Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi



Yüklə 164,8 Kb.
səhifə32/39
tarix18.07.2022
ölçüsü164,8 Kb.
#62812
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
Mustafayev-Elvin

Məqsədin müəyyənləşdirilməsi. Müəssisə ilk növbədə həm kəmiyyət, həm də keyfiyyət baxımından cari və strateji məqsədlərini müəyyənləşdirir. Sonrakı bütün fəaliyyət həmin məqsədlərə nail olunmasına yönəldilir. Məqsədlərə nail olunması səviyyəsini qiymətləndirmək üçün müvafiq göstəricilər və kriteriyalar müəyyənləşdirilir.
Planlaşdırma-məqsədlərə uyğun olaraq onlara nail olunmasını təmin etməyə imkan verən planların və proqramların hazırlanmasını onların proqnozlaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə müəssisədə SVOT analiz həyata keçirilir, biznes fəaliyyətinin zəif və güclü tərəfləri, imkanları və təhlükələr təhlil edilir, biznes portfelin təhlili həyata keçirilir, müəssisənin fəaliyyət istiqamətləri ayrı-ayrılıqda qiymətləndirilir. Planlar ümumi müəssisə üzrə, müxtəlif fəaliyyət istiqamətləri və ayrı-ayrı məhsullar üzrə hazırlanır. Kontrollinq planlaşdırmanın metodikasının işlənib hazırlanmasında, ayrı-ayrı bölmələrin fəaliyyətinin əlaqələndirilməsini, planların qiymətləndirilməsini, onların məqsədlərə uyğunluğunu və səmərəliliyini və yerinə-yetirilmə imkanlarını qiymətləndirir.
Operativ idarəetmə uçotu. Bu uçot forması kontrollinq sisteminin elementi kimi, mühasibat uçotundan ciddi surətdə fərqlənir, müəssisənin bütün fəaliyyət istiqamətlərini əhatə edir. Idarəetmə uçotu müəssisə rəhbərlərini operativ idarəetmə qərarları qəbul etmək üçün müxtəlif fəaliyyət istiqamətləri üzrə zəruri məlumatlarla təmin edilməsini nəzərdə tutur.
Informasiya axınları sistemi kontrollinqin ən vacib elementlərindən biri hesab olunur. Bəzən idarəetməyə informasiya axınları sisteminin işlənməsi onların əsasında qərarların qəbulu prosesi kimi baxılır, idarəetmə qərarlarının müxtəlifliyi informasiyaya olan tələbatı xeyli artırır. Müəssisənin ətraf mühitində baş verən dəyişikliklər onun daxili fəaliyyət sistemini mürəkkəbləşdirir, idarəetmə qərarlarının qəbulu üçün daha çox informasiya əldə edilməsini zəruri edir. Deməli, səmərəli idarəetmə qərarlarının qəbul edilməsində obyektiv, geniş informasiya axınlarının rolu olduqca böyükdür.
Müəssisədə idarəetmə qərarları qəbul etmək üçün təkliflər işlənib hazırlanır. Belə təkliflər də informasiyaya əsaslanır. Müxtəlif xarakterli informasiyaların təhlili əsasında hansısa bir kənarlaşma aşkar edilir, məqsədlərə nail olunması üzrə zəruri tədbirlərin həyata keçirilməsinə zərurət yaranır.
Biznes fəaliyyəti üzrə planların yerinə yetirilməsi prosesində plandan kənarlaşma halları baş verir. Belə kənarlaşmalar müsbət və mənfi kənarlaşmalar ola bilir. Hər iki halda kontrollinq həmin kənarlaşmalara uyğun olaraq müvafiq tədbirlər hazırlayır, qərarlar qəbul edir. Belə qərarlar həmçinin, planların yerinə yetirilməsinin nəticələri üzrə də qəbul edilirlər.
Kontrollinqi nəzarətlə eyniləşdirmək düzgün deyildir. Nəzarət müəssisənin fəaliyyətində artıq baş vermiş hafisələrlə və göstəricilərlə əlaqədar həyata keçirilir. Kontrollinq isə yaxın və uzaq gələcəkdə baş verə biləcək hadisələri, yerinə yeltiriləcək işləri əhatə edir. Məhz bu zaman kontrollinq nəzarət funksiyasını yerinə yetirir. Belə hallarda ənənəvi nəzarət funksiyasında ciddi dəyişikliklər baş verir.
Kontrollinq nəzarəti faktlar baş verməmişdən əvvəl yerinə yetirilir və bu zaman məqsədlərin düzgünlüyü bir-birini təkrar edib etməməsi, məqsədlərin miqdarca müəyyənləşməsinin uyğunluğu, verilən proqnozlara onların məqsədlərə uyğunluğu, daxili və xarici amillərin müəssisənin fəaliyyətinə təsiri, planlara, plan göstəricilərinin məqsədlərə uyğunluğu, xərclərlə bağlı tərtib olunan büdcələrlə əlaqəli məsələlərinə nəzarət həyata keçirilir. Qeyd olunanlarla yanaşı cari nəzarət fəaliyyəti, o cümlədən, daxili və xarici mühit amillərinin təsiri ilə bağlı monitorinq də həyata keçirilir. Yekun nəzarət qaydasında faktiki göstəricilərin plandan kənarlaşması halları təhlil edilir, baş verən kənarlaşmalar müəyyənləşdirilir.
