Musahibe suallari Maliyye bazarlarinin novleri ve maliyyenin esaslari?



Yüklə 1,45 Mb.
səhifə12/31
tarix02.01.2022
ölçüsü1,45 Mb.
#35352
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
musahibe suallar1

Xərclərin inflyasiyası istehsalat xərclərinin artması nəticəsində qiymətlərin artması deməkdir. Xərclərin qalxmasının müxtəlif səbəbləri var. Ölkə daxili qiymətlərin (bütün növ qiymətlərin) dünya qiymətləri səvviyəsinə çatdırılması, əmək haqlarının qaldırılması, monopolist firmalar tərəfindən qiymətlərin aşağı salınması və s-dir.

Tələb inflyasiyası Keynsçi analizin məhzuludur. Belə ki, tam məşğulluq şəraitində olan iqtisadiyyatda məcmu tələbdəki artım bir çox əmtəə bazarında əmtəələrə olan tələbin artmasına səbəb olacaq və qiymətlər qalxacaq.Yəni, tələb infilyasiyası o zaman meydana gəlir ki, pul gəlirləri məhzul və xidmətlərdən artıq olsun.

Hər ölkənin özündə inflyasiya vaxtı milli xüsusiyyətləri mövcud olur. Bunu ökələrin milli infilyasiyası adlandırmaq olar. Məsələn ABŞ-da (xüsusilə keçən əsrin 60-70 ci illərində) infilyasiya pul, pul dövriyyəsi amili ilə şərtlənmişdir. ABŞ da ərzaq, elektrik enerjisi, mənzil, nəqliyyat, tibbi xidmətlər, enerji resursları, xammal materialları və s nin qiymətləri qalxdığına görə bu həm əhalinin sosial vəziyyətinə, həm də orta və xırda sahibkarlığın inkişafına mənfi təsir etmişdir. Amerika iqtisadçısı Q Minz göstərirdi ki, hələ 50-60-cı illərdə ABŞ-da qiymət artımının ¾ hissəsi iri inhisarların qiymətləri süni şəkildə qaldırması ilə əlaqədar olmuşdur.

Müasir inflyasiyanın fərqləndirici xüsusiyyətləri var: əgər əvvəllər lokal xarakter daşıyırdısa indi o bütün sahələrə daxildir. Əgər əvvəllər uzunmüddətli və qısa müddətli, ya da periodik idisə, indi xroniki hal almış və istehsalda daimi faktordur. İnfilyasiyanın neqativ sosial, iqtisadi nəticələri vardır.Bu özünü aşağıdakı istiqamətlərdə göstərir.


  • 1.Qiymət əmələ gəlməsinin bazar mexanizmlərinin, tələb strukturunun, iqtisadi subyektlər arasında əlaqələrin deformasiyaya uğraması

  • 2.Pul əlirlərinin azalması, qiymətdən düşməsi

  • 3.Pul kredit sisteminin pozulması, kredit verməyə kreditorun marağının azalması

  • 4.İnvestisiyaya mənfi təsir göstərməsi (kapitalın istehsaldan ticarətə meyl etməsi,uzun müddətli sərmayə qoyuluşunda risklərin çoxalması)

  • 5.Dövlət mailiyyəsinə təsiri (Büdcə kəsrinin pul kütləsi artırılmaqla qapanması,xərclərin qiymətdən düşməsi)

  • 6.Xarici iqtisadi əlaqələrə (tədiyyə balansına, milli valyutanın qiymətdən düşməsinə,xarici borcların ödənilməsinə

  • 7.Az təminatlı əhaliyə mənfi təsiri


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin