Dərs cədvəli. Hökumət geniş və tənzimlənən dərs cədvəli tətbiq edir ki, o, şagirdlərin fərdi tələbatlarını ödəsin. Dövlət tərəfindən hazırlanan dərs cədvəli ingilis dili, riyaziyyat, habelə tarix, coğrafiya, texnologiya, musiqi dərsi, incəsənət, bədən tərbiyəsi, orta məktəb şagirdləri üçün müasir xarici dil kimi əsas fənlərdən ibarətdir. 1996-97-ci tədris ilindən Dövlət tərəfindən hazırlanan dərs cədvəli bütün məktəblərdə tətbiq olunur. Dərs cədvəli təcrübəli müəllimlərin təklifləri ilə mütəmadi olaraq dəyişdirilir. Şimali İrlandiyada, İngiltərədə dini təhsil bütün mərhələlərdə məcburidir. İngiltərədə Məktəbin Dərs Cədvəlini düzəldən şəxslərin səlahiyyətləri aşağıdakılardır: 1) dərs cədvəlini nəzərdən keçirmək; 2) dövlətə dərs cədvəlinin məzmununa dair bəzi təkliflər vermək; 3) tədqiqat və inkişaf proqramlarını həyata keçirmək; 4) dərs cədvəli haqqında məlumatı dərc etmək. İngiltərə və Uelsdə dövlət məktəblərində məcburi məktəb yaşlarında olan şagirdlərə verilən hər bir dərəcə Dövlət tərəfindən təsdiq olunmalıdır. Hər bir tədris proqramı (sillabas) və qiymətvermə prosedurası ümummilli standartlara uyğun gəlməli və təsdiq olunmalıdır. Burada məqsəd Milli Dərs cədvəlinə uyğun gələn tədris proqramlarının tətbiq edilməsini təmin etməkdir.
Məktəblərin inspeksiyası. Məktəb təhsilinin keyfiyyəti barəsində hökumətə məlumat verən müxtəlif orqanlar vardır. İngiltərədə Təhsildə Standartları müəyyən edən Müstəqil Qurum (OFSTED) Təhsil Nazirinə məktəb təhsilinin keyfiyyəti, standartlar və təhsilin effektivliyi haqda xəbər verir və məktəb təftişinin yeni sistemini tənzimləyir. Orta məktəblərdə yoxlama dövrü 1993-cü ilin sentyabr ayında, ibtidai və digər məktəblərdə isə 1994-cü ilin sentyabrında başlanmışdır. Hər bir məktəb müstəqil müfəttişlər qrupu tərəfindən yoxlanılmalıdır. Bu qrupa səlahiyyətli müfəttiş başçılıq edir. Həmin qrupa təhsil mütəxəssisləri ilə bərabər adi adamlar da daxil olurlar. İngiltərədə 4 illik bir müddət ərzində 6000 məktəb yoxlanılmışdır. Yoxlamanın nəticələri valideynlərə göndərilir, bu nəticələrə müvafiq olaraq məktəbə rəhbərlik edən qurumlar öz gələcək planlarını hazırlayır və valideynlərə fəaliyyətlərinin nəticələri haqqında məlumat verirlər.
Dostları ilə paylaş: |