Tələbələr. Təhsil siyasəti ali məktəb qapılarını əhalinin geniş təbəqələrinin üzünə açmışdır. Bir neçə misal: 1952/1953-cü tədris ilinin qış semestrində yenicə oxumağa başlayan tələbələrin yalnız 4% fəhlə ailəsindən çıxmışdısa, hazırda bu göstərici 14%-ə bərabərdir. 1952-ci ildə qadınlar bütün tələbələrin beşdən birini təşkil edirdisə, hazırda onların xüsusi çəkisi köhnə bölgələrdə 40%, yeni bölgələrdə isə 46%-dir.
Həm federasiya, həm də bölgələr alman ali məktəblərində xaricilərin oxumasında maraqlıdırlar: 1995-ci ildə belə tələbələrin sayı təxminən 142.000 nəfər olmuşdur.
Demək olar ki, bütün təlim kursları üzrə tədris planları mövcuddur və aralıq imtahanlarının verilməsi tələb olunur, bir çox dissiplinalar üzrə öyrənilən fənlər və tədris məşğələlərinə münasibətdə tələbələr özləri seçmək hüqüquna malikdirlər. Dövlət ali məktəblərində təhsil pulsuzdur. Rəsmi surətdə qeydə alınmış dinləyicilər kimi tələbələr bədbəxt hadisələrdən və – bir qayda olaraq güzəştli dərəcələrlə – xəstəlikdən sığorta olunurlar. Əgər yaşaması və təhsil alması üçün zəruri olan vəsaiti başqa mənbələrdən (hər şeydən əvvəl valideynlərin gəlirlərindən) əldə edə bilməzsə, tələbənin təhsil haqqını dövlətdən almaq hüququ vardır. Bu hüquqa “Təhsil almağa yardım haqqında Federal Qanunla” təminat verilir. Bu vəsaitin yarısı təqaüd şəklində, digər yarısı isə, vəsait alınmasının maksimum müddətinin başa çatmasından sonrakı 5 il ərzində ödənilən faizsiz kredit şəklində verilir.
Federal Qanuna müvafiq surətdə, 1994-cü ildə köhnə bölgələrdə tələbələrin 26,8%, yeni bölgələrdə isə 54,8% maliyyə yardımı almışlar. Federal Qanunun yerinə yetirilməsini həyata keçirən, “tələbələrin işləri üzrə İdarələr” tələbələrə iqtisadi, sosial, tibbi və mədəni sferalarında yardım göstərilməsi üçün məsuliyyət daşıyırlar.
Tələbə işləri üzrə yerli İdarələr Tələbə işləri üzrə Almaniya Baş İdarəsində birləşmişlər. Yataqxana otağı tələbə üçün ən ucuz yaşayış yeridir. 1994-cü ildə köhnə bölgələrdə hər onuncu tələbə yataqxanada otaq almışdır. Yeni bölgələrdə isə tələbələrin 55%-i yataqxanalarda yaşayır. Yaşayış yeri üçün kirayə haqqı bir çox tələbələr üçün ciddi problemlər yaradır. Məhz buna görə də təhsil almaqla bərabər həm də işləyən tələbələrin xüsusi payı 60% üstələyir.
Dostları ilə paylaş: |