Aliməktəblərinnövləri. Keyfiyyət baxımından ali məktəb sisteminin əsasını universitetlər və onlara bərabər tutulan digər ali məktəblər təşkil edir. Bu məktəblərdə təhsil dövlət imtahanı, yaxud da magistr diplomu və dərəcəsi almaq üçün verilən imtahanla başa çatır. Bundan sonra təhsilin namizədlik dissertasiyasının müdafiəsinə, yaxud aspiranturanın bitirilməsinə qədər davam etdirilməsi mümkündür. Təhsilin bəzi mərhələləri yalnız magistr, yaxud elmlər namizədi dərəcəsi almaq üçün verilən imtahanlarla başa çatdırılır.