Məktəblər. Qanuna əsasən hər bir valideyn Britaniyada 5-16 yaş arasında, Şimali İrlandiyada isə 4-16 yaş arasında olan uşaqlarının təhsil almasına şərait yaratmalıdır. Birgə məktəblərlə yanaşı, oğlan və ya qızlar üçün ayrıca məktəblər də vardır.
Əsasən və ya tamamilə ictimai fondlardan maliyyələşdirilən dövlət məktəbləri 3 qrupa bölünürlər: 1) yerli təhsil hakimiyyətləri tərəfindən idarə olunan və maliyyələşdirilən ərazi məktəbləri; 2) əsasən dini təriqətlər tərəfindən açılmış könüllü məktəblər; 3) özünü idarə edən, qrantlar vasitəsilə maliyyələşdirilən məktəblər. Hər bir ərazi və könüllü məktəbin özünü idarə edən orqanı vardır ki, o, yerli təhsil hakimiyyəti tərəfindən seçilmiş sədrdən, seçilmiş müəllimdən, valideynlərin nümayəndələrindən və yerli icmadan seçilmiş nümayəndələrdən ibarətdir. Könüllü məktəblərin idarə orqanında kilsə nümayəndəsi də olur. Dövlət idarəetmə şurasının sədrlərini təhsil qanunları ilə tanış edir. Bir çox böyük firmalar iddia edirlər ki, məktəbin bu cür idarə olunması biznesi təhsil sistemi ilə yaxınlaşdırır.
Britaniya dövləti belə hesab edir ki, dövlət məktəblərinin çoxu özünü idarə edən olacaqlar. İngiltərədə orta məktəblərin 15%-i özünü idarə edən dövlət məktəbləridir. Bu məktəblərin idarəedici orqanı valideynlər, müəllimlər və ictimayyət nümayəndələrindən ibarətdir. Şagirdlərin valideynləri öz sıralarından 5 nəfəri, müəllimlər isə 1 və ya 2 müəllimi sədr seçirlər. Sədrlər məktəbə aid bütün qərarları qəbul edirlər. 1993-cü ildə qəbul edilmiş təhsil haqqında qərara əsasən yeni təsis edilmiş Maliyyə Agentliyi özünü idarə edən məktəblərə ictimai fondlardan pul vəsaiti ayırır və onun xərclənməsinə nəzarət edir. Özünü idarə etməyən dövlət məktəblərini yerli təhsil idarəsi maliyyələşdirir.
Dostları ilə paylaş: |