Beləliklə, qeyd etmək lazımdır ki, kontrollinq nəzarəti keçmiş dövrü deyil, mövcud və gələcək .dövrü əhatə edir, cari hadisələrin baş verməsi prosesinə nəzarəti həyata keçirir, müəssisənin biznes fəaliyyətində nə baş verdiyi və necə baş verdiyini müəyyənləşdirməyə imkan verir. Kontrollinq sisteminin ən vacib vəzifələrindən biri idarəetmə qərarlarının qəbul edilməsi üçün təkliflərin işlənib hazırlanmasıdır. Bu məqsədlə biznes fəaliyyətinin müxtəlif istiqamətləri və konkret hadisələr üzrə həyata keçirilən təhlil nəticəsində idarəetmə qərarları qəbul etmək üçün müvafiq təkliflər hazırlanır. Mövcud şəraitdən asılı olaraq hadisələrin və həyata keçirilən tədbirlərin alternativ variantları təhlil edilir qarşıya qoyulan məqsədə daha səmərəli şəkildə nail olmaq imkanları müəyyənləşdirilir.
Idarəetmə qərarlarının qəbulu olduqca məsuliyyətli, çətin və mürəkkəb bir prosesdir. Hər bir idarəetmə qərarının qəbul edilməsi üçün yüksək səviyyədi informasiya təminatı olmalı, qərarın aid olduğu məsələ ilə bağlı amillər və mövcud şərait ətraflı təhlil edilməlidir. İdarəetmə qərarlarının qəbulu prosesində müxtəlif yanaşmalar tətbiq olunur, müxtəlif metodlardan istifadə edilir.
Hər bir müəssisə rəhbərinin fəaliyyətinin ən vacib istiqamətlərindən biri idarəetmə qərarlarının qəbul edilməsindən ibarətdir. Bu baxımdan kontrollinq sisteminin vacib vəzifələrindən biri, müəssisə rəhbərlərinə idarəetmə qərarlarının qəbulunda yardımçı olmaq, onları bu istiqamətdə zəruri təkliflərlə və məlumatlarla təmin etməkdən ibarətdir.
Bütün idarəetmə qərarlarını iki qrupa bölmək olar: - proqramlaşdırılmış və proqramlaşdırılmamış. Bu qruplardan hər biri kontrollinqə idarəetmə qərarlarının qəbul edilməsinə yardım edən sistem kimi öz tələblərini irəli sürür.
Proqramlaşdırılmış qərar standart şəraitdə, mövcud ənənələrə, metodlara əsaslanmaqla qəbul edilir. Bu cür qərarlar ani olaraq qəbul edilən sadə qərarlara və ciddi yanaşma tələb edən mürəkkəb qərarlara bölünürlər. Kontrollinq sistemi də öz-özlüyündə standartlaşmaya və proqramlaşdırılmağa meyllidir. Çünki, belə olan halda kontrollinq sisteminin fəaliyyəti dlaha sistemli və planlı şəkildə həyata keçirilə bilər.
Proqramlaşdırılmamış idarəetmə qərarları, qeyri standart şəraitdə, qeyri adi, qəfildən yaranan problemlərin aradan qaldırılması məqsədilə qəbul edilir. Bu cür qərarların qəbul edilməsi üçün hazır metodlar və yanaşmalar mövcud deyildir. Kontrollinq bu halda yaradıcı, tədqiqat xarakterinə malik olur, zəruri informasiyalar və kriteriyalar məsələnin mahiyyətindən və xarakterindən asılı olaraq formalaşır. Idarəetmə qərarlarının qəbulu prosesinin çoxsaylı olması və mürəkkəbliyi bu prosesdə müxtəlif yanaşmaların mövcudluğunu əsaslandırır, prosesə yaradıcı yanaşma tələb edir (27, s.229).
Beləliklə, kontrollinqin əsas vəzifəsi müəssisənin qarşısında qoyulan məqsədlərə nail olunmasını təmin etməkdən ibarət olduğu üçün, o özündə məqsədlərin müəyyənləşdirilməsi, planlaşdırmanın həyata keçirilməsi, uçot və nəzarət, təhlil və tədqiqatların aparılması, təkliflərin hazırlanması, infomasiyaların əldə edilməsi, sistemləşdirilməsi, təhlili və digər bu kimi məsələləri birləşdirdiyinə görə mürəkkəb xarakterli bir struktur bölməsi kimi çıxış edir.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin