Bağça və ibtidai məktəblər. Beş yaşdan aşağı uşaqların təhsilinə qanunla müəyyənləşdirilmiş bir tələbatın olmamasına baxmayaraq, dövlət bağça təhsilinin ardıcıl olaraq genişlənməsini təmin etmişdir. 3-4 yaşlı uşaqların bir qismi bağça məktəblərində və ya ibtidai məktəblərin uşaq siniflərində təhsil alırlar. Bundan əlavə, çox sayda uşaq məktəbəqədər oyun qruplarına girir ki, bunların da əksəriyyəti valideynlər tərəfindən təşkil olunur və Məktəbəqədər Oyun Qrupları Assosiasiyasında birləşirlər.
Məcburi təhsil Böyük Britaniyada 5 və Şimali İrlandiyada 4 yaşdan başlanır. Bu zaman uşaqlar azyaşlı uşaq məktəblərinə və ya bölmələrinə gedirlər; 7 yaşında olan əksər uşaqlar az yaşlılar üçün məktəbdə təhsillərini davam etdirir. İbtidai məktəbdən orta məktəbə keçid üçün müəyyən olunan yaş İngiltərə, Uels və Şotlandiyada 11-dir. Lakin İngiltərənin bəzi yerli hakimiyyət dairələri 5-8-9 yaşlı uşaqlar üçün ibtidai məktəblər və 8-14 yaşlılar üçün orta məktəblər (middle schools) yaratmışlar. Şotlandiyada ibtidai məktəblərə 5-12 yaşlı uşaqlar qəbul edilir, 12 yaşdan sonra isə onlar orta məktəbə keçirlər.
Dostları ilə paylaş: |