Müvafiq ixtisaslar üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya


Biznes sahəsində işgüzar təmasların təşkili, işgüzar subardinasiya



Yüklə 61,01 Kb.
səhifə11/24
tarix02.01.2022
ölçüsü61,01 Kb.
#42161
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA-əlavə materiallar

Biznes sahəsində işgüzar təmasların təşkili, işgüzar subardinasiya.

Danışıqlar prosesində geyri-formal münasibətlər.

İşgüzar etiket təkrarlanan situasiyalarda oriyentasiya etməyə kömək edən işgüzar ünsiyyət formasıdır. İşgüzar etiketi bilmək işgüzar etikanın norma və prinsiplərindən çıxan qarşılıqlı münasibətlər ustalığına sahib olmağa şərait yaradır. Biznesmen etiketi özünə yaxşı tərbiyə olunmuş insanlar tərəfindən qəbul edilən və salamlaşma, müraciət, təqdimetmə, işgüzar münasibətlərdə subordinasiya, işgüzar təmasların təşkili, işgüzar yazışma, telefon danışığı mədəniyyəti, işgüzar məruzə (protokol), vizit kartı, rəhbərin danışıq mədəniyyəti, özünü aparması, xarici görünüşü və işgüzar geyimi ilə bağlı davranış kodeksinin əsasını təşkil edən bir sıra qaydaları daxil edir. Nəzakət, əsasən, hər şeydən əvvəl, salamlaşmanı nəzərdə tutur. Ümumi qəbul edilmiş etiketdə ilkin olaraq kişinin qadınla, yaşı az olanın yaşı böyük olanla, vəzifəcə aşağı olanın vəzifəsi yuxarı olanla salamlaşmasının nəzərdə tutulmasına baxmayaraq, sivilizasiyalı biznesmen onunla yaşı az olan və ya vəzifəcə daha aşağı olan partnyorun ilkin olaraq salamlaşmasını gözləməməlidir. Öz həmsöhbətini ilk olaraq salamlamaq lazımdır. Əgər qadın ilkin olaraq salamlaşıbsa, kişi bunu xüsusi hörmət əlaməti kimi başa düşməlidir. Kişi qadını küçədə salamlayarkən baş geyimini və əlcəyini çıxarır. O, məsafədə olan kimisə salamlayarkən yüngülcə təzim edir və əli ilə şlyapasına toxunur. Əgər oturubsa, onda salamlaşarkən ayağa qalxır. Salamlaşma zamanı ağızda siqaret və əl cibdə olmamalıdır. Qadın başını yüngülcə aşağı əyir və salama gülümsəmə ilə cavab verir, onlar əllərini ciblərindən çıxarmaya və əlcəklərini soyunmaya da bilər. İşgüzar partnyorlar və ya tabelikdə olanlara müraciət tərzi istənilən kollektivdə qəbul olunmuş ümumi münasibət tərzi ilə müəyyən olunur. “Siz” müraciəti, hər şeydən əvvəl, öz partnyoruna və ya kollektivə müraciət edənin yüksək mədəniyyətindən xəbər verir. O, onlara olan hörməti ifadə edir. Yaxşı tərbiyə olunmuş və korrekt (səriştəli) biznesmen hər zaman bu nəzakətli müraciət formasından kiminlə (bilavasitə onun rəisi və ya tabeliyində olan şəxs, ondan yaşca böyük və ya kiçik olan insanla) ünsiyyətdə olmasından asılı olmayaraq istifadə edir. İşgüzar şəraitdə “sən” deyərək müraciət etmək arzuolunan deyildir. Buna, yalnız o zaman yol vermək olar ki, tərəflərin hər ikisi qarşılıqlı şəkildə ondan istifadə edir və ya ifadə qeyriformal münasibətlərlə əlaqədar işlədilir.

