Мустягил тящсил сийасяти



Yüklə 303,5 Kb.
səhifə14/37
tarix02.01.2022
ölçüsü303,5 Kb.
#2467
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
Açıq kollec (Open College). Açıq təhsil alma imkanları 1987-ci ildə hökumətin dəstəyilə Açıq Kollec yaradılması nəticə­sində daha da genişlənmişdir. Kollec özündə diktorları, nəzəriyyəçi peda­qoqları və sponsorları birləşdirir və dərəcə səviyyəsindən aşağı olan professional təhsil və hazırlıq kursları ilə təmin edir. Tele­vizi­yanın müstəqil 4-cü kanalı vasitəsilə müntəzəm surətdə tədris proq­ramları tamaşaçılara çatdırılır. Maarifçi verilişlər verilir.

Gənclər Xidməti. Britaniya Gənclər xidməti yerli hökumətlə könüllü təşkilatlar arasındakı əməkdaşlığı özündə əks etdirir və gənc­lərin könüllü təhsil almasının, onların şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsinin qayğısına qalır.

Könüllü təşkilatların əksəriyyəti XIX əsrin sonu və XX əsrin ilk dekadasında yaradılmışdır. Könüllü təşkilatlar özündə 5600 tam ştat­lı, təxminən 31500 yarım-ştat işçiləri və 500000 könüllünü birləş­dirir.

Gənclərin Təhsil Xidməti üzrə Departament könüllü gənclər təşki­latlarının proqram xərclərinin 50%-ni öz üzərinə götürmüşdür. Əsasən mərkəzi hökumət tərəfindən maliyyələşdirilən İngiltərə Dövlət Gənclər Təşkilatı gənclərlə iş üzrə şəxsləri, təhsil kurslarının təşkilini dəstəkləyir. Şotlandiyada gənclər xidməti təhsilin bir hissəsini təşkil edir və Şotlandiya Təhsil Şurası tərəfindən dəstəklənir.

Şimali İrlandiya Gənclər Şurası gənclərlə aparılan işin inkişafı üçün təhsil sisteminə məsləhətlər verir.

İngiltərə və Uelsdə bəzi universitet və ali təhsil kompleks­lərin­də ixtisaslı gənclər və təhsil işçiləri hazırlayan 2 illik təlim kursları fəa­liyyət göstərir. Onların nəzdində təkmilləşdirmə kursları da var. Şot­landiya da isə 1-2-və 3-illik kurslar fəaliyyət göstərir.


Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin