Ortaməktəbdənsonrakıtəhsil (Further education). 16 yaşdan yuxarı olan şəxslər orta məktəbdən sonrakı təhsil ocaqlarında təhsil ala bilərlər. Bu kurslar təhsilin Əsas Sertifikatının A dərəcəsini və ya Əsas Milli Könüllü Kvalifikasiyasının (GNVQ) Yüksək dərəcəsini nəzərdə tutur. Orta məktəbdən sonrakı təhsil işlə bağlı və könüllüdür. Bu sistem çevikdir və tələbələrə onların qabiliyyətinə əsasən sənətləri mənimsəməyə şərait yaradır. Belə təhsil ocaqlarına tələbələr işdən boş olduqları zaman və ya axşam vaxtı gedirlər. Bu sistem kommersiya və sənaye ilə sıx bağlıdır və bu cür əməkdaşlıq dövlət tərəfindən dəstəklənir.