Мустягил тящсил сийасяти



Yüklə 303,5 Kb.
səhifə18/37
tarix02.01.2022
ölçüsü303,5 Kb.
#2467
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
Uşaq bağçası. Uşaq bağçası – alman mənşəli müəssisədir və baş­qa ölkələrə məhz Almaniyadan keçmişdir. O, dövlətin məktəb təh­sili sisteminə deyil, gənclərə yardım sisteminə daxildir. Uşaq bağça­larının təsisçiləri, əsas etibarilə, kilsə, xeyriyyə cəmiyyətləri və icma­ları, bəzən isə müəssisə və birliklərdir.

Tərbiyə işində başlıca məqsəd – cəmiyyətdə yaşamağa qadir olan müstəqil şəxsiyyətin yetişdirilməsidir. Uşaq bağçaları ailə tər­biyəsini dəstəkləmək və tamamlamaq, habelə uşağın inkişafındakı ça­tış­maz­lıqları kompensasiya etmək məqsədi daşıyır. Bu isə uşağa gələcək həyatında və təhsil almasında daha geniş imkanlar verir. Bir qayda olaraq, uşaqlar bağçada nahar vaxtına qədər qalırlar.

1996-cı ildən etibarən uşaq bağçasına davamiyyət hər kəsin hüququna çevrilmişdir. Yeni uşaq bağçalarının tikilməsi sayəsində, 1998-ci ildən bu, bütün ölkə ərazisində həyata keçirilir. Lakin uşağın bağçaya qoyulması könüllü olaraq qalmaqdadır. Uşaq bağçasına get­məyə görə valideynlər, onların gəlirlərindən asılı olaraq müəyyən­ləş­dirilən məbləğdə haqq ödəyirlər. 1994-cü ilin məlumatlarına görə 3 yaşdan 6 yaşa qədər olan uşaqların 67%-i uşaq bağçalarına gedirdilər.


Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin