Numerus Clausus. Ali məktəblərin genişləndirilməsi üçün həyata keçirilən bütün tədbirlərə baxmayaraq, ali təhsil almaq istəyənlərin sayının sürətlə artması ölkədə ali məktəblərə qəbulun, hətta çox geniş yayılmış ixsaslar üzrə (Numerus Clausus), miqdarca ixtisarına gətirib çıxartdı. Əgər məhdudiyyət yalnız yerli miqyasdadırsa, tələbə yerləri bilavasitə ali məktəb tərəfindən bölüşdürülür; məhdudiyyət federal miqyasda qüvvədədirsə, yerlər Dortmud şəhərində yerləşən “tələbə yerlərinin bölüşdürülməsi üzrə Mərkəzi İdarə” tərəfindən bölüşdürülür. Bir qayda olaraq, ali məktəbdə yer almaq imkanı orta attestat balından və gözləmə müddətindən asılıdır. Bütün ölkədə nüfuzlu hesab edilən fakültələrdə (hazırda məsələn, tibb, stomatoloji və baytarlıq fakultələri belə fakultələrdən hesab edilirlər) "xüsusi seçmə prosedurası" mövcuddur. Xüsusi hallar da nəzərə alına bilər.
Hər şeydən əvvəl təhsil müddətinin ixtisarını nəzərdə tutan ali məktəbdə islahat proqramı uzun müddətdir ki, müzakirə olunur. Hazırda, ixtisas almaq üçün tələbə orta hesabla 14 semestr, yəni 7 il oxumalıdır. Dünya səviyyəsilə müqayisədə bu çox uzun müddətdir. Bundan başqa, oxumağa başlayan tələbələr də "qocalırlar". Bir çox hallarda ali məktəbə daxil olana qədər onlar müəssisədə təlim almış, hərbi, yaxud alternativ qulluğu yerinə yetirmişlər. Bütün bunlar nəticəsində əmək fəaliyyətinə daha gec başlamışlar ki, bu da çox mühüm bir nöqsandır.
Yeni bölgələrdəki vəziyyət. Yeni bölgələrdə ali məktəblərin yeniləşdirilməsi prosesi, 2,4 mld. marka dəyəri olan Ali Məktəblərin Yeniləşdirilməsi Proqramı (AMYP) çərçivəsində həyata keçirilir. Hazırda yeni bölgələrdə 17 universitet, 14 Ali incəsənət və musiqi məktəbi, habelə 26 ixtisaslaşmış ali məktəb mövcuddur. 1995/1996-cı tədris ilinin qış semestrində bu ali məktəblərə (7 ixtisaslaşdırılmış ali idarəetmə məktəbi də daxil olmaqla) 52500 tələbə qəbul olunmuşdur, bütövlükdə isə 1995-ci ildə yeni bölgələrdə 298000 tələbə olmuşdur. Əvvəllər Elmlər Akademiyası çərçivəsində aparılan elmi tədqiqatlar indi qismən universitet xarici ETİ-na reinteqrasiya olunmuşdur. Qərbdən, xüsusilə hüquq və iqtisadiyyat müəllimlərinin axını güclənmişdir.
Dostları ilə paylaş: |