Böyük Britaniyada təhsil
Britaniyanın 34600 dövlət və xüsusi məktəblərində 9 mln. şagird təhsil alır. Onlara yarım milyondan çox müəllim dərs deyir. 1993-cü ildə 17 şagirdə 1 müəllim düşürdü (1970-71-ci illərdə isə bu nisbət 22/1 idi). 1980-ci ildə ali təhsil almaq üçün universitet və kolleclərə daxil olan gənclərin nisbəti 1/8 təşkil edirdisə, 1993-cü ildə bu rəqəm 1/4 oldu. Proqnoza görə 2000-ci ilə bu rəqəm 1/3 təşkil edəcəkdir (Şotlandiyada 2/5).
Məcburi ibtidai təhsil ideyası 1870-ci ildə həyata keçirilməyə başlamışdır. 1880-cı ildən 5-10 yaş arasında olan uşaqlar üçün məktəbə getmək məcburi oldu. 1918-ci ildə məktəbdə 14 yaşına qədər oxumaq məcburi oldu. 1944-cü ildə qəbul olunan yeni təhsil qanununa əsasən məktəblər ibtidai və orta məktəblərə bölündülər və məcburi təhsil yaşı 15-ə qaldırıldı. Bütün uşaqlara orta təhsil verildi. 11 yaşında olan uşaqlar arasında test keçirərək onları müxtəlif orta məktəblərə yerləşdirdilər. 60-cı və 70-ci illərdə bu sistem tədricən bütün şagirdləri götürən ümumtəhsil məktəbləri ilə əvəz olundu. 1972-73-cü illərdə icbari təhsil yaşı 16-ya qaldırıldı.
Məktəb və məktəbdən sonrakı təhsil üzrə əsas məsul şəxs təhsil naziri hesab olunur. 1991-92-ci ildə Britaniyada təhsilə 29 milyard 300 milyon funt sterlinq xərclənmişdir.
Dostları ilə paylaş: |