Post-məcburi təhsil (post-compulsory education). Post-məcburi təhsil 6 sinifli məktəb, 6 sinifli kollec və orta məktəbdən sonrakı kollec, universitet və digər ali təhsil müəssisələrini əhatə edir. İngiltərə, Uels və Şotlandiyada son vaxtlar keçirilən islahatlar universitetlər, politexnik institutları və digər ali təhsil ocaqları arasında olan fərqləri aradan qaldırmışdır.
16 yaşında orta təhsilin Əsas Sertifikatının (GCSE) imtahanını verdikdən sonra, İngiltərə, Uels və Şimali İrlandiyada tələbələr ya məktəbdə qala, ya da ki, İngiltərə və Uelsdə olduğu kimi, 6 sinifli kollecdə oxuya bilərlər. Tələbələr imtahanları vermək üçün oxuyurlar, çünki imtahanları vermək ali təhsil və ya professional hazırlıq almaq üçün əsas şərtdir. Təhsilin Əsas Sertifikatı Yüksək səviyyə (A) imtahanı 18 və ya 19 yaşında – 2 il oxuduqdan sonra verilir. Humanitar sahələri seçən tələbələr riyaziyyat və texniki fənləri yeni mərhələdə öyrənməyi davam edə bilərlər. Yüksək Əlavə (AS) səviyyəsi 6-cı sinif tələbələrinə bir çox fənlərin öyrədilməsini təmin edir. AS səviyyəsinin imtahanını vermək üçün tələbə 1 il ərzində təhsil alır. Dövlət akademik və könüllü kvalifikasiyaların statuslarını bərabərləşdirir. Məsələn, dövlət 16-18 yaşlarında olan gənclərin Əsas Milli Könüllü Kvalifikasiyalar (GNVQ) sistemini tətbiq edir. Bu sistem 3 səviyyədən ibarətdir: yüksək, orta və əsas.
Dostları ilə paylaş: |