4.Məhsullara olan tələbatın azalması
Əmək haqqının azaldılması və işsizlik səviyyəsinin artması nəticəsində məhsullara olan tələbat azalır
İnflyasiya[1][2] (səhv olaraq infilyasiya kimi də yazılır) (ing. Inflation, lat. inflatio - şişmə[3] deməkdir) ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi prosseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. Desək ki, inflyasiya yeni dövr tarixinin məhsuludur onda səhv edərik. Bir az araşdırsaq görərik ki, bu tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra orytaya çıxmışdır. Kağız pulların çapından sonra pull əmtəə kütləsinə nəzərən dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı.
Qiymətlərin hər cür artması inflyasiya demək deyildir. Qiymətlər məhsulun keyfiyyətinin yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı qiymətlərin qalxımından ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb olur.
İnflyasiya anlayışına, inflyasiya prosesinə müxtəlif istiqamətlərdə yanaşmaq olar:
1.Ayrı-ayrı iqtisadi modellərin xüsusiyyətləri, obyektiv və subyektiv amillər, əmtəə pul sisteminin deformasiya olunması, istehsalla istehlak arasında ziddiyyətlər, sosial qrupların, cəmiyyətin, dövlətin bu prosesə yanaşması.
2.İnflyasiya və milli gəlirin yenidən bölüşdürülməsi.
3.İnflyasiya makroiqtisadi, ümumi iqtisadi problem, proses kimi.
Əvvəlki dövrlərdə inflyasiya adətən fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn müharibə dövründə dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız pul buraxırdı. Son 30-40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.
Umumiyyətlə inflyasiyanın aşağıdakı növləri var:
Qiymətlərin artım sürətinə görə
Qiymətlərin tarazlıq səviyəsinə görə
Xarakterinə görə
Dostları ilə paylaş: |