İşgüzar həyatda nəzakətin mühüm elementi lazımi və faydalı əlaqələrin qurulmasında istifadə olunan təqdimetmədir. Etiketdə harada və necə təqdim etmək və təqdim olunmağın zəruri olmasını ifadə edən müəyyən normalar nəzərdə tutulmuşdur. Belə ki, yaşca kiçik olanı yaşca böyük olana, subayı evliyə, aşağı iyerarxiyadan olanı yuxarı iyerarxiyadan olana, kişini qadına, gənc qadını daha yaşlı qadına və s. təqdim etmək lazımdır. Təqdimetmə anı mühüm əhəmiyyət kəsb edir. Bu zaman sərbəstlikdən (sayğısızlıqdan) uzaq olmaq və yaxşı olar ki, aşağıdakı kimi sadə ifadələrdən istifadə etmək lazımdır: “Bu Fuaddır, mənim kolleqam”, “Sizə anaмı təqdim edirəm” və s. Kişi öz həyat yoldaşını təqdim edərkən belə deyir: “Mənim həyat yoldaşım” və ya “Mənim arvadım”. Qadın öz həyat yoldaşını təqdim edərkən o, adətən deyir: “Mənim ərim”. Əgər təqdim edilmək zərurəti ortaya çıxırsa və ətrafda sizə kömək edəcək heç kim yoxdursa, onda sadəcə olaraq əl uzatmaq və adını söyləmək lazımdır. Etiketə görə (o cümlədən işgüzar etiketə) kişinin üzərinə bir sıra vəzifələr düşür. Küçədə kişi qadından solda getməlidir, çünki sağdakı yer daha hörmətli və təhlükəsiz hesab olunur. Kişi qadını müşayiət edərkən siqaret çəkməməlidir. Kişi qadınla birlikdə işgüzar görüşə taksidə yola düşərkən ilk olaraq maşına yaxınlaşmalı, sağ arxa qapını açmalıdır. Qadın ilk olaraq əyləşir. Maşından ilk olaraq kişi çıxır və qadına çıxmaqda kömək edir. Kişi özü sükan arxasında əyləşibsə, əvvəlcə o, qadına ön tərəfdə əyləşməyə kömək edir, daha sonra isə öz yerini tutur. Bütün hallarda sizi öz maşınında sizin iş yoldaşınız aparırsa, onunla yanaşı ön oturacağa əyləşmək lazımdır, çünki onu tək saxlamaq nəzakətsizlikdir. Pilləkəndən düşərkən kişi bir-iki pillə qadından öndə, pilləkəni qalxarkən isə bir-iki pillə arxada gedir. Etiket əsas qaydalara istinad edərək aşağıdakı qaydaları nəzərdə tutur: kişi istənilən anda qadının köməyinə gəlməyə hazır olmalıdır. Qadın büdrəyə və ya ayağı sürüşə bilər və bu zaman kişi onu tutmalıdır. Müasir bazar iqtisadiyyatında baş verən sivilizasiyalı şəkildəyişmələr belə bir tendensiyanı şərtləndirir ki, işgüzar ünsiyyətdə əxlaq məsələlərinə mühüm əhəmiyyət verilir. Bu, xüsusilə pul münasibətlərinə aiddir. Bütün dövrlərdə və bütün xalqlarda bu məsələlərdə dəqiqlik, düzgünlük və ehtiyatlılıq hörmətlə qarşılanmışdır. Əgər sizin kiminsə qarşısında pul öhdəlikləriniz varsa, onlar vaxtında yerinə yetirilməlidir. Əgər hər hansı kifayət qədər üzürlü bir səbəbdən siz onları yerinə yetirə bilmirsinizsə, bu haqda mütləq xəbər verilməli və müddətin uzadılmasının mümkün olub-olmamasını dəqiqləşdirməlisiniz. Sonuncu halda siz öz sözünüzün üstündə durmalısınız.

Bunun əksi hər zaman səhlənkarlıq və ədəbsizlik hesab olunmuş və olunmaqdadır. İşgüzar ünsiyyətdə işgüzar təmasların təşkili qaydalarına ciddi diqqət ayrılır. Belə ki, rəhbərin artıq dərəcədə ünsiyyətə açıqlığı normal işgüzar şəraitin yaranmasına yol vermir və tez-tez təklifsizliyin yaranmasına gətirib çıxarır. Buna görə də vəzifəcə yuxarı olan şəxslərin iş kabinetlərinə icazəsiz girən şəxslərin sayını məhdudlaşdırmaq məqsədəuyğundur. Əgər kabinetdə kimsə varsa, oraya daxil olmaq olmaz. Bu qaydaya qəbul saatlarında xüsusilə riayət etmək lazımdır. Yaxşı olar ki, rəhbərlə bilavasitə təmasa girmək istəyən bütün şəxslər dəqiq fiksə edilmiş başçəkmə vaxtına malik olsun və görüşün baş tutacağına əmin olsunlar. Rəhbərin artıq dərəcədə ünsiyyətə qapalılığı da arzu olunan deyildir, çünki bu, informasiyanın itirilməsinə gətirib çıxarır. İşgüzar təmasların planlaşdırılması zamanı əsas rolu katibə (katib) oynayır. O, başçəkmənin təxirəsalınmazlığı məsələsini həll etməli, əməkdaşları gözlənilməz şəraitlər barəsində xəbərdar etməli və arayışlar verməlidir. İşçini dəvət edərkən müdir ona hazırlanmaq üçün imkan vermək məqsədilə onu katibə vasitəsilə vaxt, davamiyyət müddəti və söhbətin mövzusu haqqında xəbərdar etməlidir. Söhbətləri tabelikdə olanın kabinetində aparmaq məqsədəuyğundur, çünki bu zaman bütün materiallar əl altında olur və telefon zəngləri mane olmurlar. Bəzən söhbətləri başqa əməkdaşların da eşitməsi üçün ümumi otaqda aparmaq olar. İşgüzar yerdən kənarda söhbətlərin aparılması, bir qayda olaraq, arzu olunan deyil: bu, seçilmişlik və məxfilik təəssüratı yaradır. Ziyarətçilər üçün nəzərdə tutulmuş otaqlarda onlar üçün maksimal rahatlıq yaradılmalıdır. Bütün şərait insanlara qarşı diqqətdən xəbər verməlidir.




Yüklə 61,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin