Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi



Yüklə 164,8 Kb.
səhifə24/39
tarix18.07.2022
ölçüsü164,8 Kb.
#62812
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
Mustafayev-Elvin

Biznes planın məzmunu. Biznes plan müəssisənin biznes fəaliyyətinin bütün istiqamətlərini özündə əks etdirir, strategiyaların realizasiyası ilə qarşılıqlı əlaqəyə malik olur, aşağıdakı əsas bölmələri özündə birləşdirir ( 25 ):
1.İcmal bölməsi. Bu bölmədə layihənin əsas mahiyyəti qısa fotmada dərc olunduğuna görə o, potensial investorlarda müəssisəyə maraq yarada bildiyinə görə çox mühüm əhəmiyyət kəsb edir. Bölmədə layihənin məqsədi, müəssisə haqqında qısa məlumat, qısa formada layihənin cəlbedici məqamları və göstəriciləri, əldə ediləcək nəticələrin səərəliliyi, investisiyanın tələb olunan məbləği və mənbələri, patent və sertifikatların əldə edilməsi üzrə göstəricilər əks olunur.
2. Müəssisənin təsviri. Bu bölmədə müəssisənin xarakteri, əsas fəaliyyət istiqamətləri, biznes lahiyə üzrə fəaliyyətin inkişaf mərhələsi, müəssisənin məqsədləri və təklifləri, fəaliyyətinin son beş ili üzrə əsas texniki – iqtisadi göstəriciləri, müəyyən dövrdə müəssisənin və məhsulunun rəqabətqabiliyyətlilik göstəriciləri qeyd olunur.
3. Məhsulun təsviri. Bu bölmədə məhsulun fiziki təsviri, ondan istifadə imkanları, yeniliyi və cəlbediciliyi, bazara çıxış üzrə hazırlıq dərəcəsi və digər bu kimi göstəricilər qeyd olunur.
4. Bazarın tıhlili və marketinq strategiyası. Bazarın təhlili nəzərdə tutulan biznesin bazara gözlənilən təsirini aydınlaşdırmaqdan, yeni məhsulun satışını təmin etmək məqsədilə bazarın vəziyyətini öyrənməkdən ibarətdir. Bazarın təhlili özündə bir sıra məsələləri, o cümlədən, bazarın yeni məhsula tələbatını öyrənmək, yeni məhsul biznesi ilə bağlı rəqabət şəraitiniaraşdırmaq, bazar tədqiqatının nəticələrindən istifadə etmək, satışın həcmini proqnozlaşdırmaq və s.birləşdirir. Bölmədə həmcinin, bir sıra marketinq strategiyaları öz əksini tapır. Onlara: - bazarın seqmentləşdirilməsini, qiynət strategiyasını, bazarın əhatə olunma strategiyasını, yeni məhsulun yaradılması strategiyasıni, məhsul satışının stimullaşdırılması strategiyası, məhsulun reklam strategiyasının seçilməsi, gələcək dövr üçün müəssisənin inkişaf strategiyasının seçilməsi və s. aid edilir.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin