Müvafiq ixtisaslar üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya


İşgüzar etiketdə subordinasiya məsələləri mühüm əhəmiyyət kəsb edir



Yüklə 61,01 Kb.
səhifə12/24
tarix02.01.2022
ölçüsü61,01 Kb.
#42161
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA-əlavə materiallar

İşgüzar etiketdə subordinasiya məsələləri mühüm əhəmiyyət kəsb edir. Çünki idarəetmə münasibətləri iyerarxik xarakter daşıyır. İşgüzar subordinasiya, hər şeydən əvvəl, səhihlik tələb edir: qarşılıqlı tabeliyi yaddan çıxarmaq və xüsusi zərurət olmadan aşağı rəhbərin nüfuzunu alçaldaraq “üstdən aşağı” göstərişlər vermək olmaz. Subordinasiyanın pozulması zamanı tabelikdə olan rəhbəri bu haqda xəbərdar etmək lazımdır və bunu elə etmək lazımdır ki, o, elə fikirləşməsin ki, ondan “yan keçirlər” və onunla hesablaşmaq istəmirlər. Tabelikdə olanlarla ünsiyyət zamanı emosional neytrallıq prinsipini tətbiq etmək məqsədəuyğundur. Bu prinsip bütün əməkdaşlara, şəxsi simpatiya və antipatiyadan asılı olmayaraq bərabər və səbirlə münasibət göstərməyi tələb edir. Tabelikdə olanlarla işdənkənar münasibətlərdə xüsusilə ehtiyatlı olmaq lazımdır, çünki sonuncu qarşılıqlı münasibətlərdə təklifsizliyə gətirib çıxara, tez və ya gec rəhbəri ikimənalı vəziyyətdə qoya bilər.

Hazırda vizit kartları getdikcə daha geniş intişar tapmağa başlayırlar, çünki onlar firma nümayəndələri ilə xüsusilə də ilk görüşlərdə işgüzar münasibətlərin təşkilində mütləq atribut kimi çıxış edirlər. Vizit kartları Qərbdə fəal şəkildə tətbiq edilir. Vizit kartlarının əsas təyinatı ilk tanışlıq zamanı işgüzar şəxslərin birbirilərinə təqdim edilməsidir. Onlardan təmasa girməkdə maraqlı olduğunuz şəxslərə öz mövcudluğunuz bərasində informasiya vermək üçün də istifadə olunur. Bu, qiyabi nümayəndəlik, sizin marağınızın adresata (ünvanlanan şəxsə) yumşaq, zəhlə tökməyən təqdimetmə formasıdır. Vizit kartlarından, həmçinin təmasların saxlanması (bayram və ya başqa hadisə münasibətilə təbriketmə, başsağlığı vermə, minnətdarlıq etmə, hədiyyə, suvenir, çiçəklə birlikdə) üçün də istifadə olunur. Vizit kartları ana dilində çap olunur, onda təkcə vəzifəni yox, real maraqlar sferasını və səlahiyyətləri tam şəkildə göstərmək lazımdır. Vizit kartlarının aşağıdakı növləri mövcuddur: Standart kart. Soyad, ad və atasının adı böyük hərflərlə, vəzifə kiçik hərflərlə yazılır. Adətən firmanın ünvanı və telefonu (o cümlədən ev nömrəsi), bəzən isə teleks və faks nömrələri də göstərilir. Bu kart növündən artıq baş tutmuş tanışlıq zamanı istifadə olunur. Xüsusi və nümayəndəlik məqsədləri üçün kartlar. Firmanın ünvanı və telefonu göstərilir. Əgər sizə belə bir kart təqdim etsələr, deməli, onun sahibi uzunmüddətli təmaslara meyilli deyil. O, sadəcə olaraq özünü təqdim edir. Ondan öz koordinatlarını yazmasını xahiş etməyin: əgər o, onları vermək istəsəydi, onda sizə başqa növ vizit kartı təqdim edərdi. Ayrı-ayrı hallarda xüsusi məqsədlər üçün olan kartı yaxşı tanış olan partnyordan, o, onun koordinatlarının sizə yaxşı tanış olmasını nəzərə alaraq sizə həmin kartla birlikdə suvenir göndərərkən əldə etmək olar. Firma kartları. Firma adından təbriketmə zamanı istifadə olunur. Fotoqrafiyalı kartlara da rast gəlmək olar. Kitab kimi vərəqləri olan, firmaya necə gəlmək olmasını, avtomobillərin harada park (yerləşdirmə) edilməsini və s. göstərən xəritənin yerləşdirildiyi kartlar da vardır. Hədiyyələr vermək və üzərində firma nişanları olan suvenirlər təqdim etmək işgüzar dünyanın qədim ənənəsidir. Etiketə görə ilk görüşdə hədiyyələri qonaqlar yox, ev sahibləri verirlər. Buna görə də sizə təşrif buyurmuş xarici nümayəndəyə onu hörmətli bir partnyor hesab etdiyiniz və uzunmüddətli münasibətlər haqqında düşündüyünüzün əlaməti olaraq suvenir təqdim etməlisiniz. (Milli biznesmenlər nə üçünsə belə hesab edirlər ki, hədiyyələri onlara “zəngin əcnəbilər” təqdim etməlidirlər). Sonrakı görüşlərdə hədiyyə mübadiləsi mütləq olur. Onları vida zamanı da təqdim etmək lazımdır. Suvenirlərin seçilməsinə çox ciddi yanaşmaq lazımdır. Onlar məşğuliyyət növünə, firmanın spesifikliyi və ya onun yerləşdiyi yerə uyğun gəlməlidir. Yaxşı olar ki, partnyorun arzu və tərzinə cavab verən suvenir təqdim edilsin. Əgər siz artıq tanış olan insanlara suvenir verirsinizsə, nəzərə almaq lazımdır ki, onlar üçün məhz nəyi qəbul etmək xoş olacaqdır. Hədiyyələrin təkrarlanmasına yol verməmək lazımdır (təkcə spirtli işçilərdən başqa). Təkrar hədiyyə etiketin ciddi olaraq pozulması hesab olunur. Rəsmi görüşlərdə hədiyyələr, həmçinin şəxsi münasibət ifadəsinə də malik olmalıdır. Həmçinin hər zaman onların kimə təqdim ediləcəyini dəqiq olaraq təsəvvür etmək lazımdır. Əgər, misal üçün, siz firmanın prezidentinə vitseprezidentə verdiyiniz hədiyyəni təqdim etsəniz, bu, təhqir, ən yaxşı halda sizin naşılığınız kimi qiymətləndiriləcəkdir. Hədiyyələri nəzakətlə, xoş sözlər, qısa istəklər və ya zarafat müşayiəti ilə təqdim etmək lazımdır. Bu zaman meyara riayət etmək çox mühümdür. Hətta əgər vəsaitlər imkan verirsə belə, partnyorları arzuolunmaz vəziyyətə düşürməmək üçün həddən artıq bahalı şeylər vermək düzgün deyil. İş hədiyyənin gözəlliyində yox, onu təqdim etdiyiniz niyyətdə, sizin hisslərinizin səmimiliyindədir. Hədiyyə seçimi onu verməyə hazırlaşdığınız tərəflə sizin aranızdakı münasibətlərin xarakterilə müəyyən olunmalıdır. Təkcə nəzakətlə hədiyyə vermək yox, həm də nəzakətlə hədiyyə qəbul etməyi də bacarmaq lazımdır. Bir çox insanlar nə üçünsə hesab edirlər ki, hədiyyə alarkən sevinc ifadə etmək yersizdir. Onlar hədiyyəni alan kimi onu açmadan uzaq bir küncə qoyurlar. Bu, əlbəttə ki, hədiyyə seçərkən sizin haqqınızda düşünmüş insanlara qarşı sayğısızlıqdır (hörmətsizlikdir). Yaxşı olar ki, hədiyyə verilən kimi onu verənə təşəkkür edilsin, o açılsın, içərisinə baxılsın və verənin zövq və diqqətini qiymətləndirərək ona bir daha minnətdarlıq bildirilsin. Maddi dəyərindən asılı olmayaraq bütün hədiyyələri eyni diqqətlə qəbul etmək lazımdır. Hədiyyədən yalnız o zaman imtina etmək olar ki, onu qəbul etmək ədəbsizlikdir və ya hədiyyə o qədər dəyərlidir ki, bu, sizi onu verən qarşısında borclu kimi hiss etdirir. Lakin hədiyyəni qəbul etməkdən imtina edərkən də bunu nəzakətlə etmək lazımdır. Diqqətə görə minnətdarlıq bildirmək və imtinanı mümkün olduqca yumşaq bildirmək lazımdır. Qəti olun, həmin hədiyyəni başqa danışıqlardan sonra qəbul etməyin. Bəxşişlər hər yerdə və hər zaman verilmir. Bəxşişlər sizin xahişinizlə, xidmət göstərilməsinin adi qaydası və ya proqramla nəzərdə tutulmayan xidmətlər göstərilərkən mütləqdir. Belə hallarda bu, xidmətlərə görə adi ödənişdir (misal üçün, sizin üçün taksi çağırmış qapıçıya verilən bəxşiş). Bəxşişin başqa bir növü xidmətlərə görə əlavə ödənişdir. Sizə qəzet gətirən dəhlizçiyə, siz qəzetin pulunu ödəyirsiniz və üstəlik onun dəyərinin 10-20%-i həcmində bəxşiş verirsiniz. Başqa bir misal. Tutaq ki, sizə gecə qonaqlar gəlmişdir. Sizin istəyinizlə ofisiant nömrənizə içki gətirir. Bu halda ona da içkinin dəyərinin 10-20%-i həcmində bəxşiş vermək lazımdır. Restoran və barlarda ofisiantlara, taksi sürücülərinə, qarderobçu və daşıyıcılara bəxşiş vermək tövsiyə olunur.

ax


Yüklə 61,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin