Musahibe suallari Maliyye bazarlarinin novleri ve maliyyenin esaslari?


İnflyasiyaya qarşı tədbirlər[redaktə | əsas redaktə]



Yüklə 1,45 Mb.
səhifə13/31
tarix02.01.2022
ölçüsü1,45 Mb.
#35352
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
musahibe suallar1

İnflyasiyaya qarşı tədbirlər[redaktə | əsas redaktə]


Antiinflyasiya siyasətinə nəzər salsaq görərik ki, buna əsas üç yanaşma var.

Birinciyə aktiv büdcə siyasəti (müasir keynsçilər) – dövlət gəlirləri və vergidən istifadə edərək alıcılıq qabiliyyətli tələbə təsir etmək: dövlət öz xərcini azaldır və vergini artırır. Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi baş verə bilər və bu da qarşıya qoyulan məqsədin əksinə gətirib çıxara bilər. Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun genişləndirilməsi üçün də həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital qoyuluşu proqramları və digər xərclər (hətta büdcə kəsri vaxtı), vergilərin azaldılması həyata keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat artır. Lakin tələbin büdcə yolu ilə stimullaşdırılması 60-70-ci illərdə göstərdi ki, o, infilyasiyanı gücləndirə bilər. Özüdə ki, böyük büdcə kəsri dövlətin xərc və vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır.

İqtisadi nəzəriyyədə ikinci yanaşma monetarizm tərəfdarlarıdır. Onlar ilk öncə ön plana pul-kredit siyasətini çəkirlər və iqtisadi hadisəyə dolayısı və elastikliklə təsir edirlər. Bu cür tənzimlənmə mərkəzi bank tərəfindən həyata keçirilir. Bu yanaşmanın tərəfdarlırı düşünürlər ki, dövlət alıcılıq qabiliyyətli tələbatı məhdudlaşdırmaq üçün defilyasiya tədbirləri həyata keçirməli, çünki iqtisadi artımın stimullaşdırılması süni yolla məşğulluğun həqiqi səviyyəsinin aşağı salınması inflyasiya üzərində nəzarətin itirilməsinə gətirib çıxardır.

Üçüncü yanaşma – bir çox ölkələrin rəhbərliyi 60-cı illərdən başlayaraq nəzarətdən çıxmış inflyasiyanın qarşısını almağa cəhd göstərərək belə adlanan qiymət və gəlirlər, əsas məqsəd əmək haqqının məhdudlaşdırılması siyasətidir. Belə ki, bu siyasət bazar strateqiyalı yox, inzibati mübarizə yolu olduğundan o həmişə qarşıya qoyulan məqsədə çatmır. İnflyasiya ilə mübarizə metodları birbaşa və dolayısı ola bilər.

Dolayısı metodlar:


Birbaşa metodlar:

  • 1.dövlət tərəfindən birbaşa kreditlərin və pul kütləsinin tənzimlənməsi;

  • 2.dövlət qiymət tənzimlənməsi;

  • 3.əmək haqqının dövlət tərəfindən tənzimlənməsi;

  • 4.dövlət tərəfindən daxili ticarət, idxal və ixrac kapitalının və valyuta kursunun tənzimlənməsi.

İnflyasiyanın sürətini salmaq deməli təsərrüfatda pul və mal kütləsi arasında fərqi azaltmaq deməkdir. Bunun üçün iqtisadiyyatı tarazlaşdıran bütün metodlar uyğun gəlir. Əsas tədbirlərə aşağıdakılar daxildir:

  • 1.Ölkədə ərzaq bolluğu yaratmaq.

  • 2.Xalq təsərrüfatı sahələrinin pozulmuş investisiya sahələrinin bərpası

  • 3. Müəssisələrarası alqı-satqı münasibətlərini nizama salmaq.

  • 4.Krizis vaxtı mərkəzləşdirilmiş bank sistemi təşkil etmək lazımdır.

İstehlak bazarını stabilləşdirmək məqsədə uyğundur. Kiçik biznesin istehsal və xidmət sferalarında inkişafını stimullaşdıran sistem yaratmaq, istehsal sahələrinin və dəzgahların icarəsinə (ardınca almaq imkanı olmaqda) dövlət krediti və lizinq kreditinin verilməsi. Kiçik müəssisələrin ilk 3-5 il fəaliyyətinin sığortalanması öhdəliyi - müflisləşmə riski xeyli çoxdur.

Böhran baş verən zaman daxili bazarın və şəxsi eksport fəaliyyətinə ciddi nəzarət olunması üçün dövlət tərəfindən müdafiə üçün səmərəli siyasət yeridilməlidir. Bütün eksport əməliyyatları dövlət tərəfindən idarə olunan bir neçə iri firmalar və sindikatlar tərəfindən komission vergilər üzərində eksport əməliyyatları yerinə yetirlməlidir. İnflyasiyanın qarşısını hər-hansı bir təşkil edilmiş tədbir vasitəsi ilə alınması çox çətindir, deməsək ki, tamamilə mümkün deyil. Bunun üçün iqtisadiyyatda baş verən disproporsiyaların aradan qaldırılması üçün, struktur islahatlar keçirilməlidir.

İnflyasiya monetar və yaxud struktur xarakter daşıya bilər. İnflyasiyanı dövlət büdcəsinin defisiti və mal göndərənlərlə istehsalçıların inhisarları stimullaşdırır. Ona görə də inflyasiya prosesi ilə mübarizə metodları adətən kompleks xarakter daşıyır.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin