşhurlaşmışdır» (44).
Naxçıvan xanlığının tarixi-mədəni əlaqələrinin araşdırılması,
ona aid sənəd və materialların toplanması, dövlətçilik irsinin
qorunub saxlanılması və inkişafı sahəsində bir sıra tarixi
əhəmiyyətli işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr
tarixli sərəncamı ilə «Xan Sarayı» Dövlət Tarix-Memarlıq
Muzeyinin yaradılması (45) milli dövlətçilik tariximizə olan
yüksək qayğının bariz nümunəsidir.
Təqdim olunan dissertasiyanın aktuallığı Naxçıvan xanlığının
Qafqazda hərbi-siyasi əlaqələrinin və mövqeyinin ilk dəfə sistemli
öyrənilməsindən ibarətdir.
-15-
Dostları ilə paylaş: |