Orta məktəblər. Böyük Britaniyada orta məktəb yaşlı uşaqların təxminən 90%-ə qədəri ümumtəhsil məktəblərində təhsil alırlar. Bu məktəblər şagirdləri bacarıq və yaxud hazırlıq səviyyəsinə dair xüsusi arayış tələb etmədən qəbul edir və hər bir rayonun bütün uşaqlarını və ya onların əksəriyyətini təmin edən geniş spektrli orta məktəb forması təqdim edir. İngiltərə və Uels məktəbləri bir neçə yolla təşkil oluna bilir. Buraya aşağıdakılar daxildir:
- tam orta məktəb təhsili - 11 yaşdan 18 yaşadək.
- orta məktəb təhsili (middle schools); 11-12 yaşdan 16 yaşadək 6 siniflik və 16 yaşdan yuxarı şagirdlər üçün olan kolleclərlə bağlı olan məktəblər.
Altı sinifli kolleclər akademik kurslarla yanaşı qeyri-akademik kurslar təmin edən məktəblərdir. Onlar 16 yaşdan yuxarı olan tələbələrə peşə kursları, həmçinin akademik kurslar təklif edir. İngiltərə və Uelsdə 15 texnoloji kollec vardır. Dövlət İngiltərədə 200-dən çox orta məktəblərdə texnoloji ixtisaslaşmaya yardım edir. Bu məktəblər texnoloji təhsili inkişaf etdirmək üçün qrant alırlar. Şotlandiyada orta təhsil seçilmə prinsipi əsasında təşkil edilməmişdir. Məktəblərin əksəriyyəti 12-dən 13 yaşadək uşaqlar üçün olan ümumtəhsil məktəbləridir.
Qanuna əsasən valideynlərə məktəb haqqında ümumi məlumat verilməlidir ki, onlar uşaqlarının müəyyən orta məktəbə getməsinə təsir göstərə bilsinlər. Hər bir orta məktəb hər il valideynə uşağının nailiyyətləri haqqında məlumat verməlidir.
Məktəb müfəttişi müəyyən bir məktəbin şagirdlərə aşağı səviyyədə təhsil verdiyini müəyyən etdikdə, Yerli Təhsil hakimiyyəti yeni sədrlər seçir.
Dostları ilə paylaş: |